Hələ də günəş şüasının düşmədiyi yerlər var, hələ də İNSAN ayağının ləpiri olmayan bir dünya. Günəşi var, amma qızdırmır, küləyi var, amma havası yox.
Sartre dediyi «insan» yoxdur burda, sifətlər var. O insanların dünyasındayam:
- elə bir dünya ki, o dünyada insanlar tam səmimiyyəti ilə, səbirlə əcəli gözləyir, irreal dünyanı yaşayır, yaşamın qulaqları kar edən səssizliyində xoşbəxtdirlər – o dünyadan yazıram sizə;
- elə bir dünya ki, hamı «bir» üçündür, bir «hamı» üçün;
- elə bir dünya ki, məntiq alçaqlaşıb, güclüyə xidmət edir, məntiqsiz isə yoxdur, onların Nitşesini Tanrı öldürüb;
- elə bir dünya ki, insan özündə başlayıb özündə qurtara bilmir;
- elə bir dünya ki, insanın «insanolma» prosesi sona çatmır, tutalım, küçədə bir oturacaqda ürəyi istədiyi kimi sevgilisini qucaqlayıb öpə bilmir;
- elə bir dünya ki, insan «İndi»də yaşamır, gələcəyinin keçmişində boğulur; elə bir dünya ki, insan özündən başqa hər şeydir, ona yad olan sadəcə özüdür;
- elə bir dünya ki, hamının yeri səhv düşüb və heç nə öz yerində deyil
Belə bir dünyanı təsvir etmək də olduqca rahatdır, insanı məhv edə bilən rahatlıq.
Bu dünya özü boyda bir incəsənətdir – ARTdır, sadəcə fərqliliklər içində eyniliyi, eyniliklər içində fərqliliyi görmək üçün yad olmalısan bu dünyaya.
Bir qadının brend bir marka mağazanın giriş qapısında yatdığını gördükdə, neft quyuları içində boğulan bir qocanın vətənə sevgisini eşitdikdə, rüşvət alan məmurun namus-qeyrət təəssübkeşi olduğunu düşündükdə təəccüblənmək üçün yad olmalısan, dostum, başqa cür anlamayacaqsan onları.
Bu dünyanın insanlarının həyatında problem yoxdur, ümumiyyətlə onların həyatı öz-özlüyündə problemdir.
«Sonuncu dəfə nə zaman əsəbi sarsıntı keçirmisiniz?» deyə soruşsanız gülümsəyib deyəcəklər: «elə indicə»
Problem problemliyindən çıxıb bu dünyada. Əks təqdirdə problem onunla üz-üzə qalan varlığın varoluşuna dönüş səbəbi olardı.
Amma sizə yazdığım bu dünyada problem problem deyil, həyat tərzidir. Buna görə insanlar mutludurlar, gülümsəyirlər. Onların gülüşündə ağlayan insandır həmin dünyanın xoşbəxt insanı. Xoşbəxtlik başqasının gülüşündə ağlamaqdır.
Əslində bu insanlar göründükləri kimi xoşbəxt deyillər, xoşbəxtliyin anlamı yoxdur, sadəcə üzlərindəki görünən gülüş gizlin qalmış dərin kədərə immunitetdir, hansı ki o kədər onların siluetidir. Bu insanların səmimi olan sadəcə bir şeyləri var: saxta gülüşləri arasında arada bir anidən görünən kədər.
Bu dünyanın insanlarının adı belədir: «Kədər».
Sizə gülüşlərindən göz yaşı axan insanların dünyasından fərqli bir kədərlə yazıram.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.