Azərbaycanda Şuşinski soyadlı 3 xanəndə olub. Onlardan biri - Musa Şuşinski çox az tanınıb. O, ötən əsrin əvvəllərində yaşayıb. Daha biri - Xan əmi yetərincə tanınır. Elə öz adıyla bəzi kinofilmlərə də çəkilib. Daha bir Şuşinski də məşhurdur. Söhbət bu il aprelin 12-də 120 yaşını tamamlayan Seyid Şuşinskidən gedir.
Seyid Şuşinskiyə niyə «2-ci xanəndə» deyirdilər?
Musiqi araşdırıcısı (yeri gəlmişkən, daha bir Şuşinski) Firidun Şuşinski onu «2-ci» adlandırıb («1-ci» - Cabbar Qaryağdıoğlu imiş). Kitablara, xatirələrə göz atınca, bu adı xanəndənin səs imkanlarından baş çıxaranların verdiyini iddia etmək olar. Demək belə, musiqiçilərin neçə nəslinin sayğıyla «Ağa» deyə üz tutduğu Seyid Şuşinskinin dünyaya gəlişindən 120 il ötür. Onun əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğludur. «Ağa» müraciəti də bu addan götürülüb. O, 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində doğulub. Atasını erkən itirən Seyid xalasının - Məşədi Hürzad xanımın ümidinə qalır.
Seyid Şuşinski Horadiz mədrəsəsində oxuyub
Ərəb və fars dillərini öyrənən Seyid xalasıyla toy məclislərinə getməyə başlayır. Onun tanınmasında Tuğlu aşıq Aleksanın da rolu olub: Seyid bu erməni aşığının dəstəsinə qoşulub toylarda oxuyarmış. 1907-ci ildə belə toylardan birində onun səsini ünlü xanəndə Keçəçioğlu Məhəmməd də eşidir. Keçəçioğlu Seyidin səsindən xoşlanır və onun əmisinə məsləhət görür ki, uşağın musiqi təhsili ilə ciddi məşğul olsun. Əmi də neyləsin-neyləməsin, «uşağı» Şuşaya öz evinə aparır. Bu ev Cabbar Qaryağdıoğlugilin qonşuluğunda imiş. Seyid öz əmisindən Sədinin, Hafizin, Füzulinin, Zakirin qəzəllərini öyrənir, Nəvvabın musiqi məclislərinə qatılır, Cabbar əminin qrammofon valları bir yana, canlı səsini eşidir.
Şuşada ilk konserti 1908-ci ildə olur
Yay klubunda keçirilən bu konsertə dönəmin bütün məşhur Qarabağ xanəndələri qatılıb. Deyilənə görə, Seyid «Bayatı-Şiraz»ın «Xavərən» şöbəsindən «Qatar» muğamına elə keçir ki, hamını mat qoyur. Camaatı havaya güllə atıb sakitləşdirirlər. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb deyir: «İlahi, şükür yaratdığına!..» Cabbar Qaryağdıoğlu da ondan geri qalmır və səhnəyə qalxıb deyir: «İndi ölsəm də qəmim yoxdur. Daha məndən sonra Seyid var!..» Bəlkə də «2-ci xanəndə» ayaması bundan irəli gəlir.
Seyid 1911-ci ilədək Şuşada yaşayır
Həmin il Seyid toy məclislərinin birində Məşədi Cəmil Əmirovla tanış olur (Fikrət Əmirovun atası ilə). Məşədi Cəmil onun ifasını bəyənir və özüylə Gəncəyə aparır. «Ağa» gəncəlilərin də sevimlisinə çevrilir. Şəhərin «Tehran» otelində yaşayan xanəndə o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Seyid Şuşinskinin ahıl çağlarında həsrətlə andığı Tiflis dövrü belə başlayır.
Seyid 1919-cu ilədək Tiflisdə yaşayır
O zamanlar Tiflis Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır: teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verir. Buradakı soydaşlarına maddi yardım da göstərir.
Bu klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da yardım əlini uzadır. Ən maraqlısı da odur ki, İbn-Salam, Əsgər, Sərvər obrazlarını yaradır və bu rollarına görə pul almaqdan imtina edir. Yenə də yoxsul sənətçilərin xeyrinə.
Tiflisdə Hüseyn Ərəblinski ilə tanış olur
O vaxtlar Bakının teatr truppaları Tiflisə qastrola gələrmişlər. Belə səfərlərin birində Seyid Azərbaycan səhnəsinin əfsanəsi Hüseyn Ərəblinski ilə tanış olur. Bu tanışlıq dostluğa çevrilir. Həmin dostluqla Tiflisdə gerçəkləşdirilən «Şərq konsertləri»nin təməli qoyulur. Seyid bu konsertlərə frakda çıxırmış: «Seyid Şuşinski ilk dəfə əynində frak kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibində ağ ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxanda tamaşaçıları heyrət bürümüşdü» (Firidun Şuşinski). Hüseyn Ərəblinski Seyidi daha bir «ilk»ə həvəsləndirib: tar və kamançasız, fortepianonun müşayiətiylə ayaq üstündə «Bayatı-İsfahan» oxumağa!..
«Yaxşı ki, Seyid Batumdan gəldi»
Bu sözləri Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasova söyləyib: «Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi və «Molla Nəsrəddin»in pulunu verdi...Dübarə, mənə 200 manat da qızıl pul göndərdi». Elə Bakı aktyorları da pulsuzlayanda Tiflisə gedər və «Ağa»nın səxavətindən yararlanarmışlar: o, paltarı olmayana geyim alar, qarnını doyurar, Bakıya qayıdanda da hər birinə hədiyyə və yolxərci verərmiş.
Seyidin Tiflisdə şəxsi restoranı və oteli varmış
Tiflis məclislərində pul bir yana, Seyidin başına daş-qaş yağdırılarmış. Onun oxumağından bayılan gözəllər brilyant üzüklərini çıxarıb Seyidin qavalına atarmışlar.
Seyid Mirzə Ələkbər Sabiri də populyarlaşdırıb
O, Sabirin «Millət necə tarac olur-olsun, nə işim var?» satirik şeirini «Zabul» üstündə oxuyub. Hüseyn Caviddən oxuduğu bu misraları isə «Çahargah» üstündə səsləndirib:
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb – alçaqlıq!..
Seyidin Bakı səfəri
Seyid Şuşinski 1919-cu ildən sonra ömrünün sonunadək Bakıda yaşayıb. Ancaq buna qədər bir dəfə də bu neft şəhərinə gəlibmiş - 1916-cı ildə. Həmin il Tağıyev Teatrında «Ölülər» tamaşası gedirmiş. Fasilədə Seyid «Qatar»ı oxuyub. Üstəlik, elə oxuyub ki, tamaşalarda həmişə şuluqluq salan qoçular quzuya dönüblər.3 il sonra həyatının Bakı dönəmi başlayıb. Bu dönəm Seyidin dünyasını dəyişdiyi 1965-ci ilədək, düz 46 il çəkib. Bakını və bakılıları çox sevib. Onlardan da eyni sayğı-sevgini görüb.
Ağa kimi doğuldu, ağa kimi yaşadı, ağa kimi də öldü
O, kommunistlər dövründə də belini bükməyib: «Əynində İndiqodan tikilmiş paltar, qara ipək köynək, başında gümüşü papaq («heyvaçiçəyi»), əlində ağ əlcək və fil sümüyündən hazırlanmış əsa olub» (Firidun Şuşinski). Tuta-tutun, repressiyanın şıdırğı çağlarında - 1933-38-ci illərdə Füzuli rayon Dövlət Dram Teatrının bədii rəhbəri çalışıb. Sonra Filarmoniyada solistlik, pedaqoji fəaliyyət və məsləhətçilik dönəmi başlanıb. Həyatında bir solğunluq, səssizlik duyulsa da, həm mənlik və duruşunu, həm də sənətçi əzəmətini son nəfəsinəcən qoruyub.
Və son ifa...
Ömrünün sonlarında - 74 yaşında «Heyratı» oxuyub. «Dinlə»ni tıklasanız o səs sizi də tilsimlər və aprelin 12-də kimin 120 yaşını tamamladığının fərqinə vararsınız.
Seyid Şuşinskiyə niyə «2-ci xanəndə» deyirdilər?
Musiqi araşdırıcısı (yeri gəlmişkən, daha bir Şuşinski) Firidun Şuşinski onu «2-ci» adlandırıb («1-ci» - Cabbar Qaryağdıoğlu imiş). Kitablara, xatirələrə göz atınca, bu adı xanəndənin səs imkanlarından baş çıxaranların verdiyini iddia etmək olar. Demək belə, musiqiçilərin neçə nəslinin sayğıyla «Ağa» deyə üz tutduğu Seyid Şuşinskinin dünyaya gəlişindən 120 il ötür. Onun əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğludur. «Ağa» müraciəti də bu addan götürülüb. O, 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində doğulub. Atasını erkən itirən Seyid xalasının - Məşədi Hürzad xanımın ümidinə qalır.
Seyid Şuşinski (1916-cı il)
O da kim ola? – Qarabağ toylarının qadın xanəndələrindən biri!..Məşədi Hürzad dövrünün savadlı və açıqfikirli adamlarından sayılırmış. Seyid Şuşinski Horadiz mədrəsəsində oxuyub
Ərəb və fars dillərini öyrənən Seyid xalasıyla toy məclislərinə getməyə başlayır. Onun tanınmasında Tuğlu aşıq Aleksanın da rolu olub: Seyid bu erməni aşığının dəstəsinə qoşulub toylarda oxuyarmış. 1907-ci ildə belə toylardan birində onun səsini ünlü xanəndə Keçəçioğlu Məhəmməd də eşidir. Keçəçioğlu Seyidin səsindən xoşlanır və onun əmisinə məsləhət görür ki, uşağın musiqi təhsili ilə ciddi məşğul olsun. Əmi də neyləsin-neyləməsin, «uşağı» Şuşaya öz evinə aparır. Bu ev Cabbar Qaryağdıoğlugilin qonşuluğunda imiş. Seyid öz əmisindən Sədinin, Hafizin, Füzulinin, Zakirin qəzəllərini öyrənir, Nəvvabın musiqi məclislərinə qatılır, Cabbar əminin qrammofon valları bir yana, canlı səsini eşidir.
