Keçid linkləri

Təcili xəbərlər

Yağış suları və idarəçilik modeli


YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

Azərbaycan hökuməti yağış sularına qarşı “qəti” və “kompromissiz” mübarizəyə qərar verdi. Cəmi bir həftə bundan əvvəl prezidentin bu xüsusda sərəncamı oldu və hətta ayrıca qurum da yaradıldı.

Qərəz, bir az obrazlı, məcazi mənada desək, bundan sonra ya Azərbaycana, ümumiyyətlə, yağış yağmayacaq, ya da yağışdan sonra küçələrdə bircə damla da olsa su qalmayacaq. Hər halda, ümid edək ki, ikincisi olacaq, çünki lazım gələrsə, azərbaycanlılar yağışsız da keçinə bilərlər, amma təbiət bunsuz bacarmaz...

Bəzən jurnalistlər, özəlliklə də siyasi təhlillçilər, analitiklər sosial problemlərə, xüsusəm adi təsərrüfat məsələlərinə bir az barmaqarası baxırlar. Amma baxıb görürsən ki, insanları əslində düşündürən də yalnız bu məsələlərdir...

Bəzən jurnalistlər, özəlliklə də siyasi təhlillçilər, analitiklər sosial problemlərə, xüsusəm adi təsərrüfat məsələlərinə bir az barmaqarası baxırlar. Amma baxıb görürsən ki, insanları əslində düşündürən də yalnız bu məsələlərdir...

Elə bil hamı birdəfəlik, özü də yekdilliklə qərara gəlib ki, ölkədə böyük siyasi və ya iqtisadi məsələlərə müdaxilə etməyə çalışmaq onsuz da faydasızdır. Bunun əvəzində sosial problemlərə daha çox diqqət ayırmaq lazımdır. Bəlkə bu yolla insanların xırda məişət və kommunal problemləri həll edildi...

Yox, demirəm ki, yağış suları, ya kanalizasiya məsələləri böyük şəhər üşün aktual deyil. Yetərincə aktualdır. Problem daha çox bu məsələlərin necə və hansı prinsiplərlə həll olunmasındadır...

KOMİSSİYALARIN ÖZLƏRİNƏ NƏZARƏT EDƏN KOMİSSİYALAR...

Ölkədə bir məsələ meydana çıxan kimi başlayırlar komissiyalar, komitələr və qruplar yaratmağa. Hətta bəzən nəyəsə nəzarət etmək üçün bir qurum təsis edirlər. Bir az keçəndən sonra bu kifayət etmir, həmin qurumun özünə də nəzarət etmək üçün başqa bir qurum yaradırlar.

Yağış suları bir yana, devalvasiya başlayandan o qədər komissiya, komitə və qrup yaratmağa qərar verildi ki, bir də gördük lap başımız gicəllənir.

İndiyə qədər neçə belə qurum qurulduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, bütün bunlar çox təəssüf, manatı xilas etmədi...

İndiyə qədər neçə belə qurum qurulduğunu dəqiq bilmirəm. Təkcə onu bilirəm ki, bütün bunlar çox təəssüf, manatı xilas etmədi, onun “qiblə”sini dəyişmədi – manat hələ də çabalayır və özünün real bazar qiymətinə doğru “sürünür”...

Qayıdaq yağış sularına və ümumiyyətlə, şəhər problemlərinə... Bilirsinizmi, son 23 ilin ən acı qənaətlərindən biri də nədir? Yerlərdəki vəzifə adamlarının şəhərsalmadan demək olar ki, xəbərləri yoxdur.

Hər rayonda icra aparatları var və onlara hər il xeyli vəsait ayrılır – düzdür, neft böhranı başlayandan bu vəsait ilbəil azalır, amma hər halda tamam dayandırılmır da.

Məsələ isə bundadır ki, əgər yağış suları və kanalizasiya məsələrilə də ayrıca qurum məşğul olacaqdısa, onda icra aparatları və ya bələdiyyələr nəyə lazım idi?

Əslində bugünün və dünənin söhbəti deyil bunlar... Məgər az qala dünənə qədər yolları təmir edərkən kanalizasiya lyuklarının da üstünə asfalt çəkilməsi yaddan çıxıbmı?

Əslində bugünün və dünənin söhbəti deyil bunlar... Məgər az qala dünənə qədər yolları təmir edərkən kanalizasiya lyuklarının da üstünə asfalt çəkilməsi yaddan çıxıbmı?

Şükür ki, böyük mətləblərə baş vura bilməsələr də, jurnalistlər hələki arabir belə problemləri işıqlandıra bilirlər.

Təsəvvür edin, icra başçılarının birindən şəhərin qışa, xüsusən də qarlı havalara hazır olub-olmamasını soruşurlar. Başçı qayıdır ki, bəs buralarda qış sərt keçmir və qarlı hava da uzağı iki-üç gün çəkir.

Amma bu, təbiətdir, iqlim də ildən-ilə dəyişir. Bəlkə də icra başçıları özləri çox az dəyişdirildiklərindən və vəzifədə on illərlə oturduqlarından elə bilirlər ki, təbiətdə də belədir: hər şey lap qəbirstanlıqda olduğu kimi sabit və sakitdir...

BAKI ƏTRAFI YOLLARLA BAĞLI XÜSUSİ PROQRAM VARDI...

