Keçid linkləri

Təcili xəbərlər

Virtual reallıq alış-verişi kökündən dəyişdirəcək


Artıq 2050-ci illərdə virtual reallıq insanın həyatını kökündən dəyişdirəcək. Mütəxəssislər əmindirlər ki, ənənəvi şopinqin mövcudluğuna son qoyulacaq.

Tezliklə insanlar öz qarderoblarını evdən çıxmadan yeniləyə biləcəklər. İstehlakçılar virtual geyinmə otaqları və virtual dükanın süni şüurlu "işçilərinin" xidmətlərindən istifadə edə biləcəklər.

Hətta çatdırılma da xüsusi uçan robot dronlar vasitəsilə həyata keçiriləcək. Nəticədə, bütün dünyada satış sahəsində əsl inqilab baş verəcək.

Hətta çatdırılma da xüsusi uçan robot dronlar vasitəsilə həyata keçiriləcək. Nəticədə, bütün dünyada satış sahəsində əsl inqilab baş verəcək. Növbələrin və qaş-qabaqlı satıcıların olduğu tipik biznes isə tarixə çevriləcək.

Ekspertlərin proqnozlarına görə virtual reallıq (VR) vasitəsilə virtual dükanın işıq və atmosferini sizin əhvalınıza görə tənzimlənəcək. Süni intellektli köməkçilər sizin maraq və zövqlərinizi sizdən yaxşı biləcək. Məsələn, dəniz kənarına istirahət ərəfəsində onlar sizə çimərlik geyimlərini göstərəcəklər. Qeyri-adı məkanlarda keçirilən holoqrafik moda nümayişlərinin şahidi olmaq imkani yaradılacaq.

“Holiton” rəqəmli marketinq agentliyinin baş texnologiya əməkdaşı Rassel Friman (Russell Freeman) deyir: “Moda industriyası əsasən yenilikləri ilə tanınır, ancaq biz hələ də köhnə qayda ilə bazarlıq edirik. Dəyişmə otağından istifadə etməli oluruq, bizə məhdud məkan təklif olunur. Tamamlanmış reallıq, virtual reallıq, dron çatdırması və süni zəka bizim bazarlıq davranışımızı tamamilə dəyişdirəcək. Bu, maraqlı, inqilabi dövrdür.”

Buna da bax: Təkamül nəzəriyyəsini yeniləməyin vaxtı çatıb

Ekspertlər cəmiyyətin həyatında baş verəcək bu dəyişikliyi "dördüncü sənaye inqilabı" adlandırırlar. Bu zaman, bioloji, fiziki və rəqəmli texnologiyalar bütövləşəcək. İndidən gələcəyə nəzər salmaq istəyənlər üçün Birminhemin Milli Sərgi Mərkəzində keçiriləcək gənc alim və mühəndislərin "Böyük Partlayış" ("Big Bang") sərgisi çərçivəsində "Virtual Şopinq" təşkil olunacaq. Tədbir 2017-ci ilin martında başlayacaq.

“Böyük Partlayış” sərgisinin təşkilatçılarından biri olan EngineeringUK təşkilatının icraçı direktoru Pol Cekson (Paul Jackson) deyir ki, “Gələcəkdə baş verəcək bu inqilabı yaradıcıları bugünün riyaziyyat və elm sahəsində təhsil alan gənclərdir".

Ən son yazılan

XS
SM
MD
LG