Keçid linkləri

►Bu proqramların üstün və mənfi cəhətləri haqda kiçik araşdırma apardıq

Son dövrlərdə messencer xidməti göstərən proqramlar çoxalıb. Xüsusən, “ağıllı telefon”larda tətbiq şəklində mövcud olan bu proqramların hətta mobil operator şirkətlərinin qazancını xeyli azaltdığı güman edilir.

Amma bu proqramların hansı üstünlüklərinin və çatışmazlıqlarının olmasını, eləcə də hansı proqramın digərindən üstün olduğunu çoxumuz bilmirik. Messencer proqramlarının ən məşhurları WhatsApp və Telegram-dır. Bu proqramların üstün və mənfi cəhətləri və fərqləri haqda kiçik araşdırma apardıq.

Telegram hələ yenicə çıxanda WhatsApp-ın yaradıcısı Yan Koum Pavel Durovu (Telegram-ın yaradıcısını) plagiatda ittiham etmişdi. VKontakte-nin yaradıcısı Pavel Durov ABŞ-da qeydiyyatdan keçirdiyi şirkəti Digital Fortress vasitəsilə yaratdığı Telegram messenceri haqqında bildirir ki, onun WhatsApp-dan 4 üstünlüyü var: təhlükəsizlik, mesajların göndərilməsi sürəti, məlumatların qurğulararası sinxronlaşdırma vasitəsilə saxlanması və əhəmiyyətli sayda funksiyaların əlavə olunması mümkünlüyü.

Telegram-ın xeyli üstünlüklərini ayrıca sadalamaq olar:

Telegram şəkilləri daha tez göndərir. WhatsApp-da şəkillərin mesaja yüklənməsi daha çox vaxt alır. Xüsusən, aşağı sürətli internet olanda Telegram daha sərfəlidir.

Qrup çatlar üçün maksimum say WhatsApp-da 50 nəfər, Telegramda isə 100 nəfərdir. Bundan başqa WhatsApp-da çata yeni üzvü yalnız çatı yaradan şəxs əlavə edə bilər, Telegram-da isə bunu hər bir çat üzvü edə bilər. bundan başqa çatlarda Telegram daha sürətli və keyfiyyətli xidmət göstərir.

Telegram da WhatsApp kimi nömrə vasitəsilə qeydiyyat aparır. Amma Telegram-ı istənilən qurğuda aktivləşdirmək olar, sadəcə nömrəyə gələn mesajdan bunu təsdiqləmək lazımdır. Nəticədə siz qurğunu dəyişəndə də arxivinizi itirməmiş olursunuz.

WhatsApp-da göndərilə bilən şəkilləri və videoları yalnız smartfonun daxili yaddaşında və Google Diskdən götürmək mümkündür. Telegram isə smartfonun istənilən yaddaşından, Dropbox-dan və digər mənbələrdən şəkil və video götürməyə imkan verir.

Telegramda stiker bolluğudur. Emosiyalarınızı ifadə etmək üçün, məsələn, hansısa cizgi filmindən bir hissəni müvafiq sorğunu göndərərək, bir neçə saniyənin içində götürə bilərsiniz. Telegramın öz stikerləri isə parlaq olmasa da, əla dizayna malikdir.

Web-versiya Telegramda WhatsApp-dan xeyli üstündür. WhatsApp-ın web-versiyası açıq olanda smartfonda şəbəkədən çıxır və ümumiyyətlə, WhatsApp web rejimdə şərtlər altında çətin işləyir. Amma telegram web rejimdə heç bir problemsiz, smartfonla eyni zamanlı, rahat işləyir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bunlardan başqa Telegramın messencer servisini media kimi istifadə etməyə imkan verən çox maraqlı funksiyası var. Telegramda kanal açmaq olur. Bu, qrupdan fərqli bir şeydir. İstifadəçilər kanala öz razılıqları ilə əlavə oluna bilərlər. Əlavə olunduqdan sonra isə kanal üzvü üzv olmamışdan yazılmış məlumatları da görə bilər. kanalda yazılmış məlumatların oxunmasının ayrıca hesabatı aparılır.

Yəni siz Telegram kanalını bir xəbər mənbəyi və ya blog kimi istifadə edə, orda paylaşdığınız “post”ların hər birinin oxunma sayını (hətta təkrar girişlər də qeydə alınır) izləyə bilərsiniz. Telegramın xəbər mənbəyi və ya blog kimi istifadə olunması həm də orada göndərilən məlumatların ölçüsünə qoyulan həddə də daha sərfəlidir. Belə ki, WhatsApp-da bir dəfəyə maksimum 16 mb-lıq informasiya göndərmək olur, ona görə də videolar bir az uzun olanda göndərmək mümkün olmur. Telegramda isə bu hədd 1,5 gb-dır. Nəticədə Telegramda xəbər kimi uzun videolar göndərmək mümkündür. Bundan başqa videoların sıxılması zamanı WhatsApp-dan fərqli olaraq, Telegramda keyfiyyət itmir.

Lakin bütün bunlar Telegramın Azərbaycan kimi qeyri-demokratik rejimli ölkələrdəki istifadəçilər üçün unikal olan funksiyasının qarşısında daha az əhəmiyyətlidir.

Belə ki, Telegramda gizli qruplar yaratmaq, şifrəli protokol tərtib etmək olur. Və bu şifrəli protokollarda yazılanlar “crypto” rejiminə müvafiq olaraq, silinir, xüsusi xidmət orqanları daxil olmaqla, sizin Telegram hesabınızı ələ keçirən kimsə sizin şifrəli protokollardakı yazışmalarınızı oxuya bilmir.

Buna görə də Telegram ən təhlükəsiz messencer xidməti sayılır və gizliliyini qorumaq istəyən çoxsaylı subyektlər tərəfindən intensiv istifadə olunur. Elektron Hüdud Fondunun (Electronic Frontier Foundation) hesabatına əsasən, Telegram şifrəli protokollar (crypto) üzrə təhlükəsizlikdə 7 sualın hər biri üzrə maksimum qiymət alıb. Bu 7 suala aiddir: “Tranzitlərdə şifrələmə”, “Provayderin oxuya bilməyəcəyi şifrələmə”, “İstifadəçilərin identifikasiyasının yoxlanılması”, “Sənin şifrən ələ keçirilərsə, əvvəl yazdığın mesajlar təhlükəsizilikdədirmi?”, “Kod müstəqil baxış üçün açıqdırmı?”, “Təhlükəsizlik dizaynı lazımi qaydada sənədləşdirilib?”, “Kodun son vaxtlarda yoxlaması olubmu?”.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG