Keçid linkləri

►ABŞ hökuməti ilə "Apple" şirkəti arasında mübahisə böyüyür

"New York Times" qəzeti xəbər verir ki, "Apple" şirkətinin mütəxəssisləri iPhone smartfonları üçün ABŞ hökumətinin əlində olan mövcud üsullarla sındıra bilməyəcəyi müdafiə sistemi işləyib hazırlayırlar.

Qəzet yazır ki, bu işin nəticəsi böyük ehtimalla uğurlu olacaq. Əgər belə olarsa, şirkət hüquq-mühafizə orqanları üçün ciddi texniki çətinliklər yaratmış olacaq.

Obama administrasiyası hətta iPhone telefonlarına çıxış əldə etməklə bağlı mübahisədə qalib gəlsə belə, bu iş xeyli çətin olacaq. "O halda Federal Təhqiqat Bürosu "Apple"ın müdafiəsini neytrallaşdırmaq üçün başqa yol axtarmalı olacaq ki, bu da şirkət tərəfindən yeni məhkəmə çəkişmələrinə və texniki təkmilləşdirmələrə yol açacaq," - deyə qəzet bildirir.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Keçən həftə Kaliforniyada məhkəmə "Apple"dan bir iPhone smartfonunda saxlanan məlumata çıxış imkanı verən xüsusi proqram təminatını FTB-yə verməyi tələb edib. Smartfon Said Faruk adlı terrorçuya məxsusdur. Bu şəxs San Bernardinoda əlillər mərkəzinə hücumun iştirakçısı olub və zərərsizləşdirilib. Dekabrın 2-də baş vermiş bu hücum nəticəsində 14 nəfər həyatını itirib, 21 nəfərsə yaralanıb.

Şirkətin rəhbəri Tim Cook bildirib ki, FTB-nin bu tələbinə qarşı çıxacaq. O qeyd edib ki, "Apple"ın mühəndisləri onsuz da bu terror aktının təhqiqatı üçün vacib olan bütün məlumatları hökumətə ötürüblər. Cook əlavə edib ki, korporasiya xüsusi xidmət orqanlarına iPhone-ları qırmağa imkan verən proqram təminatını ötürmək fikrində deyil.

Keçən həftə ABŞ-da ən nüfuzlu hüquq müdafiə təşkilatlarından biri olan Vətəndaş Azadlıqlarını Müdafiə İttifaqı (ACLU) "Apple"ı dəstəkləyib. Təşkilatın rəsmisi hökumətin bu addımını "presedentsiz, məntiqsiz və qanunsuz" adlandırıb.

Buna da bax...

XS
SM
MD
LG