Keçid linkləri

Təcili xəbərlər

Çirkli havanı daş-qaşa çevirən qüllə


Pekində quraşdırılmış konseptual Smog Free Tower (Smoqsuz Qala) qurğusu 40 gün ərzində 30 milyon kubmetrdən çox çirkli havanı zərərli hissəciklərdən təmizləyib.

Pekində quraşdırılmış Smog Free Tower qülləsi avtomatik rejimdə çalışaraq ətrafdakı havanı zərərli hissəciklərdən təmizləyir. Nəticəsə, qala 41 gün ərzində 3 milyon kubmetrdən çox havanı təmizləyib.

"Roosegaarde" studiyasının hazırladığı təmizləyici qüllə ötən il ilk dəfə Rotterdam və Amsterdam şəhərlərində quraşdırılıb. Bundan sonra yeniliyin müəllifləri özü-özünə təmizlənən şəhərlərin sayını artırmaq qərarına gələrək Pekini də siyahıya daxil ediblər. Bundan başqa, Pekində quraşdırılmış Smog Free Tower qülləsi avtomatik rejimdə çalışaraq ətrafdakı havanı zərərli hissəciklərdən təmizləyir. Nəticəsə, qala 41 gün ərzində 3 milyon kubmetrdən çox havanı təmizləyib. Cihazın müəllifləri bildirirlər ki, bu, Pekin stadionunun həcmindən on dəfə çoxdur. Bu müddət ərzində qüllə, ölçüsü 2,5 mikrometrdən 10 mikrometrə qədər olan bir neçə milyard zərərli hissəciyi tutub saxlaya bilib.

Qala 1700 vatt gücündə elektrik təchizatı tələb edir. Bu gücün köməyilə qala müsbət yüklənmiş ionlar formalaşdıraraq onları havaya buraxır. Bu hissəciklər ziyanlı hissəciklərə birləşərək yenidən qalanın içinə sorulur. Bu, qalanın mənfi yüklənmiş xüsusi daxili örtüyü sayəsində baş verir. Qurğu qalanın hər tərəfindəki havanı təmizləməyə qadirdir. Beləliklə, onun ətrafında təmiz hava qovuğu yaranır.

Qüllənin topladığı smoq hissəcikləri sonradan preslənərək kiçik kublar şəklinə salınır. Bu kublardan bəzək əşyaları hazırlanır. Hər kubun tərkibində 1000 kubmetrdən çox havanın emalından alınmış hissəcik var. Kublar qaş kimi üzüklərə yerləşdirilir. Üzüklərdənsə havanı təmizləməyin bu yeni üsulunu xatıdladan suvenir kimi istifadə olunur. Məhdud sayda, 300 ədəd hazırlanmış bu üzüklərin hamısı Pekində satılıb.

Buna da bax: Taylı tayını “ağlına görə” tapar

"Roosegaarde" studiyasının nümayəndələri düşünürlər ki, Smog Free Tower qurğularından bir çox ictimai yerlərdə havanın lokal təmizlənməsi üçün istifadə oluna bilər.

Studiya Çin hökuməti ilə əməkdaşlıq edərək, onun smoqa qarşı 172 milyon dollarlıq müharibəsində iştirak edir. "Roosegaarde" yeniliyi nümayiş etdirmək üçün Çinin digər şəhərlərinə də gedir. "Berkeley Earth" araşdırma mərkəzinin apardığı bir tədqiqatın nəticəsində məlum olub ki, Çində çirkli hava gündə 4000 insanın həyatına son qoyur.

Berlində yerləşən "Elegant Embellishments" şirkəti də Çində işləməyi planlaşdırır. Bu sənaye dizaynı studiyasının hazırladığı xüsusi material binaların fasadlarına vurulur və havadakı zərərli maddələrlə kimyəvi raksiyaya girərək onları neytrallaşdırır.

'Elegant Embellishments' hava təmizləyici panellər
'Elegant Embellishments' hava təmizləyici panellər

Materialın səthi titan dioksidindən hazırlanıb. Bu maddə ağ piqmentin alınmas üçün boyaların və kağızın tərkibinə də vurulur. Titan dioksidi (TiO2) azot oksidi, habelə maşınların buraxdığı zərərli üzvi maddələri kalsium nitrata və az miqdarda karbon dioksidinə çevirir. Həmin bu kalsium nitrat duzu binanın fasadına toplanır və yağış yağanda yuyulub gedir.

"Elegant Embellishments"in ilk layihəsi 2013-cü ildə Mexiko şəhərindəki bir xəstəxananın fasadına yerləşdirilib. Hazırda studiya Çin bazarında işə başlayacaq yeni şirkət yaratmaq üzərində çalışır.

Studiyanın həmtəsisçisi Deniel Şvaq (Daniel Schwaag) deyir ki, ictimai müəssisələrin maliyyələşmə problemi olduğundan şirkət əvvəlcə özəl məhəllələrdə işə başlayacaq.

Buna da bax: Ən etibarsız smartfonların reytinqi

"U-Earth Biotechnologies" şirkətinin hazırladığı 3 metrlik silindrik metal hava təmizləyicisi isə ilk dəfə nümayiş etdirilmək üçün İtaliyanın Turin şəhərində quraşdırılıb. Bu qurğunun içərisinə avtomobillərdən çıxan zərərli qazları, kömür mədənlərindən çıxan kükürd iki oksidi və başqa zərərli maddələri özünə cəlb edən xüsusi bakteriyalar yerləşdirilib. Qurğunun müəlliflərindən biri olan "Betta Maggio" şirkəti bildirir ki, bu qurğu öz ətrafında tenis kortu ölçüsündə təmiz hava qovuğu yarada bilir.

Ötən il havanın keyfiyyətinin monitorinqini aparmış şəhərlərin 80%-nin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab vermədiyi ortaya çıxıb.

Ən son yazılan

XS
SM
MD
LG