Keçid linkləri

►İndən belə mobil proqramda qrup zəngləri də mümkün olacaq

Facebook Messenger-ə növbəti yenilik artırılıb.

Xidmətin rəsmi bloqunda verilən məlumata görə, istifadəçilər indən belə mobil proqramda qrup zəngləri edə biləcəklər.

Bundan öncə proqramda yalnız bir nəfərlə səsli danışıq imkanı vardı.

Səsli qrup söhbətinə ən çoxu 50 nəfər qoşula bilər.

Xidmət, özəlliklə, şirkətlərin Messenger-dən online iclas aparmalarını hədəf götürüb.

Qrup zənglərindən ötrü istifadəçilər Messenger-də telefon simvoluna tıklamalı, sonra açılan yeni pəncərədən qrup zənglərini seçməlidirlər.

Yenilikdən faydalanmaq istəyənlər proqramın son versiyasını işlətməlidirlər.

Buna da bax: Cansız oyunçuların futbol çempionatı

XS
SM
MD
LG