Keçid linkləri

Təcili xəbərlər

Manat dolları necə "udur"?


Yaxud daxili dövlət borclanmasının təhlükələri.

Yazının sərlövhəsindəki sual qəribə görünə bilər. Amma bu bir reallıqdır: daxili borc resursları iqtisadiyyat üçün əlavə dəyər yaradanda, ixrac qabiliyyətli məhsul və xidmət istehsalına dəstək verəndə ölkəyə xarici valyuta gətirir. Daxili borc resursları əlavə dəyər yaratmayan, səmərəsiz layihələri dəstəkləyəndə isə iqtisadiyyatın min bir əziyyətlə qazandığı valyuta sərvətlərini istehlak edir. Yazıda bu mexanizmi sadə formada izah etməyə çalışmışam...

Məsələn, 2014-cü ilin sonuna xarici borcun ÜDM-də payı 10% ətrafında idi, amma indi 20%-i ötür. BVF-in proqnozuna görə, yaxın 2 ildə bu göstərici 40%-ə çatacaq.

Son zamanlar Azərbaycanın xarici dövlət borcunun artmasına, xüsusilə manatın dəyərdən düşməsindən sonra dollar ifadəsində ÜDM-də xarici borcların payının artmasına diqqət çəkilir.

Məsələn, 2014-cü ilin sonuna xarici borcun ÜDM-də payı 10% ətrafında idi, amma indi 20%-i ötür. BVF-in proqnozuna görə, yaxın 2 ildə bu göstərici 40%-ə çatacaq.

Amma daxili borclar da sürətlə artır – 2014-cü ilin sonunda daxili borcun ÜDM-də payı cəmi 2.6% idi. Hazırda 13%-ə yüksəlib.

Gələn il artım davam edəcək - Dövlət Neft Şirkəti qaz təminatı ilə bağlı layihələr üçün 2017-ci ildə Mərkəzi Bankdan yenidən borc götürəcək. Hökumət isə Beynəlxalq Bankın problemli aktivlərinə görə, sonuncu tranş borcu Mərkəzi Bankdan götürəcək.

Buna da bax: Sezon finalı...

Hesablama Palatasının məlumatına görə, bu ilin ilk yarısının yekunlarına görə dövlət daxili borcunun həcmi 7.3 milyard manata çatır. Həmin borclara isə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının Beynəlxalq Banka görə borc, “Azərbaycan Hava Yolları” QSC-nın, Dövlət Neft Şirkətinin, “Azəralüminium” ASC-nin və “Azərenerji” ASC-nin hökümət zəmanətilə Mərkəzi Bankdan almış olduğu kreditlər daxildir.

İlin 2-ci yarısı ilə bağlı məlumatlar hələlik açıqlanmadığı üçün Beynəlxalq Bank üçün götürülmüş 2-ci mərhələ borc həcmi bu statistikada yoxdur.

Borclanma (istər daxili, istər xarici) o halda faydalıdır ki, iqtisadiyyat üçün əlavə dəyərin yaradılmasını dəstəkləyir.

Burda ən ciddi problem təkcə daxili borc həcminin sürətlə artması deyil. Daxili borclar iqtisadiyyatda dəyər yaratmaq, real sektoru dəstəkləmək üçün emissiya olunmur. Xidmətlə məşğul olan iri dövlət şirkətlərinin səmərəsiz və qeyri-şəffaf idarəçiliyinin yaratdığı pula tələbi "çap maşını" ilə qarşılamağın iqtisadiyyat üçün sonu çox pis olacaq.

Borclanma (istər daxili, istər xarici) o halda faydalıdır ki, iqtisadiyyat üçün əlavə dəyərin yaradılmasını dəstəkləyir.

Sadə müqayisə: ixrac qabiliyyətli şirkət daxili borc resurslarının yaratdığı imkanlarından maksimum yararlanır, xaricə məhsul satır, ölkəyə valyuta gətirir. Nəticə belədir: Mərkəzi Bank vasitəsilə daxili borclanmaya gedən kommersiya banklarının kredit formasında real sektora yönəltdiyi manat əlavə dəyərin yaradılmasının son istehsal siklində (ixrac posesində) ölkəyə xarici valyuta gətirmiş olur. Obrazlı deyilsə, bu halda manat "dollar istehsal" etmiş olur.

İkinici bir müqayisə: Mərkəzi Bankın emissiya elədiyi kreditlər Beynəlxalq Bankın, Neft Şirkətinin dəyər yaratmayan layihələrinə yönəlir. Məsələn, onların borclarının qaytarılmasına. Bu halda isə manat nəinki "dollar istehsal" edir, əksinə ölkənin mövcud valyuta resurslarını əridir. Bu isə izafi, istehsalın yaratmadığı izafi manat kütləsinin "dolları istehlak" prosesidir.

Beynəlxalq Bankın timsalında sonuncü nümunəni çox aydın görə bilərsiniz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG