Keçid linkləri

Təcili xəbərlər

Xəyali sistem


U.S. -- Police gather around protestors following the fatal police shooting of a black man, with a dozen officers and several demonstrators injured in the violence on September 20, 2016 in Charlotte, North Carolina. Media reported that several hundred peo
U.S. -- Police gather around protestors following the fatal police shooting of a black man, with a dozen officers and several demonstrators injured in the violence on September 20, 2016 in Charlotte, North Carolina. Media reported that several hundred peo

Bugün İnsanlara Hammurabinin qanunlarının mif olduğunu deyə bilərik, amma bunu insan haqqları haqqında desək, yəqin ki, hər kəs bizə gülər. Əgər insanlar insan haqlarının sadəcə xəyallarda mövcud olduğunu dərk etsələr cəmiyyətin çökmə ehtimalı ortaya çıxmazmı?

İnsanın haqqları yoxdur, hörümçək, fil, meymunların haqları olmadığı kimi. Bu sözlərimi yalnış anlamayın, sadəcə, mən məsələyə fərqli, bioloji nöqteyi-nəzərdən yanaşıram.

Volter Allah haqqında “Allah yoxdur, amma bunu qəti qulluqçuya demə, yoxsa məni öldürər” demişdir. Bu cümləni Hammurabi öz qanunları haqqında, Tomas Ceferson da insan haqları üçün deyə bilərdi. İnsanın haqqları yoxdur, hörümçək, fil, meymunların haqları olmadığı kimi. Bu sözlərimi yalnış anlamayın, sadəcə, mən məsələyə fərqli, bioloji nöqteyi-nəzərdən yanaşıram.

Bugün biz bu mövqedən bərabərlik və insan haqları haqqında fikir yürütsək alacağımız cavab “İnsanların bioloji olaraq bərabər olmadığını biz də bilirik. Ancaq biz bərabər olduğuna inansaq daha yaxşı cəmiyyət qura bilərik” olar. Buna əlbəttə etiraz etmərəm. İnsanların yaşam normativlərinə cavab verən cəmiyyətdən imtina edəcək deyilik. Ancaq bizim yaşam normativlərimiz bizi qane edirmi? Gəlin bir az haşiyəyə çıxaq.

Bugün biz yerin cazibə qüvvəsinə inanmaqdan əl çəksək, cazibə qüvvəsinin ortadan qalxmaq ehtimalı yoxdur. Bunun əksi olaraq, xəyalın məhsulu olan sistem hər zaman çökmə ehtimalı ilə üz-üzədir, çünki varlığı miflərə bağlıdır və miflər insanların onlara inanmadığı anda çökərlər.

Bəs bu fəaliyyətlərin ən çətinini həyata keçirən polis, ordu və s. quruluşlar inanmadığı quruluşu niyə ayaqda saxlamaq istəsinlər?

Bu çöküşün baş verməməsi üçün səy göstərilməlidir. Bu səylərdən bəziləri şiddət, qorxu, müharibə, polis və həbsxanalardır. Lakin xəyali sistemi ancaq şiddət ayaqda saxlaya bilməz. Çünki, kütləvi şəkildə həyata keçirilən fəaliyyətlərin ən çətini məhz şiddətdir. Bəs bu fəaliyyətlərin ən çətinini həyata keçirən polis, ordu və s. quruluşlar inanmadığı quruluşu niyə ayaqda saxlamaq istəsinlər? Və ya sistem onları necə idarə edir ki, bu qurumlar ən güclü müdafiə quruluşu rolunu oynayır?

Əlbəttə ordunu, polisi ancaq zor tətbiq etməklə idarə etmək mümkün deyil. Bu vəziyyətlərdə sistemlər vətən, ana, şərəf, kişilik və ya pul kimi şeylərə inandırmaq istəyir. Yəni sistem nə qədər şüddətə əl atsa da, gerçəkdə inananların da olması vacibdir. Əgər rahiblər və keşişlər İsa peyğəmbərə inanmasaydı Xristianlıq 2000 il mövcud olmazdır. ABŞ demokratiyasına, prezidentlər və konqress üzvləri inanmasaydı 250 il mövcud olmazdı. Əgər bankirlər kapitalizmə inanmasaydı bugün bəlkə də fərqli xəyali sistemdə yaşayar olardıq.

Xəyali sistemlərə inamın bu qədər möhkəm olmasının ilkin səbəbi, insanların bunu xəyali olduğunu inkar etmələri ilə başlayır.

Xəyali sistemlərə inamın bu qədər möhkəm olmasının ilkin səbəbi, insanların bunu xəyali olduğunu inkar etmələri ilə başlayır. Başqa sözlə desək, bizim fərdi istəklərimiz hal hazırda yaşadığımız xəyali sistemin ən güclü müdafiə mexanizminə çevrilib. Fərdi istəklər isə dövrlərə uyğun olaraq dəyişir və formalaşır. Əgər 2 əsr əvvəl dostumuza “Ürəyinin səsini dinlə” desəydik dostumuzun verəcəyi qərar 2 əsr əvvəl mövcud olan atmosferin şiddətli təsirinə məruz qalardı. Yəni biz ən şəxsi saydığımız qərarlar belə yaşadığımız sistemlər tərəfindən proqramlaşdırılmışdır.

Məsələn, xaricdə istirahət anlayışını misal çəkə bilərik. Depresiyyaya düşən fərd bu gün xaricə istirahətə və aliş-verişə getmək kimi vərdişə yiyələnib. Ancaq 4-5 əsr əvvəl insanların depresiyyadan çıxmaq metodu bu deyildi. Bu gün özümüzü piss hiss edərkən aliş-verişə getməyimiz, xarici ölkələrə tətilə getmək istəyimiz bizim şəxsi qərarlarımız yox, istehlak cəmiyyətinin bizdə proqramlaşdırdığı qərarlardır.

Qədim Misirdə həyat yoldaşı ilə problemi olan misirli öz yoldaşını Babilə aparmaqla problem həll etməyib, çünki, dövrün insanlarda prqoramlaşdırdığı anlayış fərqli olub. Və yaxud başqa misal çəkə bilərik. Bu gün azərbaycanlı gənclərin getmək istədiyi ölkələri soruşsaq yəqin ki, cavablar Norveç, İsveç, Almaniya üçbucağından kənara çıxmaz. Bu gənclər istəklərinin fərdi olduğunu şiddətli şəkildə müdafiə edərlər, ancaq bu doğrudurmu, siz qərar verin.

Uşaq ikən mənim xəyalımda uydurduğum dostum var idi. O dost hər zaman mənimlə birlikdə idi. Böyüdüm və dosum yox oldu. Çünki, mən onun var olduğuna inanmadım. Bu gün bizim inandığımız, dəyər adlandırdığımız və bizə dəyər kimi aşılanan hər şey bizim xəyalımızın məhsuludur. Bu xəyalın məhsulları bizə ziyan verirsə ona inanmaqdan əl çəkin. O zaman sistem özü-özünü məhv edəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG