Keçid linkləri

►Bütün avtoritar ölkələrin bir vaxt addım-addım etdikləri səhvləri bir-bir təkrarlamağa nə ehtiyac var?

Hüseynbala Səlimov

"MƏNİM ÖLKƏM DƏLİ OLUB?"

Rusiya Krımı ilhaq edəndə, xüsusən də Ukraynanın şərqində vəziyyəti gərginləşdirəndə tanınmış rok ifaçısı Andrey Makarevich “Mənim ölkəm dəli olubmu?” adlı bir nəğmə bəstələdi...

İndi Azərbaycanda da çoxları son günlərdə cərəyan edən hadisələri izləyərkən, bəyanatlara və çıxışlara diqqət edərkən eyni suala cavab axtarır “Mənim ölkəm dəlimi olub?”...

Bəlkə də ATƏT-in Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçi missiyası göndərməmək haqda qərarı bir on il və yaxud da on beş il bundan əvvəl başqa bir reaksiya doğurardı. Amma indi adama elə gəlir ki, rəsmi Bakı qətiyyən bunun fərqində deyil, elə bil özləri də istəyirlər ki, ATƏT heç bir missiya-filan göndərməsin...

Bakıda Avropa Parlametinin “reallıq hisssini” itirdiyi iddia edilsə də, əslində rəsmi Bakı özü də bu son bir neçə ildə reallıqdan çox uzaqlaşıb...

Buna da bax: Azərbaycan Avronestdən çıxır

HƏLƏ DƏ GERİYƏ YOL VAR...

Yox, iddia etmək olmaz ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, ATƏT-in qərarı son fəlakətdir, faciədir. Yox, hələ də geriyə yol var və hələ də vəziyyəti düzəltmək olar...

Bakıda rəsmilər deyirlər ki, həmin qətnamə “kağız parçasıdır”, ATƏT-in qərarına gəldikdə isə “Bizim üçün önəmli olan seçicilərimizin qərarıdır” söyləyirlər.

Məsələ bundadır ki, qətnamənin ardınca real sanksiyalar gələ bilər. ATƏT- in bu qərarı isə Azərbaycandakı indiki və gələcək seçkilər üçün çox ciddi problem yarada bilər...

Amma reallıq nə deyir? Məsələ bundadır ki, qətnamənin ardınca real sanksiyalar gələ bilər. ATƏT- in bu qərarı isə Azərbaycandakı indiki və gələcək seçkilər üçün çox ciddi problem yarada bilər...

Əslində seçkilərə münasibətdən çox ölkəyə qarşı sanksiyaların mümkün tətbiqi daha çox narahatlıq doğura bilər. Bakı nə istəyir? Bəlkə Rusiyanın aqibətini təkrarlamaq niyyətindədir?..

Rusiyalı siyasətçilər və diplomatlar özləri nikbin aparmağa çalışsalar da bütün bu səylər arzuolunan nəticələri vermir – ölkənin sanksiyalardan itirdiklərinin ədədi ifadəsi artıq yüz milyardlarla dollar təşkil edir...

Baklıda deyirlər ki, Azərbaycan Avropadan yox, Avropa Azərbaycandan asılıdır, çünki onlar Bakıdan neft və qaz alırlar. Düzdür, amma gəl, bircə düzəliş etmək lazım gəlir: Bakı da onlara neft və qaz satır!

Dünya bazarında neftin indiki durumunda Avropa ölkələrinə Azərbaycan neftindən imtina etmək elə də böyük problem deyil. Düzdür, sanksiyalar bu səpkidə olmayacaq, ona görə ki, neftin “öldürülməsi”nin başqa üsulları da var...

Sanksiyalar başqa sferaları əhatə edə bilər və bu hansı sanksiyalar ola bilər, bunu Bakı rəsmiləri gözəl bilirlər. Ölkə Rusiyadan fərqli olaraq bu sanksiyalara qarşı hər hansı immunitetə malik deyil. Elə Rusiyanın da belə bir immuniteti yoxdur, ciddi rusiyalı təhlilçlər artıq ikinci soyuq savaşı qalibinin adını çəkməyə çətinlik çəkmirlər...

Buna da bax: Elif Şafakdan həbsdəki Xədicə İsmayıla

NƏ TEZ UNUTDUQ?

Ən maraqlısı odur ki, Azərbaycanın yaxın tarixində oxşar presedent vardı. Ola bilsin, diqqətli oxucu hələ də məşhur 907-ci düzəlişin ölkə üçün hansı problemlər yaratdığını və bu düzəlişin qüvvəsini dondurmaq üçün o vaxt Bakının nə qədər səy göstərməsini hələ də xatırlayır...

Rusiyalı siyasətçilər və diplomatlar özləri nikbin aparmağa çalışsalar da bütün bu səylər arzuolunan nəticələri vermir – ölkənin sanksiyalardan itirdiklərinin ədədi ifadəsi artıq yüz milyardlarla dollar təşkil edir..

İndi nə baş verir? Ölkə hara səmt götürür? Bakı deyir ki, biz müstəqil siyasət yürürdürük, ona görə də bizi sevmirlər. Amma gəlin, bir azacıq da olsa, səmimi olaq: belə alınır ki, bütün ölkələr asılıdır, yalnız Azərbaycan müstəqildir?!.

Deyirlər ki, biz balanslaşdırılmış siayəsət yürüdürük, bu, da Avropanın xoşuna gəlmir. Amma reallıqda belədirmi? Bəlkə də Şimali Koreya rəsmilərinə də elə gəlir ki, onlar balanslaşdırılmış siyasət yürüdürlər...

Reallıqda Azərbaycan siyasətinin əqrəbi bir xeyli Rusiyaya tərəf dönüb. Bunu etiraf etmək lazımdır. Deyirlər ki, Azərbaycanı assosiasiya sazişini imzalamamağa görə cəzalandırırlar. Amma belə bir fikir olsaydı o dərhal saziş imzalanarkən hansısa formada diqqətə çatıdırılardı. Ona qalsa, Ermənistan da assosiasiya sazişini imzlamamışdı və bu gün Avropa Birliyi Ermənistanla individual saziş üzərində işləyir. Buna rəğmən hətta Ermənistanda belə rəsmilər demirlər ki, ölkə assosiasiya sazişi imzalamadığına görə “Qalx ayağa, Ermənistan!” hərəkatı yarandı...

Ən əsası odur ki, siyasətdə heç vaxt qapıları çırpmırlar, geriyə yol qoyurlar. Bu prinsip rəsmi Bakıya çox yaxşı bəllidir. Ən azı ona görə ki, onlar on illərlə özlərindən əvvəlki hakimiyyətləri kobud siyasət aparmaqda, dünyadakı reallıqları nəzərə almamaqda və böyük dövlətlərlə münasibətlərdə balans yaratmamaqda da qınayırdılar.

İndi nə oldu? Bütün avtoritar ölkələrin bir vaxt addım-addım etdikləri səhvləri bir-bir təkrarlamağa nə ehtiyac var? Axı belə bir deyim var ki, ağıllı insanlar başqalarının da səhvlərindən öyrənə bilir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG