Keçid linkləri

Təcili xəbərlər

Misirdə 7000 il yaşı olan şəhər tapılıb


Arxeloqlar Misirdə indiyə qədər bəlli olan ən qədim şəhərlərdən birini aşkar ediblər.

Şəhər Misirin ən qədim paytaxtlarından biri olduğu düşünülən Abidos yaxınlığında yerləşir.

Tapıntı Hüsnü Mübarəkə qarşı 2011-ci ildə qaldırılmış qiyamdan sonra tənəzzül edən Misirin turizm sənayesini canlandıra bilər.

Qazıntılar zamanı tədqiqatçılar buradan evlərin qalıqları, saxsı qablar, daş alətlər və 15 böyük qəbir tapıblar. Alimlərin fikrincə, qəbirlərin ölçüsü dəfn olunan insanların yüksək statusunu göstərir.

Ölkənin Əntiqliklər naziri Mahmud Afifi çıxışında bildirib ki, bu tapıntı Abidosun tarixi haqqında bir çox məlumatları aydınlada bilər.

Ekspertlər isə ümid edirlər ki, aşkarlanmış qədim məskən onların Abidosun İlk Sülalə və Erkən-sülalə dövründə Misirin paytaxtı olması fikrini sübut edəcək.

Buna da bax: Smartfonlar bir həftə “zaryadka” saxlayacaq

Tapıntı Hüsnü Mübarəkə qarşı 2011-ci ildə qaldırılmış qiyamdan sonra tənəzzül edən Misirin turizm sənayesini canlandıra bilər. 2015-ci ildə Qırmızı Dəniz istirahət zonasından 224 nəfəri aparan Rusiya təyyarəsinin bombalanması da ölkə turizminə zərbə vurmuşdu.

2010-cu ildə Misirə gələn turistlərin sayın 14.7 milyon olduğu halda, 2016-cı ilin ilk üç ayı ərzində bu rəqəm 1.2 milyona düşüb.

Ən son yazılan

XS
SM
MD
LG