Keçid linkləri

Bu proqramın daxil edilməsindən sonra bir neçə ayın ərzində iPhone oğurluğu San Fransiskoda 40, Nyu Yorkda 30 faiz azalıb.

Adamlar elə hey yeni texnologiyaların qarasınca deyinirlər, - yazır Yahoo xəbər portalı, - “Mənim xətlərim qırılır”, “WiFi-ın sürəti çox aşağıdır”, “Apple yenə də öz noutbuklarında elektrik naqillərinin dizaynını dəyişib” və sair.

Lakin texnologiyalar adətən sevinc gətirir. Xəbərdə deyilir ki, əgər bu il ərzində ortaya çıxmış yeni texnologiyalar barəsində yaxşıca düşünsək, sevinməyə daha çox əsas var.

“Telefonu öldürən düymə”

2013-cü ildə orta hesabla San Fransickoda smartfonların 69, Nyu Yorkda isə iPhone-ların 40 faizi oğurlanmışdı.

O zaman Apple “qıfıllama” proqramını tətbiq etdi. Bu çox parlaq və sadə ideya idi: Oğrular sizin parolunuzu bilmədən iPhonun içindəkiləri silə və ondan istifadə edə bilməyəcəkdilər. Bu isə həm də o demək idi ki, bu cihazlar qara bazara çıxarıla bilməzdi. Yəni onları oğurlamaq mənasızlaşırdı.

Telefon oğurluğu mənasızlaşır

Telefon oğurluğu mənasızlaşır

Bu proqramın daxil edilməsindən sonra bir neçə ayın ərzində iPhone oğurluğu San Fransiskoda 40, Nyu Yorkda 30 faiz azalmışdı. Londonda isə bu rəqəm 50 faiz idi. Burası da var ki, elə həmin müddətdə Samsung Galaxy telefonlarının oğurluğu sıçrayışla artmışdı.

Kaliforniya “telefonun məsafədən yararsız hala salınması proqramı”na elə valeh olmuşdu ki, onun bütün telefonlar üçün icbari olduğu barədə qanun qəbul etmişdi.

Mobil telefonların “intihar düyməsi”ni tezliklə Google, Samsung və Microsoft da tətbiq edəcəklər.

Amma burası da var ki, bəziləri belə bir proqramın mövcud olduğunu bilmirdilər.

Google xəritələri

Heç kəs bu barədə düşünməyib ki, Google xəritələrinin tətbiqi havaya avtomobillərdən zəhərli qazların tullanmasını milyon tonlarla azaldıb. İndi maşınlar bir yeri tapmaq üçün dəfələrlə dövrə vurmalı olmur.

Google xəritəsi lap elə heç yerə getməyənlər üçün də faydalıdır. Çünki bu proqram qlobal məlumat kitabı kimidir və burada bütün dünya boyunca bərbərxanalardan tutmuş restoranlaradək müxtəlif xidmətlərin ünvanları, telefon nömrələri, hətta fotoları var.

Məgər sevinmək üçün səbəb deyil? Axı həm də müftədir bütün bunlar!

XS
SM
MD
LG