Keçid linkləri

Təcili xəbərlər

Devalvasiya ilə çarpışmada


CƏMİYYƏT BİRİ-BİRİNİ ANLAMAYAN KƏSİMLƏRƏ BÖLÜNÜB

Mübaliğəsiz demək olar ki, son bir-iki ildə azərbaycanlıları ən çox məşğul edən məsələlər milli valyutanın dəyərdən düşməsi və bunun sosial nəticələri olub.

Iddia etmirəm ki, bütün bu məsələlər olmasaydı azərbaycanlılar digər ictimai olaylara daha çox diqqət ayırardılar.

Yox, bütün bu baş verənlər və bugündən də sonra da baş verəcək ictimai və siyasi olaylar azərbaycanlıların 90 faizinin tam sükutu ilə müşayiət olunur.

Demirəm ki, onlar hakimiyyətdən bağlanmış tele və radio kanalların, çox ağır durumda olan digər media strukturlarının haqq-hesabını soruşar, siyasi məhbusların azad olunmasını, ictimai və siyasi fəalların müxtəlif bəhanələrlə təqib olunmasına son qoymağı tələb edər, ya da ki, ölkənin Ali Qanununu partiya nizamnaməsinə çevirməməyə çağırardılar.

Yox, bütün bu baş verənlər və bugündən də sonra da baş verəcək ictimai və siyasi olaylar azərbaycanlıların 90 faizinin tam sükutu ilə müşayiət olunur. Böyük ehtimalla elə bundan sonra da olunacaq.

Amma bir insanın, hətta bir toplumun ölkənin problemlərinə biganə olması o demək deyil ki, nisbətən fəal insanlar da belə etməlidir. Onlar da öz soydaşlarının yaşadıqları ağrı-acıları və problemləri görməməyə çalışmalı, həmin problemləri ikinci, üçüncü dərəcəli hesab etməli, bilavasitə özlərini qayğılandıran problemlərinin həllinə çalışmalıdırlar.

Buna da bax: Multikulturalizmdən multiplikasiyaya doğru...

Hərçənd, “Hər xalq özünün hakimiyyətinə və siyasi sisteminə layiqdir” deyib belə edənlər də az deyil. Üstəlik, belələrinin sayı günbəgün artır. Təsadüfi deyil ki, ölkədə müxtəlif qrupların qarşılıqlı marginallaşması və yadlaşması prosesi gedir - ən yaxşı halda sosial problemlər haqqında düşünən toplum azsaylı demokratiya fəallarını, sonuncular isə öz növbəsində toplumu başa düşməyə çətinlik çəkirlər. Demokratlar hesab edir ki, bütün problemlər kimi sosial məsələlərin də həlli ilk növbədə ölkənin demokratikləşməsindən asılıdır. Gəl, toplum isə düşünür ki, ictimai fəallar başqa məsələlərlə yox, məhz onların sosial promlemlərinin həllinə çalışmalı və özü də bunu böyük və müqavimətsiz toplumun iştirakı olmadan etməlidirlər.

CƏHƏNNƏM GÖRMƏK İSTƏYƏN

Amma nə olursa-olsun, bu gün sosial problemlər də Azərbaycanın ən əsas qayğılarındandır: bir az əvvəldə dediyim kimi, milli valyuta qiymətdən düşür, malların və xidmətlərin qiyməti günbəgün artır, ölkə yaşamaq baxımından əsl cəhənnəmə çevrilir.

...niyə Bakıdan İstanbula getmək üçün tələb olunan xərc Tiflisdən İstanbula gedib-qayıtmaq üçün tələb olunan xərcdən bu qədər çox olmalıdır?

Düzdür, Bakını götürsək, o, əvvəllər də bahalı şəhər olub. Bir misal – niyə Bakıdan İstanbula getmək üçün tələb olunan xərc Tiflisdən İstanbula gedib-qayıtmaq üçün tələb olunan xərcdən bu qədər çox olmalıdır? İnsanlar heç cür başa düşə bilmirlər ki, niyə görə İranda müalicə xərcləri, Gürcüstanda turizm məsrəfləri, Türkiyədə evlər və yaxud Rusiyada meyvələr, hətta nar belə Azərbaycandan qat-qat ucuz olmalıdır?

Fəqət, bütün bunların – insanları düşündürən məsələrin fərqində olan və bütün bu məsələlərə doğru-dürüst aydınlıq gətirmək istəyən varmı? Əvəzində hər şeyin qiymətini artırmaq xasiyyəti var bu ölkədə!

Mağaza və supermarketlərdən bahalığın səbəblərini soruşanada qayıdırlar ki, hər şeyi xaricdən gətiririk, gömrük rüsumu belə artıb, filan məsələ belə olub!

Nə deyəsən?.. Əslində deyilməli sözlər hökumətə ünvanlanmalıdır. İlk vaxtlarda belə təəssürat yarandı ki, guya nəsə etməyə cəhd edirlər. Amma hökumətin işini qiymətləndirməyin də ən yaxşı yolu piştaxtalara baxmaq və qiymətləri nəzərdən keçirməkdir. Onlar isə, lap elə buralarda deyildiyi kimi: “od tutub yanır!”.

Hökumət isə hələ də dünyadakı böhrana apelyasiya edir. Olsun. Amma niyə görə eyni neft böhranını yaşayan və əhalisinin alıcılıq qabiliyyəti də daha yüksək olan Rusiyada qiymətlər qat-qat ucuz və əlverişlidir?

Hökumət isə hələ də dünyadakı böhrana apelyasiya edir. Olsun. Amma niyə görə eyni neft böhranını yaşayan və əhalisinin alıcılıq qabiliyyəti də daha yüksək olan Rusiyada qiymətlər qat-qat ucuz və əlverişlidir?

Bazarın və normal iqtisadiyyatın ibtiadi qanunları var. Malların və xidmətlərin qiyməti insanların alıcılıq qabiliyyətinə adekvat olmalıdır.

Bəs Azərbaycanda nə baş verir? Əhalinin haradasa, 20 faizinin indiki bazar qiymətlərilə ayaqlaşmaq imkanları var. Bazar da məhz bu insanlara uyğun formalaşıb. Qalan 80 faiz acından ölməmək üçün bu xidmətlərin böyük bir qismindən imtina edir və özünü ən zəruri və vacib məhsullarla və xidmətlərlə məhdudlaşdlırır.

Başqa yol yoxdur... Hökumət də heç nə etmir. Ona görə ki, Azərbaycanda ən böyük istismarçılardan biri elə dövlət strukturlarının özüdür. Ölkədə məmur-nomenklatura kapitalizminin ən eybəcər bir forması yaranıb. Əgər cəmi bir il bundan əvvəl ən mühüm dövlət strukturlarından birinin az qala reketlə məşğul olması və iş adamlarını müxtəlif yollarla şantaj edərək onlardan pul qoparması məlum oldusa, nəsə əlavə etməyə ehtiyac varmı?

Bəzən yüksək rütbəli dövlət məmurlarının adları elə məsələlərdə hallanır ki, adam hətta belə ölkədə yaşamasından da utanc hissi keçirir.

Buna da bax: Gənclər siyasətə gələrsə...

CAVABSIZ SUALLAR ÖLKƏSİ

Ən əsası isə bu prosesin sonu görünmür... Nə devalvasiya bitib-tükənir, nə neftin qiyməti hökumətin arzuladığı səviyyəyə yüksəlir, nə də dövlət məmurları öz bizneslərindən ayrılıb bir az da dövlət və cəmiyyət haqqında düşünürlər.

Bəs nə olacaq? Elə suallar var ki, onların bəzən həqiqətən də cavabı olmur və bu gün Azərbaycan cavabsız sualların məkanına çevrilib. Başqa yerlərdə bu suallar bəlkə də primitiv və sadəlövh görünərdi... Di gəl, bu vaxta qədər yazılan kitablar, qurulan nəzəriyyələr bugünün Azərbaycanı üçün deyilmiş.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG