Keçid linkləri

Təcili xəbərlər

Antraktida buzlarından nəhəng aysberq ayrılır


NASA Antraktidadakı “Larcen C” buz təbəqəsinin yeni fotolarını yayıb.

Bu fotolardan buz təbəqəsinin üzərində getdikcə daha da dərinləşən 110 km uzunluğunda və 100 metr enində iri bir çat olduğu görünür.

Oxşar hadisə artıq 2002-ci ildə həmin buzlaqda baş vermişdi və buz qatı iki yerə ayrılmışdı. Alimlər bu dəfə Delaver (Delaware) ştatı böyüklüyündə bir aysberq yaranacağını deyirlər.

Buna da bax: 10 il sonra həyat necə olacaq?

Buz təbəqəsi artıq suda olduğu üçün dəniz səviyyəsini qaldırmayacaq.

Yarığı NASA-nın Cənub qütbü üzərində dəyişiklikləri ölçmək üçün illik missiyasına qoşulan alimlər üzə çıxarıb.

NASA-nın adminstrator müavini Dava Nyuman (Dava Newman) bu addımın bütün bəşəriyyət üçün, xüsusilə, dənizdə səviyyə qalxması və iqlim dəyişikliyini izləmək baxımdan olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Ən son yazılan

XS
SM
MD
LG