Keçid linkləri

Təcili xəbərlər

Qurtuluş günü


Şərhsiz...
Şərhsiz...
Qərbdə vətəndaş cəmiyyətinin bünövrəsi qoyulan zaman müsəlman Şərqi «intibah» dövrünü yaşayırmış. Bu sivilizasiyada individ üzə çıxmalı olduğu halda insanlar sosiallaşır, fərd topluma qurban verirdi özünü. Fərdə ehtiyac da yox idi, çünki insan problemlə üz-üzə qaldığı zaman varoluşu üzə çıxır və özünü dərk edir. Problem insanı üsyana səsləyir, Kamyu «üsyan edirəmsə deməli sağam» deyəndə 68 - inqilabı Paris küçələrindən dünyaya yayılmışdı artıq. Amma müsəlman Şərqində insan heç vaxt problemlə üz-üzə qalmadı, onu problemdən qoruyan «qüvvə» vardı – Tanrı və onun yerdəki naiblik institutu – Xilafət.

12-13-cü əsrlərdə Avropa toplumu despot monarxların vergi haqsızlığına birliklər yaratmaqla cavab verəndə Şərq insanı «Allaha təvəkkül» (Allahı özümə vəkil tuturam) deyirdi. Nəticə isə zamanımızda İngiltərə ilə Səudiyyə Ərəbistanı arasından boylanır.

Qərbdə Vətəndaş cəmiyyəti individlərin qruplaşmasından doğdu, Şərqdə isə tək-tük individ yalnızlıqdan irrasional varlıqlara çevrilirdi.

Məhz buna görə Vətəndaş cəmiyyətini Qərbdə birliklər, Şərqdə isə fərdlər formalaşdırdı. Qərbdə insan haqları problemləri ilə Birliklər məşğul oldu, Şərqdə isə fərdlərin öz ətrafına topladığı «kriminal dəstə» adını qoyduğumuz qruplar, qaçaqlar və modern dilimizə ilişib qalan lotular.

Qərbdə idarəçiliyə qarşı müxalifət eyni amala, marağa xidmət edən insanların birlikləri idi, Şərqdə isə fərdi qaydada lotular. Müsəlman Şərqində müxalifətçilik institutu idi lotular. Sadəcə bir müsəlman Şərqindən Azərbaycana baxaq, insan haqları uğrunda mübarizə hərəkatları lotu etika və estetikasına boyanmışdı, Xürrəmilər hərəkatı, Cəlarilər hərəkatı, Qaçaq hərəkatı. Halbuki Qərbdə tacir birlikləri, şəhərlilər birlikləri, əkinçilər birlikləri var idi artıq. Sadə dildə deyim ki, Qərbdə birliklərin gördüyü işi Şərqdə lotular edirdi və perspektivi bu gün 0-a bərabər olsa da həmin dövrlərdə effekti var idi.

Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən lotular məhv edilməyə başladı, sabitlik olacaqmış sən demə. H.Əliyev yaxşı bilirdi Şərq təfəkkürünü və Şərqdə insan problemini. Onun üçün gələcək hakimiyyətə müxalifət bir partiya deyil (çünki bizim partiyaların üzvlərinin hər biri fərqli düşüncələrə və ideologiyalara aiddir), fərdlər olacaqdı. «Sabitlik» üçün Max Stirnerin dediyi təhsilsiz, kübar olmayan, amma azad insanlar aradan götürüldü, sabitlik quruldu, Səudiyyə Ərəbistanında varolan sabitlik.

Dostlar, birinə verdiyiniz pulu ala bilmədikdə, cibiniz soyulduqda və ya bir haqsızlığa uğradığınızda əminliklə kimə şikayət edə bilirsiniz? Polisəmi, hüquq müdafiəçilərinəmi, kimə?

Bu gün kimin «Qurtuluş bayramı»dır, torpağını əkib becərə bilməyən kəndlininmi, 12 saat işləməyə məcbur olan fəhləninmi, ya qorxa-qorxa bunları sizə yazan mənimmi? Bəs kimin?

"Qurtuluş günü" və Bakı sakinləri
Bakı sakinləri və "Qurtuluş günü"
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00
Direct-ə keçid
XS
SM
MD
LG