Keçid linkləri

►Uçuş qəzalarında insanların ölümünü önləyəcək təyyarə hazırlanıb

Rusiyalı aviasiya mühəndisi Vladimir Tatarenko hazırladığı təyyarə layihəsi ilə qəzalarda insan ölümünə son vermək istəyir.

“The Telegraph” yazır ki, mühəndis bu layihə üzərində üç ildir çalışır.

Təyyarə prototipi ayrıla bilən baş və gövdədən ibarətdir. Qəza zamanı sərnişinlər olan gövdə hissəsi ayrılır, paraşütlər açılır və təhlükəsiz şəkildə yerə enir. (Ardı aşağıda)

Qəza dəniz və ya okean üzərində olsa, gövdə paraşütlə suya enir və xilasedici qayıqlar açılır.

Sərnişinlərin yükü gövdənin alt hissəsində saxlanır.

Mühəndis inanır ki, bu layihə çox sayda insanın həyatını qurtaracaq:

“Bütün dünyada mühəndislər daha təhlükəsiz təyyarə hazırlamağa çalışır, ancaq insan amiliylə bağlı heç nə edə bilmirlər. Bu layihə ilə insanlar daha təyyarə qəzalarında ölməyəcəklər”.

Təyyarənin quyruq bölümündə təcili durumlarda gərəkəcək ehtiyat çıxışı da var.

XS
SM
MD
LG