Keçid linkləri

-

İnformasiya təhlükəsizliyi ilə məşğul olan «Barkly Protect» şirkəti yeni virus üzə çıxarıb.

Bu virus özünü Firefox brauzerinin yenilənməsi kimi qələmə verir.

İstifadəçilər fərqli saytlardan guya Firefox-un yenilənməsi üçün bildirişə yönəldilir və beləcə, cihazlarına virusun yoluxmasına şərait yaradırlar.

PUL VERMƏYİNCƏ KOMPÜTER İŞLƏMİR

«Yenilənmədən» sonra- sanki əfsanəvi Troya atında gizlənmişcəsinə, bu viruslar kompüterə yayılır və sistemin bir çox proqramlarını əngəlləyirlər. Onlar kompüteri bir növ girov götürərək işəyararsız edir və işlək halına qaytarmaq – «girov»u buraxmaq üçün girovpulu istəyirlər. Yalnız istifadəçidən müəyyən məbləği qoparandan sonra kompüter yenidən işlək hala gəlir.

Virus leqal sertifikat daşıdığından təhlükəlidir. Bu səbəbdən bir çox antivirus proqramları onun qarşısını ala bilmir.

«Barkly Protects» istifadəçiləri bu cür bildirişlərə tıklamamağı məsləhət görürlər. Şirkətbu məsələ ilə bağlı tədbir görməyə başladığını da bildirir. Növbəti antivirus yenilənmələrində sözügedən virus da təhlükəsizlik bölməsinə daxil ediləcək.

XS
SM
MD
LG