Keçid linkləri

Təcili xəbərlər

Yerin Marsdan çəkilmiş yeni fotoşəkilləri


Bu yaxınlarda NASA-nın Mars Reconnaissance Orbiter aparatı Yerlə Ayın birgə şəklini 205 milyon kilometr məsafədən çəkməyə nail olub. Soruşa bilərsiniz ki, bu necə ola bilər. İzahı sadədir: çəkiliş Marsın səthindən aparılıb.

Mars Orbiterin göyərtəsindəki HiRISE kamerasını kalibrləmək üçün NASA alimləri Qırmızı planetin səthindən fərqli bir obyektin şəklini çəkməli idilər. Yaxınlıqda sayrışan Yer bu iş üçün yaxşı namizəd idi. Çəkilmiş görüntü 2016-cı il noyabrın 20-də çəkilmiş iki fərqli fotoşəkildən ibarətdir. Fotoşəkillərin parlaqlığına bir qədər "əl gəzdirilib", əks halda Yer çox qaranlıq görünərdi. Ancaq, kombinə olunmuş görüntü iki göy cisminin mövqelərini və ölçüləri arasındakı nisbəti düzgün əks etdirir.

Görüntülərdə Yelə Ay bir-birinə əslində olduğundan daha yaxın görünür. Bunun səbəbi fotoşəkillərin Ayın Yerin arxasında olduğu (Marsdakı müşahidəçinin gözü ilə baxanda) vaxt çəkilməsidir. Əslində, Ayla Yer arasında məsafə Yerin diametrindən 30 dəfə çoxdur və 370 min kilometr təşkil edir.

Fotolarda qitə və okeanları aydın görmək olur.

Beynəlxalq Kosmik Stansiyada olan astronavtların Ayla Yer doğan zaman onları bir-birinin arxasında görmək imkanı olur.

Digər kosmik gəmilərsə, üzü Yerə tərəf çevriləndə inanılmaz görüntülər çəkə biliblər: Saturnun halqalarının arxasından boylanan Yer. Üstəli bu mənzərə müxtəlif rakurslardan çəkilib. Görüntülərdə Yerin yanında Ay da var.

Yerlə Ayın birgə fotoşəkillərinin müxtəlif rakurslardan çəkilməsi adətən görünməyən detalların ortaya çıxarılması baxımından maraqlıdır. Məsələn, Ayın görünməyən tərəfinin quruluşu barədə təsəvvürlər yalnız kosmik eranın başlanmasından sonra formalaşıb.

Üzümüzə gələn aylarda, Cassini kosmik aparatı Saturnun halqaları ətrafında fırlanmağa davam edəcək. HiRISE isə hələ də Marsın ətrafında hərəkət edərək digər kosmik aparatlarla birlikdə planetin müxtəlif rakurslardan çəkilmiş fotoşəkillərini Yerə göndərməyə davam edəcək.

Ən son yazılan

XS
SM
MD
LG