Hələ bunlar da hamısı deyil və məsələnin yalnız bir tərəfidir. İndi şəhər ətrafındakı lilli-palçıqlı yolları göstərirlər. Səhv etmirəmsə, bir neçə il əvvəl Bakı ətrafındakı yolları abadlaşdırmaq üçün xüsusi proqram qəbul edilmişdi və hətta xeyli vəsait də ayrılmışdı...

Maraqlıdır, görən, o proqram necə icra olundu? Yoxsa orada da digər yollarda olduğu kimi, kanalizasiya lyuklarının üstünü asfaltladılar?..

Ən qəribəsi odur ki, hakimiyyət adamları özlərini hamıdan sərişətli hesab edir və illərdir insanlara təlqin edirlər ki, guya, yalnız onlar ölkəni necə idarə etməyin yolunu - üsulunu bilirlər.

Ən qəribəsi odur ki, hakimiyyət adamları özlərini hamıdan sərişətli hesab edir və illərdir insanlara təlqin edirlər ki, guya, yalnız onlar ölkəni necə idarə etməyin yolunu - üsulunu bilirlər.

Demirəm, idarə edə bilmirlər. Bilməsəydilər, 23 il hakimiyyətdə olmazdılar. Amma necə idarə edirlər? Sual da budur. Bir azca əvvəldə yazdığım kimi, 20 ildə adicə yol çəkməyi əməlli-başlı öyrənə bilməyiblərsə, hansı ciddi təcrübədən və ya səriştədən danışmaq olar?..

Bəzən çaşaraq hətta özləri də ictimaiyyətə elə “xəbər”lər çatdırırlar ki, “səriştə” dedikləri məsələnin üstü tamam açılır...

Bu yaxınların söhbətidir. Telekanallardan birinə baxırdım. Dedilər ki, rayonların birində bina əsaslı təmirdən sonra yenidən yerli sakinlərin istifadəsinə verilib.

Həmin binanın o rayonun sakinlərinə nə qədər gərəkli olub-olmamasını bir tərəfə qoyuram. Lap tutaq ki, gərəkdir, lap vacibdir!..

Amma başqa sual rahatlıq vermir adama... Görəsən, bunların tikdiklərinin istismar müddəti neçə il olur? Cəmi üç-beş il öncə inşa edilmiş tikilinin heç əsaslı təmirə də ehtiyacı olarmı?

AVROPADAN HEÇ NƏ GÖTÜRMƏDİLƏR...

Nə isə... Bir daha yağış sularına və kanalizasiya məsələsinə qayıdaraq hətta onu da qəbul edirəm ki, Bakı son illərdə çox böyüyüb, az qala, lap meqapolisə çevrilib.

Bu səbəbdən də bəlkə də Bakının kanalizasiya sistemini tamam yenidən qurmağa ehtiyac var. Bütün bunlar, necə deyər, qəbul.

Fəqət, bu işlər necə görülməli və kimlər ona məsul olmalıdı?

Təsəvvür edin, Azərbaycan neçə illər Avropa Şurasının üzvü olsa da, nəticə etibarilə Avropadan heç nə götürmədi.

Təsəvvür edin, Azərbaycan neçə illər Avropa Şurasının üzvü olsa da, nəticə etibarilə Avropadan heç nə götürmədi.

Avropada idarəçilik modelinin əsasını subsidarlıq prinsipi təşkil edir. Yəni yerlərdə həll oluna bilən bütün məsələlər məhz yerli hakimiyyətlərin səlahiyyətinə verilir.

Doğrusu, vaxtilə bizim bələdiyyələri icra institutları – meriyalar yanında kiçik parlamentlər kimi təsəvvür edirdim. Hətta indiyə qədər “Avropa yerli özünüidarəetmə xartiyası”nı necə həvəslə tərcümə etdiyim yadımdan çıxmayıb. Amma, necə deyər, olmalı idi, olmadı...

Düşünürdüm, bələdiyyələr meriyaların işinə ciddi nəzarət edəcəkdir, hətta lazım gələrsə, merin təzədən seçilməsini (və ya təyin edilməsini!) də gündəmə gətirə biləcəkdir. Camaat da “bələdiyyə” sözünü eşidəndə daha üz-gözünü turşutmayacaq.

Amma hanı bütün bunlar? İndi nə əməlli-başlı meriya institutu var, nə bələdiyyələr, nə də normal bələdiyyə seçkiləri...

Düzdür, mediada arabir ölkənin ərazi-inzibati strukturunda dəyişikliklər ediləcəyi, hətta yeni inzibati vahidlər yaradılacağı haqqında məlumatlar yer alır.

Amma məsələ təkcə inzibati vahidlərin coğrafi ölçülərində, onların aparatının hansı böyüklükdə olub-olmamasında deyil. Məsələ idarəçilk modelində və prinsipindədir.

Dünyada bütün səviyyələrin hakimiyyətləri seçki yolu ilə formalaşdırılır. Azərbaycanda da formal olaraq belədir, amma təəssüf ki, yalnız formal olaraq...

Elə bu səbəbdən də hökumətin qərarları, o cümlədən də yerli problemlərin həllinə yönəlik sərəncamları o vaxt ironiya doğrurmayacaq ki, bu ölkədə də bütün normal ölkələrdə qəbul edilmiş idarəçilik modeli təsbit olunmuş olunsun. Əks təqdirdə ayrılan vəsaitlər elə yağış suları kimi harasa axacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG