Keçid linkləri

-

Britaniya neyrocərrahları epilepsiyadan əziyyət çəkən yeniyetməni robotla əməliyyat ediblər.

“The Telegraph”ın yazdığına görə, bu məqsədlə ilk dəfə hazırlanan proqram xəstənin beynində zədələnmiş yerlərə çatmağa imkan verən naviqasiya sistemi qurub.

15 yaşlı Billy Whitaker 7 ildir epileptik tutmalardan əziyyət çəkirmiş.

Beyin toxumalarının kəsilib götürülməsi ilə aparılan adi əməliyyatlar uğursuz olub.

Bu dəfə isə neyrocərrahlar beyinin epilepsiya mənbələri olan hissələrinə mikroskopik dəqiqliklə bir neçə elektrod yerləşdiriblər.

Bunun üçün 350 min funt-sterlinq dəyərində robotdan istifadə edilib.

Neyrocərrah-məsləhətçi Michael Carter in sözlərinə görə, elektrodlardan biri toxumanın zədələnmiş yerini çox dəqiq göstərib və həmin hissə kəsilərək götürülüb.

Əməliyyatda tətbiq edilən bənzər robotlardan avtomobil zavodlarında istifadə olunur.

Bunlara da bax:

XS
SM
MD
LG