Keçid linkləri

-

HEGEL YANILIRDIMI?

İndi tam təfərrüatı yadımda deyil, amma xatırlayıram ki, F.Hegel azadlıq ideyasının özünəməxsus trayektoriyasını cızmışdı (Georg Wilhelm Friedrich Hegel nəzərdə tutulur- red.). O üzdən Qədim Yunanıstanda doğan azadlıq ideyası Romada hüquqi ifadəsini tapmış və Prussiyada özünün ən mükəmməl formasına çatmışdı...

Təbii ki, Prussiya monarxiyası ideoloqunun bu fikrinə əhəmiyyət verməmək də olardı – hətta Hegel də Allah deyil və onun söylədiklərini ali həqiqət kimi qəbul etməyə nəehtiyac?!.

Amma maraqlı bir detal da var, nədənsə azadlıq ideyasının yolu Şərqdən düşməmişdi. Bəli, Hegel-in fikrincə, Şərqdə heç vaxt azadlıq olmayıb...

Bunları niyə xatırlatdığımı indi açıqlamağa çalışacam. Bu yaxınlarda baş verən bir hadisədən sonra mən, bəlkə də ilk dəfə, bütün varlığımla tapındığım ideyalarla bağlı tərəddüd keçirməyə başladım. Düşündüm ki, doğrudanmı, bizim hər addımımızı pusmasına, ağzımızı qapatmasına, bizi çörəklə imtahana çəkməsinə görə, milli dövlətin həsrətini çəkirdik?

Düzdür,mən də bilirəm ki, bütün hallarda dövlət cəbr aparatıdır, legitim zor mexanizmidir – politologiyadan mən də bunları oxumuşam. Amma dövlətə ictimai və sosial müqavilənin bir forması kimi də baxanlar olub, axı...

İndi milli dövlətdə elə şeylər baş verir ki, biz bunu hətta keçmiş sovetlərin təcrübəsində yaşamamışdıq. Bizi elə şeylərə məcbur edirlər ki, bunu nəinki L.Brezhnev-in, heç J.Stalin-in də vaxtında etmirdilər! Necə deyərlər, yağışdan çıxıb yağmura düşmüşük...

İndi milli dövlətdə elə şeylər baş verir ki, biz bunu hətta keçmiş sovetlərin təcrübəsində yaşamamışdıq. Bizi elə şeylərə məcbur edirlər ki, bunu nəinki L.Brezhnev-in, heç J.Stalin-in də vaxtında etmirdilər!

XOŞBƏXTLİK VEKTORU

ABŞ-ın İstiqlaliyyət Bəyannaməsində bir prinsip hələ də mübahisəli qalır.

Bəli, Fransa inqilabının İnsan və Vətəndaş Haqları Bəyannaməsindəki «qardaşlıq» ideyası kimi, İstiqlaliyyət Bəyannaməsindəki «xoşbəxtliyə can atmaq hüququ» da bugünədək mübahisə doğurur.

Çoxları belə hesab edir ki, həmin ideya hüquqi ifadəsi olmayan çox mücərrəd bir formuldur, çünki ona hüquqi qəliblər tapmaq mümkün deyil. Prinsip etibarilə, onlar bəlkə də haqlıdırlar, axı xoşbəxtliyin hüquqi ifadəsi bir yana, onun fəlsəfi yozumunu da tapmaq elə asan deyil – dünyada nə qədər insan varsa, xoşbəxtliyin də bir o qədər anlamı var.

Bəli, biri maraqlı işi olanda, digəri evi və ya maşını olanda, başqa biri təyyarəsi olanda özünü xoşbəxt sayır.

Amma elələri də var ki, axtardığı cümləni və ya rəngi, onu didib-parçalayan suallara cavabı tapanda, öz ideyalarını reallaşdıranda özünü xoşbəxt sanır.

Elələri də olur ki, hər şeyi qamarlayanda, hamını özünə tabe edəndə və hətta başqalarını incidəndə özünü xoşbəxt bilir...

KÖMƏK ETMƏYİN ƏN YAXŞI YOLU

Amma mən Azərbaycandan və azərbaycanlılardan danışacaqdım. Bu, heç də o demək deyil ki, biz qalan bəşəriyyətdən fərqliyik. Yox, biz də adi bəşər övladlarıyıq. Yaşadığımız problemlər də digər xalqların təcrübəsində olub və yaxud indi də var. Nədir bu problemlər? Nə çatmır Azərbaycanda xoşbəxt olmağa?

O vaxtları bilmirəm, amma indi çox istərdim ki, dövlət elə «gecə gözətçisi» olsun. Ondan geyim istəmirik, iş istəmirik, pul istəmirik, hamısını özümüz edərik. Yalnız mane olmasın...

Mənə qalsa, birinci azadlığın adını çəkərdim. Bəzən özümdən asılı olmadan, qeyri-ixtiyari, bağırmaq istəyirəm ki, ay hökumət, mənim həyatıma soxulma, mənə mane olma, qoy öz həyatımı yaşayım! Di gəl, dərhal da ağlıma gəlir ki, azadlıq bu ölkədə dəyərlər nərdivanında heç də hamı üçün üst pillədə deyil, insanlar bundan çox-çox bəsit şeyləri arzulayırlar...

Bəli, kimi istəyir ki, heç nəyi yox, sadəcə, babat maaşlı işi olsun, kimi də başının üstündə tavan istəyir...

Bütün bunlar anlaşılandır, amma nədənsə elə düşünürəm ki, onların hamısının da olmasa, çoxunun həlli azadlıqdan keçir. Bizsə azad deyilik!.. Təbii ki, bunun dərin etnopsixoloji və mental kökləri də var. Məsələn, bir amerikalı deyirdi ki, mən hətta Pekində küçədə mahnı oxumağa başlasam, bunda qeyri-adi heç nə görməzlər, amma Bakıda - küçədə gedərkən oxusam, məni ən yaxşı halda dəli, ən pis halda isə ictimai asayişi pozan xuliqan sayarlar...

Təbii ki, mental qatlar da önəmlidir. İllər öncə olan bir hadisəni xatırlayıram. Liberal dəyərlərlə bağlı mübahisə gedirdi. Əks tərəf bizi onda ittiham edirdi ki, sizlər dövləti «gecə gözətçisi» kimi görmək istəyirsiniz...

O vaxtları bilmirəm, amma indi çox istərdim ki, dövlət elə «gecə gözətçisi» olsun. Ondan geyim istəmirik, iş istəmirik, pul istəmirik, hamısını özümüz edərik. Yalnız mane olmasın...

Hamı yerli biznesə yardımdan danışır, amma bəlkə ən böyük yardım odur ki, dövlət və onun strukturları kömək edə bilmirsə, heç olmasa, mane olmasınlar. İnanın, bəzən mane olmamaqən böyük köməkdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG