Keçid linkləri

►Bionik əl öz sahibinin istəklərini rahatca gerçəkləşdirir

Amerikalı həvəskar mühəndis Evan Booth maraqlı bir üsulla protez əl – taxma əl düzəldib.

O, qəhvə aparatının hissələrindən yararlanaraq, protez hazırlayıb.

Evan bütün prosesi videoya çəkərək, öz YouTube kanalında yerləşdirib.

Video 5 dəqiqəlik olsa da, protezin hazırlanması, əslində, bir həftə vaxt alıb.

Buna da bax: Süni göz xəstəni işığa qovuşdurub

Evan əvvəlcə qəhvə aparatını müxtəlif alətlərin köməyi ilə hissələrə ayırıb. Sonra bu hissələri insan əlinə bənzər şəkildə dəyişdirib. O, qəhvə maşını hissələrindən başqa yapışqan və adapterdən istifadə edib.

Bionik əl öz sahibinin istəklərini rahatca gerçəkləşdirir. Protezin barmaqlarını tərpətmək, əymək və əşyaları götürmək olur.

XS
SM
MD
LG