Bəyim Həsənli yeni tikililərin, körpülərin, binaların açılışı zamanı kəsilən qırmızı lentlərdən yazıb:
«Kəsdiyi qırmızı lentləri bitib tükənmək bilməyən Azərbaycan prezidentinin həmin o lentlərin bir parçasını özü ilə apardığını, hətta kolleksiya düzəltdiyini düşünürəm. Bir gün o lentləri gətirib tökəcək qabağımıza deyəcək ki, di hı, nə istəyirsiz? Ölkədə bu qədər inkişaf olmasa, bu qədər çox binalar, körpülər tikilməsə, yollar çəkilməsə, evlər sökülüb parklar salınmasa (o parklara diktatorların heykəlləri qoyulmasa) hardandır bu qədər kəsilmiş lent? Bu lentlər ölkəmizdəki inkişafın, hətta lap irəli getsək, sabitliyin əyani sübutudur. Əsas o deyil ki, ucaldılan göydələnlərin içi boşdur, parkda gəzənlərin mədəsi, oxuya bilməyən, təhsili əlindən alınan uşaqların beyni kimi... Əsas o deyil ki, çəkilən körpülərin altında dilənçilər, evi və sığınacaq yeri olmayanlar yatır. Əsas odur ki, onların lentini kəsiblər. Prezident şəxsən təşrif buyurub (asfaltlanmış futbol meydançası qədər olan yolun) açılış edib. Fotoqraflara poz verib. Və elə ən uzağı yarım saat sonra dövlət qəzetində «Prezidentimiz filan filan yerin açılışını edib» deyə yazı gedib və axşam xəbərlərdə yenə prezidentimiz bir iki kəlmə deyib. İnkişaf, sabitlik filan...».
«SARAY ARTİSTLƏRİ»
Azadiqin son postu Yeni Azərbaycan Partiyası sıralarına daxil olan şou-biznes əhlindəndir:
«Avtoritar şüurun olduğu yerdə bunlardan daha məhsuldar meyvə gözləmək əbəsdir. Çünki avtoritar beyin (o da ancaq iki-üç nəfərin monopoliyasında olur) öz yanında düşünən insanı yox, ümumiyyətlə müti qul itaəti ilə susanları qəbul edir. Bu səbəbdən demokratiyalar tarixdə nitq deyə bilən natiqləri ilə, diktaturalar isə saray artistlərilə qalıblar.
Dostlar, bunlardan yaxşısını əsla gözləməyin. 17 ildir kinosunu reanimasiyada saxlayan, uşaqları üçün bir cizgi filmi çəkməyən mədəniyyətə «qayğılar» ölkəsində incəsənət xadimi barda, restoranda yetişməyib də harda yetişəcək?
Başa düşün ki, bu ölkədə nə qədər ciddi ədəbiyyat yaradırsınızsa yaradın kitabın üstünə Heydər Əliyevin kollajını vurmadıqca ona «ciddi ədəbiyyat» deməyəcəklər. İçində nə yazırsınız yazın. Lap prikol tutun...».
DİNDAR, HƏRBÇİ, TƏLƏBƏ...
«Tələbə və terror, təhsil və zorakılıq, müəllim və yaraqlı, akademiya və qruplaşma. Bu sözlər bir-birinin nə sinonimi, nə antonimi, nə də omonimidir. Bu sözləri birləşdirən 2009-cu il aprelin 30-dur, Azərbaycan Dövlət Neft Akademiyasıdır və ya Azərbaycan neftidir». Emil Qala 2 il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamla bağlı yazısında belə qeyd edib:
«Avtomatik olaraq, son bir il gözümün qabağına gəlir: 3 terror – avqust, fevral, aprel.
Əvvəlcə dindarlar, sonra hərbçi, indi də tələbə-müəllim təbəqəsi. Cəmiyyətin əsasını təşkil edən bu 3 təbəqəyə hücum nəyə işarədir? Hələ avqust ayında baş vermiş məscid partlayışı zamanı bunun davamının gələcəyini hiss etmişdim. Ancaq Azərbaycan cəmiyyətinin ən sakit hissələrindən birini təşkil edən tələbələrə hücumu isə ehtimal ki, heç kəs gözləmirdi (Təşkilatçılardan başqa). Belə hadisələr əsasən zərurətdən həyata keçirilir. Bu kimi qətliamlar adətən bir nəfərin deyil, bir neçə tərəfin maraqları daxilində baş tutur.
Mən heç bir hadisəni araşdırmaq və ya kimlərisə ittiham etmək fikrində deyiləm. Ancaq məni düşündürən, içimi qurd kimi yeyən bir sual var. Dindar, hərbçi, tələbə... Bəs növbədə kimdir?».
«PREZİDENT ÜÇÜN MƏLUMAT»
«İqtidara yaxın gənclərlə dövlət başçısının görüşündə, prezident maraqlı bir fikir səsləndirdi ki, təqaüd yaşına çatan insanlar, pensiyaya çıxmırlar, bu isə gənc kadrların idarə etmədə yer almasını əngəlləyir. Bu fikirlə razıyam, ona görə də, prezidentə pensiya yaşına çatmış, hətta bu yaşı çoxdan ötmüş dövlət məmurlarının siyahısını təqdim edirəm. Ümid edirəm ki, cənab prezident, bu insanları yaxın vaxtlarda təqaüdə göndərəcək. Xatırladıram ki, ölkə qanunlarına görə, təqaüd yaşı kişilərdə 63, qadınlarda isə 60 olaraq müəyyən edilib» deyə Natiq Cəfərli yazır:
«Adı Soyadı vəzifəsi anadan olduğu il:
Ramiz Ənvər oğlu Mehdiyev, Prezident administrasiyasının rəhbəri – 1938-ci il
Rasi-zadə Artur Tahir oğlu, Baş nazir – 1935-ci il
Eyyubov Yaqub Abdulla oğlu, Baş nazirin birinci müavini – 1945-ci il
Əfəndiyev Elçin İlyas oğlu, Baş nazirin müavini – 1943-cü il
Həsənov Əli Şamil oğlu, Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri — 1948-ci il
Şərifov Abid Qoca oğlu, Baş nazirin müavini - 1940-cı il
Usubov Ramil İdris oğlu, Daxili işlər naziri - 1948-ci il
Mərdanov Misir Cumayıl oğlu, Təhsil naziri - 1946-cı il
Məmmədov Qərib Şamil oğlu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – 1947-ci il
Vəliyev Arif Mikayıl oğlu, Dövlət Statistika Komitəsinin sədri - 1943-cü il
Əliyev Natiq Ağaəmi oğlu, Sənaye və energetika naziri - 1947-ci il
Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı – 1944-cü il».