Keçid linkləri

Təcili xəbərlər

Orta Asiyadan da geri Azərbaycan...


HƏTTA ORTA ASİYADA DA BAŞQA CÜR OLDU...

Bəzilərinin Orta, bəzilərinin isə Mərkəzi Asiya adlandırdığı bögənin ölkələrinin siyasi demokratiya və islahatlar baxımından örnək kimi göstərilməsinin necə absurd, hətta gülünc olmasının özüm də fərqindəyəm.

Bu ölkələrdə siyasi ab-hava, idarəçilik fəlsəfəsi elə bir eybəcər hal alıb ki, bununla bağlı insanlar nəinki ciddi danışmaq istəmir, hətta lətifələr qoşurlar. Amma Özbəkistanda bu günlərdə keçirilən seçkilər məni bəzi müqayisələr aparmağa təhrik etdi.

Əslində hamıya çoxdan, prezidentin səlahiyyətlərini icra etməyə başlayandan aydın idi ki, Şavkat Mirziyoyev prezident olacaq... Amma yenə də bir sualı təkrar-təkrar özümə verməyə bilmirəm. Özbəkistana lağ edən, yuxarıdan aşağı baxan azərbaycanlılar nə qədər haqlıdırlar?..

Əslində hamıya çoxdan, prezidentin səlahiyyətlərini icra etməyə başlayandan aydın idi ki, Şavkat Mirziyoyev prezident olacaq. “Seçki” də necə deyərlər, sürprizsiz-filansız ötüşdü.

Amma yenə də bir sualı təkrar-təkrar özümə verməyə bilmirəm. Özbəkistana lağ edən, yuxarıdan aşağı baxan azərbaycanlılar nə qədər haqlıdırlar?..

Bəli, böyük ehtimalla Özbəkistandakı bu prezident seçkisi də regional və qlobal demokratiyanın tarixinə yazılmayacaq. Amma bir nüans var.

Nə də olsa, Özbəkistanda İslam Kərimovun birbaşa varisləri – Gulnara Kərimova və ya Lola Kərimova prezident olmadı. Şavkat Mirziyoyev Kərimovun silahdaşı olsa da, uzun illər ən yaxın məmurlarından sayılsa da, hər halda, birbaşa varis deyil.

Maraqlıdır ki, bir vaxtlar çoxunun lağ etdiyi Türkmənistanda da belə olmuşdu. Hakimiyyətə Saparmurat Niyazovun birbaşa varisləri deyil, Qurbankulu Berdımühəmmədov gəldi. Düzdür, o da Türkmənbaşının ən yaxın məmuru, hətta şəxsi həkimi hesab edilirdi. Amma bütün hallarda heç də Saparmuradın birbaşa varisi deyildi.

Buna da bax: Mötəbər təşkilatın əməkdaşlarına qarşı irəli sürülmüş ittihamdan seçmələr

Qazaxıstanda da hakimiyyətlə bağlı müəyyən narahatlıqlar yaşanır, çünki Nursultan Nazarbayev də artıq ahıl yaşlarındadır. Orada da Nazarbayevin qızının adı siyasi varis kimi hallanır. Amma Elbaşı (bu, Nazarbayevin milli tituludur) bu günlərdə bildirdi ki, Qazaxıstanda belə olmayacaq və onun qızı siyasi varis olmayacaq.

Düzdür, Nazarbayev siyasi varisi kimi hansı məmuru gözaltı etdiyini də açıqlamır. Amma Astananın gələcək siyasi sahibi kimi qızının adının hallanmasına da razı olmur...

FORMAL BAXIMDAN “İRƏLİ”DƏ...

Bütün bunları niyə deyirəm? Azərbaycanlılar lağ etsə də, öz orta asiyalı qardaşlarına bir qədər təkəbbürlə baxsalar da, hər halda, orada siyasi hakimiyyət Azərbaycandakı kimi ötürülmədi. Elə bunun özü belə kimin daha irəlidə olmasını bir az mübahisəli edir...

Formal baxımdan siyasi partiyaların Azərbaycanda çox olması bu ölkədə siyasi plüralizmin və ya siyasi demokratiyanın varlığının sübutu ola bilərmi?..

Bəli, formal baxımdan Azərbaycan Orta Asiya ölkələrindən irəlidədir. Məsələn, Özbəkistanda cəmi bir neçə partiya qeydiyyatdan keçib (prezident seçkisinə dörd partiya qatılmışdı). Azərbaycanda isə onlar bir deyil, iki deyil, onlarladır. Amma yenə də bir nüans var. Formal baxımdan siyasi partiyaların Azərbaycanda çox olması bu ölkədə siyasi plüralizmin və ya siyasi demokratiyanın varlığının sübutu ola bilərmi?..

Təəssüf ki, heç ola bilmir. Çünki cəmi Azərbaycan partiyalarının (təbii ki, söhbət hakimiyyətdə olmayanlardan gedir!) siyasətə təsiri hansısa ortabab bir demokratik ölkənin ən kiçik və ən geri bir partiyasının təsiri qədər deyildir.

Bu partiyaların böyük qismi nəinki parlamentdə, heç bələdiyyələrdə də təmsil olunmayıblar. Parlamentdə, vur-tut, iki-üç partiya təmsil olunub ki, onların da hakim partiyanın xırda satellitləri olmasına heç bir şübhə yoxdur. Hətta bu partiyalar da parlamentdə cəmi bircə mandatla təmsil olunublar...

Formal baxımından, məsələn, Azəarbaycanda daha çox qəzet var. Amma bu da getdikcə görüntüyə çevrilməkdədir. Bu gün ən müstəqil və prinsipial yazarlar belə bəzi məqamlarda susmağa məcburdurlar.

Formal baxımından, məsələn, Azəarbaycanda daha çox qəzet var. Amma bu da getdikcə görüntüyə çevrilməkdədir. Bu gün ən müstəqil və prinsipial yazarlar belə bəzi məqamlarda susmağa məcburdurlar. Zaman keçdikcə isə bu “məqam”ların sayı artır...

Düzdür, ən azı bir vaxtlar azərbaycanlıların özlərini daha da irəlidə hesab etmələrinin əsası vardı. Bir vaxtlar azərbaycanlılar siyasi və ictimai həyatda daha fəal və təsirli idilər...

İndisə Azərbaycanın irəlidə olmasının (əgər belə demək mümkündürsə!) bir səbəbi var – burada ayrı-ayrı insanlar hələ də ölkədə bərqərar olmuş yeni “siyasi qaydalar”la barışmır, etiraz etməyə, müqavimət göstərməyə çalışırlar...

Bütövlükdə cəmiyyət isə elə Özbəkistanda, Türkmənistanda və Qazaxıstanda olduğu kimidir, elə bir prinsipial fərq yoxdur. Elə yaxın günlərin söhbətidir. Bir tanışıma rast gəldim. Başladı bahalaşmadan və böhrandan gileylənməyə. Axırda da qayıtdı ki, bu müxalifət hara baxır, niyə etiraz etmir?..

Ona heç nə demədim... Ona görə ki, Azərbaycanda insanlar çoxdan özlərini elə aparırlar ki, guya müxalifətin başqa adamları da var və bir şey baş verəndə o, bu adamlarını etirazlara çıxarmalı, on milyonluq Azərbaycan cəmiyyəti isə evində divanda oturub çay içə-içə bu etirazları seyr etməlidir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG