Keçid linkləri

Rusiya Pokemon Go-ya alternativ hazırlayıb


►İstifadəçilər məşhur adamların 3D formatlı şəkilləriylə selfie çəkdirmək imkanı qazanacaqlar

Moskva şəhər meriyası informasiya texnologiyaları (IT) departamentinin hazırladığı xüsusi mobil əlavə Pokemon Go-ya alternativ ola bilər.

Bu əlavə istifadəçilərə məşhur adamların 3D formatlı şəkilləriylə selfie çəkdirmək imkanı verir.

İstifadəçilərin birgə selfie çəkdirə biləcəyi məşhurlar arasında kosmosa uçmuş ilk insan - Yuri Gagarin, tanınmış rus şairi Alexander Pushkin, bəstəkar Pyotr Tchaikovsky, XVIII əsrdə yaşamış tanınmış alim Mikhail Lomonosov, sovet rok ulduzu Viktor Tsoi və Napoleon da var.

Moskva meriyası rəsmisinin sözlərinə görə, bu şəxsiyyətlərin şəkilləri real məkana “hopdurulacaq”. İstifadəçi bu məkanın 50 metrlik diapazonunda olarkən, həmin personaj, eynən “Pokemon Go”dakı kimi, onun kamerası önündə işarmağa başlayacaq. Yeni mobil əlavəni avqustun sonlarında AppStore və Play Marketdən yükləmək mümkün olacaq.

Meriya bugünlərin populyar əlavə reallıq texnologiyasından yararlanaraq, Moskvanın zəngin mədəni irsinə marağı artırmaq və moskvalıları öz şəhərlərini daha yaxından tanımağa həvəsləndirmək istəyir.

Buna da bax: Pokemon tutanların başına gələnlər: qarət, qəza, xəsarət...

XS
SM
MD
LG