Keçid linkləri

Təcili xəbərlər

Mobil proqram göz xəstəliklərini üzə çıxaracaq


İllüstrasiya
İllüstrasiya

►Göz xəstəliklərinin diaqnostikası üçün mobil proqram hazırlanıb

Yeni Zelandiyanın bir qrup proqramçısı göz xəstəliklərini müəyyənləşdirməyə imkan verən mobil proqram yaradıb.

Bu proqram “Auckland Eye Manual” adlanır.

Proqramda 100-dən çox xəstəliyin diaqnostika üsulları haqqında məlumat verilir.

Burada rəngli şəkillərdən ibarət kitabça da yer alıb.

Həmin kitabçada yardım və xəstəliklərin müalicə üsullarından söz açılır.

İstehsalçıların sözlərinə görə, ürək, ağciyər və dəri xəstəliklərinə nisbətən göz xəstəlikləri elə də yayılmayıb.

Həkimlərdə ixtisaslaşdırılmış diaqnostik avadanlığın olmaması nadir rastlanan xəstəliklərə diaqnoz qoyulmasını çətinləşdirir.

Bu proqram məhz diaqnoz qoyulmasını asanlaşdıracaq.

Ən son yazılan

XS
SM
MD
LG