Keçid linkləri

Intel və Microsoft bulud biznesində fərqli çətinliklərlə üzləşir 


İçərisində "Intel" çipləri olan Windows kompüterləri ("Wintel") dövrü yavaş-yavaş sona çatır.

İçərisində "Intel" çipləri olan Windows kompüterləri ("Wintel") dövrü yavaş-yavaş sona çatır.

-

Uzun müddət partnyor olmuş Microsoft Corp və Intel Corp klaud (bulud) texnologiyasına daha çox diqqət ayırır. Ancaq bu buluda keçid çətinliksiz başa gəlmir.

Klaud - kompüter funksiyalarının kənar provayderlər tərəfindən idarə olunan məlumat mərkəzlərinə köçürülməsi yolu ilə göstərilən xidmətlər toplusudur. Microsoft uzun müddət klaud biznesində güclü artımla işləyib.
Onun əsas klaud xidməti olan "Azure" ötən rüb iki dəfəndən çox artım göstəribsə onu ehtiva edən "ağıllı bulud" bölməsi eyni dövr ərzində cəmi 3% artım göstərib. Bu bölmənin əməliyyat xərcləri isə 14 % azalıb.
Kompüter çipi istehsalçısı olan "Intel"insə klaud əməliyyatları sahəsində artımı tam aydın deyil. İnvestorlar ona skeptik yanaşırlar.

SƏHMLƏRİN ÜMUMİ DƏYƏRİ...

Son bir il ərzində "İntel"in səhmləri təxminən 1 % ucuzlaşıbsa proqram istehsalçısı olan "Microsoft"un səhmləri 30% bahalaşıb. "Microsoft"un səhmlərinin ümumi dəyəri (440 milyard dollar) "Intel"inkindən (151 milyard dollar) çoxdur. Beş il əvvəl bu fərq daha az idi. "Microsoft"un bazar kapitallaşması "Intel"inkinin iki misli qədər idi.

İçərisində "Intel" çipləri olan Windows kompüterləri ("Wintel") dövrü yavaş-yavaş sona çatır. Çünki getdikcə daha çox insan öz kompüter ehtiyaclarını mobil telefonlarla ödəyir, şirkətlərsə stolüstü kompüterlərdən uzaqlaşırlar. Həm "Intel"in, həm də "Microsoft"un CEO-ları Brian Krzanich və Satya Nadella klauda çox böyük önəm verirlər.

İXTİSARLAR GÖZLƏNİLİR...

"Intel" PC-dən klauda keçərək 12 min iş yerini ixtisara salacağını elan edib. Bu müddət ərzində klaud biznesinin gətirdiyi gəlir 9% artaraq, 4 milyard dollara çatıb. Bura klaud məlumat mərkəzlərini işlədən çiplər də daxildir. Şirkət hesab edir ki, bu sahədə onun işləri yaxşı gedir.

"Microsoft"un klaud sahəsində ən çox tanınan xidməti olan "Azure" 23 milyard dollarlıq klaud bazarının 10%-nə nəzarət edir. Müqayisə üçün deyək ki, bu sahədə lider olan "Amazon"un "AWS" xidməti bazarın 31%-nə nəzarət edir.
Klaud məlumat mərkəzlərinə aid kompüterlərin çiplərini istehsal edən "Intel" bu sahədə uğurla fəaliyyət göstərsə də müəyyən çətinliklərlə üzləşib.
"Ignition Partners" investisiya şirkətindən Nick Sturiale deyir ki, iki şirkətin gəlirləri arasındakı fərqi "Microsoft"un soft (kompüter proqramı), "Intel"insə çip istehsalçısı olması ilə əlaqələndirir.

İNTEL-İN MÜŞTƏRİLƏRİ...

"Gartner" tədqiqat şirkəti bildirir ki, müştərilər öz texnologiya büdcələrinin ən böyük hissəsini məhz kompüter proqramlarına xərcləyirlər. "Intel"in məlumat mərkəzləri üçün olan çiplərinin müştəriləri isə iri şirkətlərdir. Onların arasında Facebook, Google, Amazon və Microsoftun özü də var.
"Facebook" kimi iri məlumat mərkəzi qurucuları öz çiplərini istehsal etdikcə "Intel" daha çox əziyyət çəkə bilər. Bir gün onun müştəriləri çip almağı dayandıra bilər.
Ancaq ötən həftə şirkətin rəhbəri Krzanich bir təhlilçi ilə söhbətində deyib ki, "Intel" özünün klaud məlumat mərkəzi ilə bağlı baxışı və rəqibləri diqqətlə izləməsi ilə bu sahənin önündə qalacaq.
"Bilirsiniz ki, biz öz məhsulumuzun performansı ilə yaşayırıq, ya da ölürük," deyə o əlavə edib.

"Intel" "Internet of Things" (Əşyaların İnterneti") ilə tanınan İnternetə birləşən qurğular üçün çiplər də istehsal edir. Mütəxəssislər bunu perspektivli sahə hesab edirlər. Belə ki, bazara çox güclü bir istehlakçısının, yaxud da biznes məhsulunun daxil olması ilə bu çiplərin satışı ciddi şəkildə arta bilər.

XS
SM
MD
LG