Keçid linkləri

Təcili xəbərlər

Öpüşən və öpüşməyən aktrisalar


Əvvəlcədən deyim ki, yerli kinomuzda və teatrımıza həm yaşlı, həm gənc istedadlı, bacarıqlı, içində əsl sənət yanğısı olan aktrisalar çoxdur və bu yazının onlara heç bir aidiyyatı yoxdur.

Yəni dolayısıyla, bu öpüşmür, qucaqlaşmır deyə, onu filmə çəkən, baş rol verən yoxdur.

Yerli kino və teatrdakı uğursuz aktrisaların bəxti uğursuz aktyorlardan daha çox gətirib. Uğursuz aktyorlardan fərqli olaraq, bizim uğursuz aktrisaların gözəl bir bəhanəsi, özünütəsəllisi var: “Mən öpüşmürəm, açıq-saçıq səhnələrə çəkilmirəm. Mənim sərhədlərim var...”. Yəni dolayısıyla, bu öpüşmür, qucaqlaşmır deyə, onu filmə çəkən, baş rol verən yoxdur.

Sözün açığı, filmdə öpüşən oldu ya olmadı, mənim azərbaycan kinosunun uğuruna yaxın əlli ildə heç bir ümidim yoxdur. Elə teatrının da. Azərbaycan kino və teatr adamları hələ uzun illər, sənətin deyil, mentalitetin sifarişlərini yerinə yetirdiyi müddətcə, ölkədə sənətin inkişafından söhbət gedə bilməz. Ölkənin guya ən ciddi, ən xarizmatik aktyoru, rejissoru, rəssamına baxırsan, müsahibə verəndə, danışanda sənət adamı kimi deyil, qaqaş kimi danışır, təsbeh çəkir, kimisə sındırır, kimisə neprav çıxardır. Ölkənin sənət adamları mental olaraq, sənətin “ponyatka”dan, məişətdən, “ana-bacı”, yaxşı oğlan söhbətlərindən üstün olduğunu qəbul etməyincə, heç nə mümkün deyil. Bu heç.

Nədənsə, belə açıqlamalardan sonra bu sözlərin arxasında mən mentalitet təəssübkeşliyi, abır-həyadan daha çox, bir polis rəisi, bir jek müdiri, bir sponsor görürəm.

Qayıdaq öpüşməyən aktrisalara. Deməli, bizim aktrisalar öz aləmlərində fikirləşirlər ki, əgər filmdə, tamaşada öpüşsələr, dünya dağılacaq. Kədər hissi ilə düşünürlər ki, düzdür, mənim rolda öpüşməməyimlə sənətimiz nə qədər şey itirir, nə qədər geri qalır, amma daha nə edək, mənim prinsiplərim var. Daha dünyada Monika Belluçi yoxdu, Kim Bessincer yoxdu, elə təkcə arxasının qiyməti bir milyon dollar olan Ancelina Coli yoxdu. Var ee, amma yetimçə bir ölkənin yarıtmaz kinosunun adı it dəftərində olmayan aktrisası onlardan daha qiymətlidir, onun bədəni, yanağı, dodağı kinoya aid deyil, özünə aiddir-zad... Monika Belluçi öpüşə bilər kinoda, amma bu öpüşə bilməz. Olmaz. Biri hətta demişdi ki, bilsəm lap film Oskar alacaq, yenə də öpüşmərəm. Nədənsə, belə açıqlamalardan sonra bu sözlərin arxasında mən mentalitet təəssübkeşliyi, abır-həyadan daha çox, bir polis rəisi, bir jek müdiri, bir sponsor görürəm.

Filmə, tamaşaya, tabloya qiyməti, uğuru öpüş gətirmir, soyunmaq, sevişmək gətirmir. Harmoniya gətirir, verdiyi ovqat, ötürdüyü mesaj gətirir. Öpüşməklə, açıq-saçıqlıqla uğur olsaydı, pornofilmlərin hamısı Kannda mükafat alar, almadıqları Oskar qalmazdı. Dünyada minlərlə adsız-sansız pornoaktrisa var. Deməli, məsələ öpüşməkdə deyil. Məsələ açıqlıqda deyil. Məsələ ötürmək, göstərmək istədiyini bütün canını-qanını qoyub ötürməkdir. Sən nəticədə bir polis rəisinə qismət olacaq dodaqlarını, döşünü lazımi anda sənətdən əsirgəyirsənsə, ya da iki qonşunun kəm baxacağını düşünüb qorxursansa, deməli sən aktrisa deyilsən, kinoda işləyənsən. Sənin işıqçıdan, səhnə fəhləsindən heç bir fərqin yoxdur. Əksinə, onlar öz işini lazım olduğu qədər görürsə, sən lazımi səhnəyə hansısa düşük dəyərləndirmələrdən dolayı çəkilmirsənsə, işıqçı, səhnə fəhləsi səndən daha səmimi, daha dəyərli kino, sənət adamıdır.

Bir dəfə bir aktyor dostum dedi ki, 20 ildir teatrda işləyirəm, hələ görməmişəm ki, aktrisa rol aldığı əsəri tam oxusun. Əsərdən öz sözlərini oxuyub əzbərləyirlər, vəssalam.

Bir dəfə bir aktyor dostum dedi ki, 20 ildir teatrda işləyirəm, hələ görməmişəm ki, aktrisa rol aldığı əsəri tam oxusun. Əsərdən öz sözlərini oxuyub əzbərləyirlər, vəssalam. Sadəcə dəhşətdir. Rol aldığı əsərdə baş verən hadisələr onları maraqlandırmır. Sonra da düşünürlər ki, uğursuzluqlarının səbəbi öpüşməmələridir. Elə bilirlər ki, güya öpüşsələr, Avropadan Amerikaya, dəmirqapı Dərbənndən Çin səddinə, Almodovardan Lyuk Bessona qədər hər yerdə, hamının yanında tanınacaqlar, filmlərə dəvət aşıb daşacaq, Oskar, Kann, Altun Portagal, Zolotoy Abrikos qalmayacaq, hamısın alacaqlar. Di gəl, prinsipləri var, sərhədləri var, öpüşmürlər. Guya onlara qədər tanınan, uğurlu azərbaycan aktrisaları erotik səhnələrə çəkilib məşhur olublar.

Daha demirlər ki, rol aldığı əsəri oxumayan, özünü, intellektual səviyyəsini inkişaf etdirməyən, dünyaca tanınan aktyorların, rejissorların memuarların oxumayan, amma kinoda rahat öpüşən, soyunan aktrisanı uzaqbaşı Pyer Vudmanın assistenti kastingə dəvət edər, o da hələ məlum deyil, aktrisa o kastingdən keçər ya keçməz.

Bir də ki, tamaşaçının sənin öpüşməyinə baxmaqdan ötrü ürəyi getmir. Erotika həvəskarı açar interneti, yüzlərlə sayt var, tapar baxar. Şəxsən sənin də namusun, qeyrətin, özəl həyatda öpüşə, açıqlığa meylli olub olmamağın heç kimə maraqlı deyil.

Amma sən Şekspirdən rol oynayırsansa, zəhmət çək, öpüşən Cülyettanı göstər. Yəni öz işini gör.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG