Keçid linkləri

Təcili xəbərlər

Dünyanın 5 ən böyük “kiberordusu”


İddia edilir ki, Vladimir Putin Qərbə hücum edən 1000 nəfərdən ibarət xaker ordusu yaradıb. Rusiyanın dünya siyasətinə təsir etmək məqsədi ilə apardığı “informasiya müharibə”sində xakerlərin demək olar ki, dünyanın bütün ölkələrində fəaliyyət göstərdikləri iddia edilir.

Zecuron Analytics şirkətinin ekspertlərinin hazırladığı reytinqə əsasən, Rusiya “kiber ordu” reytinqində ABŞ, Çin, İngiltərə və Cənubi Koreyadan sonra 5-ci yerdə qərarlaşır. Mütəxəssislərə görə, rus kiberordusunda xidmət edənlərinin maliyyələşdirilməsinə isə hər il 300 milyon ABŞ dollarına yaxın vəsait sərf olunur.

ABŞ kiberordusunun saxlanmasına isə ildə 7 milyard dollar sərf edir. Əsasən məlumatları sızmadan qoruyan ABŞ xakerlərinin sayı 9000 nəfərə çatır.

Zecurion mütəxəssisləri onu da qeyd edirlər ki, kiber orduların fəaliyyətinə əsasən casusluq, kiberhücum və “ölkə vətəndaşlarının davranış və əhval-ruhiyyələrinə müxtəlif şəkildə təsiri” də daxil olmaqla informasiya müharibəsi daxildir.

Ən son yazılan

XS
SM
MD
LG