Keçid linkləri

Təcili xəbərlər

Siqaret mafiyası elə hökumətin özüdür


1996-1997-ci illər idi. Ölkə iqtisadiyyatı pis gündə. Yoxsulluq, işsizlik. Neft kontraktlarından sonra ölkəyə asta-asta xarici investorlar maraq göstərməyə başlamışdı. O zamankı prezident də tez-tez dəvət edirdi onları. Həmin zamanda Bakı tütün kombinatı ilə bağlı olay xarici investorlar üçün yaxşı, ölkəmiz üçünsə çox pis nümunə oldu.

Xaricilər bu ölkənin qanunlarla yox, məhz siqaret mafiyası tərəfindən idarə olunduğuna əmin olandan sonra bu ölkədə neft istehsalından başqa sahəyə pul qoymağın ağılsız iş olduğunu anladılar.

Xaricilər bu ölkənin qanunlarla yox, məhz siqaret mafiyası tərəfindən idarə olunduğuna əmin olandan sonra bu ölkədə neft istehsalından başqa sahəyə pul qoymağın ağılsız iş olduğunu anladılar.

Bu hadisədən sonra hökumətdəkilər də başa düşdülər ki, onlara liberal iqtisadiyyat və investisiyalar gərək deyil. Bunun üçün hüquqi və inzibati mühit yaratmağa istəkləri və gücləri çatmaz. Onların istədikləri normal iqtisadiyyat deyil.

Özünə hörmət edən xarici şirkətləri korrupsion yığımlar şəbəkəsinə daxil edə bilməyəcəklər. Gömrükdə, vergidə, polisdə, başqa yerlərdəki rüşvət yığımlarına cəlb edə bilməyəcəklər. Bu şirkətlərin işçilərini YAP-a girməyə məcbur edə bilməyəcəklər.

ABŞ-ın məhşur RJ Reynolds şirkəti bu dövrdə Bakı Tütün Kombinatını aldı. Prezidentə qədər görüşdülər. Amma xeyiri olmadı. Müxtəlif adlarla pul qopardılar onlardan. İşçilərə kompensasiya, qeyri-rəsmi "sahiblərə" "halallıq", müdürlərə halallıq, nəhayət yuxarılara şirinlik.

Bir yerli polis rəisi var idi, əraziyə baxan. Bir dəfə gəldi o xaricilərin yanına. Bir dəstə polislə, hay-küylə.

Bir yerli polis rəisi var idi, əraziyə baxan. Bir dəfə gəldi o xaricilərin yanına. Bir dəstə polislə, hay-küylə. Hətta ABŞ səfiri də oradaydı. Dedi ki, eşitmişəm halal adamlarsız. Mən özüm də halallıq sevənəm. Mənim ərazimdir bura. Xeyirimin çoxu da buradan idi. İndi siz alırsız buranı. Məni çörəksiz qoyursuz. Halallıq vermirəm mən. Nə isə, xərclər qrafasına yazıb xeyli xərcə düşdülər.

Amma bununla bitmədi.

Təmir-filan etdilər. İşçilər seçib yığdılar. Nazirlərin, akademiklərin maaşı 200 dollar olanda işçilərə ən aşağı 300-400 dollar maaş verdilər. 15 mln. yeni avadanlığa xərclədilər.

Amma işə başlaya bilmədilər.

O zaman ölkəyə siqaret idxalı iki qrupda cəmlənmişdi artıq. Əslində 1-ci elə 2-yə də nəzarət edirdi. Tezliklə həmin 2-ci də sıradan çıxdı.

O 1-ci kim idi? Məhz həmin bildiyiniz qrup. Hansı ki, indi də onlardır. Həmin kombinat da onların, idxal da.

O zaman daha çox bir şəxsin adını deyirdilər. Qəzənfər Paşayev. Amma təbii ki, o, sadəcə üzdə görünən şəxs idi.

O zaman daha çox bir şəxsin adını deyirdilər. Qəzənfər Paşayev. Amma təbii ki, o, sadəcə üzdə görünən şəxs idi.

RJ Reynolds Tabaco Baku şirkəti gördü ki, kombinat alıb ora ən müasir avadanlıqlar gətirməklə iş bitmir. Gördülər ki, burada nəsə istehsal edib, qanuni vergiləri verib yaşamaq mümkün deyil. Burada istehsal edilən siqaretin üzərinə vergilər gələndən sonra maya dəyəri çox baha olur.

Gördülər ki, onların İsveçrədə istehsal etdikləri siqaretlər Bakıda onların təklif edə biləcəyindən xeyli ucuz satılır. Bəlanın səbəbləri bəlliydi. Kontrabanda. Araşdırma göstərdi ki, ölkəyə gətirilən siqaretlərin cəmi 3 faizi rəsmiləşdirilir.

Onların başına nə gəldi sonra yazaram.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG