Keçid linkləri

Təcili xəbərlər

10 il sonra həyat necə olacaq?


Google süni intellekt araşdırmaları layihəsinin rəhbəri və futuroloq Rey Kurtsveyl.
Google süni intellekt araşdırmaları layihəsinin rəhbəri və futuroloq Rey Kurtsveyl.

Amerikalı futuroloq Reymond Kurtsveyl (Ray Kurzweil) 10 ildən sonra bəşəriyyatın həyatının necə olacağı ilə bağlı öz təsəvvürlərini bölüşüb.

İlk olaraq futuroloq tibblə bağlı məsələlərə toxunaraq deyib ki, gələcəkdə insanın bədən orqanlarını süni yetişdirmək çox geniş şəkildə yayılacaq. İnsan özü orqanizmini tənzimləyə biləcək, bu da orqanizmin cavanlaşmasına və xəstəliklərin profilaktikasına gətirib çıxaracaq.

Növbəti proqnoz isə energetika sahəsi ilə bağlıdır. Futuroloq əmindir ki, yaxın gələcəkdə insanların hamısı günəş enerjisinə keçəcək, bu da planetin ekoloji vəziyyəti yaxşılaşdıracaq. Hal-hazırda günəş batareyalarından istifadə sürətlə artmaqda davam edir. Günəş enerjisindən daha çox istifadə etdikcə, günəş panellərinin qiyməti də ucuzlaşacaq.

Buna da bax: Bank kartın oğurlamaq üçün 6 saniyə bəs edir

Kurtsveyl hesab edir ki, kənd təsərrüfatı da bütünlüklə dəyişəcək. Adi istixanalar vertical, çoxmərtəbəli bina formasında olanlarla əvəz ediləcək, istixanada işləyənlər isə ancaq robotlar olacaq. Ət məhsulları əldə etmək üçün mal-qara yetişdirmək də lazım olmayacaq. Artıq heyvanların əzələ toxumasını laboratoriyalarda süni şəkildə yetişdirmək mümkündür. Gələcəkdə bu cür istehsal daha sürətlə getdiyindən, onun qiyməti də ucuzlaşacaq.

Butiklər və məişət texnologiya mağazaları ikinci plana keçəcək. Yaxın gələcəkdə insanlar özləri hər şeyi öz evlərində istehsal edə biləcəklər. Bu işdə köməkçi isə 3D-printerlər olacaq.

Virtual reallıq demək olar ki, bəşəriyyəti bütünlüklə əlinə alacaq, insanlar bu sistem vasitəsilə ünsiyyət saxlayacaq, həmçinin taktil hissiyatı ötürnən texnologiyalar da yaranacaq.

Kurtsveyl dəfələrlə onu da deyib ki, öz vəfat etmiş atasını – Frederik Kertsvelanı süni intellekt vasitəsilə “geri gətirəcək”. O belə hesab edir ki, ölmüş bir şəxsin DNT-ni götürüb yetişdirməklə, həmin şəxsin virtual versiyasını yaratmaq mümkün olacaq.

Ən son yazılan

XS
SM
MD
LG