Keçid linkləri

-

Yazıçı Orxan Pamukdan sonra daha bir türk Aziz Sancar 2015-ci il kimya üzrə Nobel mükafatı alanlardan biri oldu. Aziz Sancardan başqa bu mükafatı Tomas Lindahl, Paul Mondrichl aldı. Hər üç alim Nobel mükafatını hüceyrələrin zədələnən DNA-larını necə bərpa etdiyini və genetik yaddaşını necə qoruduğunu təsvir edən araşdırmaları sayəsində qazanıblar. Bu araşdırmalar xərçəng xəstəliyinin müalicəsində istifadə olunub.

ƏZİZ SANCAR KİMDİR?

ABŞ-dakı Şimali Koralina Universitetində Biokimya və Biofizika fakultəsində müəllim işləyən Prof.DR. Aziz Sancar xərçəng müalicəsində “ritmik saat” kəşfinə imza ataraq dünyada tanınmağa başlamışdır.

1946-cı ildə Mardində oxuma- yazma bilməyən ailənin 8 övladından biri olub. Sancar 1963-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə qəbul olub, 1971-ci ildə universiteti bitirir. 1977-ci ildə ABŞ-ın Texas Universitetində doktorluq elmi dərəcəsini müdafiə edir. 1997-ci ildən ABŞ-ın Şimali Koralina Universitetinin Biokimya və Biofizika fakultəsində fəaliyyət göstərən Prof.Sancar bu günə kimi 300-ə yaxın elmi məqalənin müəllifidir. Bu məqalələrə istinad edilərək 12000-dən çox məqalələr yazılıb.

Sancar Amerika Milli Elmlər Akademiyasına üzv olan 3 türk alimindən biridir.

Əziz Sancarın Nobel Mükafatı aldıqdan sonra Habertürk-ə qısa müsahibə verib:

- Xəbəri necə öyrəndiniz?

- Telefonuma zəng etdilər, həyat yoldaşım cavab verdi və mənə bildirdi

- Xəbəri eşitdiyinizdə ilk olaraq nə etdiniz ?

Neçə illərdir mənim nə vaxt Nobel mükafatı alacağımı soruşurdular və mən bu sualı eşitməkdən yorulmuşdum...

- Məntiqli olmaq üçün əlimdən gələni etdim. Yatmışdım, amma o an gözəl bir təcrübədir.

- Nobel Mükafatı alan ilk Türk elm adamı olmağınız doğrudur?

- Elm Adamı. Orxan Pamuk bir neçə il bundan qabaq Ədəbiyyat mükafatını qazanmışdı.

- Sadəcə Chapel Hill-də deyil, Türkiyədə də bunu qeyd ediləcəyinə əminəm.

- Olacağına əminəm. Neçə illərdir mənim nə vaxt Nobel mükafatı alacağımı soruşurdular və mən bu sualı eşitməkdən yorulmuşdum. Bu səbəbdən ölkəm üçün ayrıca qürur duyuram.

Əziz Sancar həm də xanımı ilə birlikdə Chapell Hill-də Karolina Türk evi açıb. Burada o hər il Türkiyədən Karolina Universitetinə magistratura təhsili üçün gələn 4 həmyerlisini ev ilə təmin edir. Eyni zamanda qısa müddətə gələn tədqiqatçıları da bura yerləşdirir.

Əziz Sancar Nobel mükafatını 10 dekabrda alacaq.

Sayta hazırladı Fuad Məmmədzadə

XS
SM
MD
LG