Şuşada ilk konserti 1908-ci ildə olur
Yay klubunda keçirilən bu konsertə dönəmin bütün məşhur Qarabağ xanəndələri qatılıb. Deyilənə görə, Seyid «Bayatı-Şiraz»ın «Xavərən» şöbəsindən «Qatar» muğamına elə keçir ki, hamını mat qoyur. Camaatı havaya güllə atıb sakitləşdirirlər. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb deyir: «İlahi, şükür yaratdığına!..» Cabbar Qaryağdıoğlu da ondan geri qalmır və səhnəyə qalxıb deyir: «İndi ölsəm də qəmim yoxdur. Daha məndən sonra Seyid var!..» Bəlkə də «2-ci xanəndə» ayaması bundan irəli gəlir.
Seyid 1911-ci ilədək Şuşada yaşayır
Həmin il Seyid toy məclislərinin birində Məşədi Cəmil Əmirovla tanış olur (Fikrət Əmirovun atası ilə). Məşədi Cəmil onun ifasını bəyənir və özüylə Gəncəyə aparır. «Ağa» gəncəlilərin də sevimlisinə çevrilir. Şəhərin «Tehran» otelində yaşayan xanəndə o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Seyid Şuşinskinin ahıl çağlarında həsrətlə andığı Tiflis dövrü belə başlayır.
Seyid 1919-cu ilədək Tiflisdə yaşayır
O zamanlar Tiflis Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır: teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verir. Buradakı soydaşlarına maddi yardım da göstərir.
Seyid Şuşinski «Cıdır düzü»ndə (Şuşa, 1939-cu il)
Məsələn, 1912-ci ildə «Molla Nəsrəddin» dərgisinin naşiri Mirzə Cəlil və həmfikirlərinin təşəbbüsüylə Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində - Şeytanbazarda «Auditoriya» adlı klub açılarkən.Bu klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da yardım əlini uzadır. Ən maraqlısı da odur ki, İbn-Salam, Əsgər, Sərvər obrazlarını yaradır və bu rollarına görə pul almaqdan imtina edir. Yenə də yoxsul sənətçilərin xeyrinə.
Tiflisdə Hüseyn Ərəblinski ilə tanış olur
O vaxtlar Bakının teatr truppaları Tiflisə qastrola gələrmişlər. Belə səfərlərin birində Seyid Azərbaycan səhnəsinin əfsanəsi Hüseyn Ərəblinski ilə tanış olur. Bu tanışlıq dostluğa çevrilir. Həmin dostluqla Tiflisdə gerçəkləşdirilən «Şərq konsertləri»nin təməli qoyulur. Seyid bu konsertlərə frakda çıxırmış: «Seyid Şuşinski ilk dəfə əynində frak kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibində ağ ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxanda tamaşaçıları heyrət bürümüşdü» (Firidun Şuşinski). Hüseyn Ərəblinski Seyidi daha bir «ilk»ə həvəsləndirib: tar və kamançasız, fortepianonun müşayiətiylə ayaq üstündə «Bayatı-İsfahan» oxumağa!..
«Yaxşı ki, Seyid Batumdan gəldi»
Bu sözləri Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasova söyləyib: «Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi və «Molla Nəsrəddin»in pulunu verdi...Dübarə, mənə 200 manat da qızıl pul göndərdi». Elə Bakı aktyorları da pulsuzlayanda Tiflisə gedər və «Ağa»nın səxavətindən yararlanarmışlar: o, paltarı olmayana geyim alar, qarnını doyurar, Bakıya qayıdanda da hər birinə hədiyyə və yolxərci verərmiş.
Seyidin Tiflisdə şəxsi restoranı və oteli varmış
Tiflis məclislərində pul bir yana, Seyidin başına daş-qaş yağdırılarmış. Onun oxumağından bayılan gözəllər brilyant üzüklərini çıxarıb Seyidin qavalına atarmışlar.
Gənc xanəndə (1913-cü il)
Hətta məclislərdən birində onun başına (gün vurmasın deyə) üstündə rus çarının şəkli olan beşyüzlük əskinaslardan papaq qoyublarmış. Seyidin Tiflisdə şəxsi restoranı və oteli, hətta «Mersedes» markalı avtomobili də varmış. Seyid Mirzə Ələkbər Sabiri də populyarlaşdırıb