İsmayıllıya niyə getdiyimi söyləyəcəkdim sizə. Bu rayonun Mican kəndində bir ay yaşamağımın məqsədi təkcə sadə əyalət insanlarının həyat tərzini və dolanışığını öyrənmək deyildi. Bura məni gətirən əsas səbəb danışıqdan real işə keçmək arzusu idi. Qadınların təhsildən kənarda qalması, işsizlik haqqında o qədər danışırıq ki... Hərdən bu sualı özümə də verirdim – Bəs nə etməli? Ismayilliya getmək qərarını veridm. Bunun uzun tarixçəsi var. Amma Mican kənidnə gedib, yerində işə başlamaq məncə, qadın hüquqları haqda uzun-uzadı giley-güzardan qat-qat səmərəli ola bilərdi.
Əməli işim hələ avtobusda başladı. Avtobus sürücüsü ilə. İsmayıllıya gedən bərbad yolun ağrı-acısını unutdurmaq üçün bu rayonun qonaqpərvərliyindən danışırdı.
“İsmayıllıda insanlar daha qonaqpərvər olur” – deyir Əkrəm dayı.
Başqa rayonlarda qonaq gələndə adamı qovurlar?
Sual Əkrəm dayını əsəbiləşdirmir. Xırdalamağa başlayır. Uzun və cansıxıcı monoloqun qısa məğzi belə idi ki, İsmayıllı camaatı qonaq üçün canlarını da verər, İsmayıllı camaatı qonağının güvənliyi üçün başı ilə cavabdehdirlər və İsmayıllı camaatı özləri yeməz, içməz, amma qonaqlarına dünyanın bütün təamlarını daddırar.
Əkrəm dayıya sual etmək istəyirdim ki, bu qonaqpərvərlikdən nə əcəb meşədə canavarlara yem olan çinlilər dada bilməyib. Xəbərlər yayılmışdı ki, İsmayıllıda nə qalmağa yer tapan, nə də doğru istiqamət öyrənə bilən iki çinli alverçi azıb meşədə canavarlara yem olublar. Sualımı verə bilmədim. Çatdıq.
Ümid edirdim ki, məni bu rayonda çinlilərin aqibəti gözləmirdi. Amma yox. Çünki işimi ehtiyatlı tutmuşdum.
ATAYEVLƏR AİLƏSİ
Sizə məşhur teletamaşa barədə danışmayacağam. Bu söhbət məni İsmayıllıda qarşılayan, bir il əvvəl Mican forumunda tanış olduğum 18 yaşlı Aynur Atayeva və onun ailəsi barədədir. Aynur məktəbi yenicə bitirib Gəncə Üniversitetinə ekologiya mühəndisliyi fakultəsinə qəbul olub. Yol boyu çox emosional şəkildə anlatdı ki, valideynləri nə qədər israr etsələr də, sənədlərini pedaqoji universitetə verməyib. Yeri gəlmişkən, İsmayıllıda hesab edirlər ki, qadın üçün yeganə yararlı peşə müəlliməlikdir. Aynurun bu barədə başqa fikri var.
“Mən təbiəti çox sevirəm. Ekoloq olacağıma çox sevinirəm. Siz o çirkli Bakıda necə yaşayırsız, bilmirəm” deyib, işıq sürəti ilə bir mövzudan başqasına keçirdi. Qısa zaman içində beynəlxalq siyasətdən, aktiv gənclərin konservativ cəmiyyətə hansı dəyişiklik gətirə biləcəklərindən, təhsilin insan həyatında vacibliyindən, məktəb illərindən, həyata keçirdiyi layihələrdən, Facebookdakı ortaq tanışlarımızdan danışdı.
Və bir anlıq Aynurun gözünə baxıb, onun bu rayonda necə tənha olduğunu anladım. Məncə bütün bunları mənə birnəfəsə danışmasına səbəb yeni mütəffiq qazanmaq arzusu idi. Ünsiyyət və şəbəkələşmə...
İSMAYILLIDA İNTERNET - SEÇİM VAR. AMMA NECƏ?
Aynur və qardaşı Elnur İsmayıllıda fərqli düşüncəli gənclərdir. Elnur bütün günü çayxanada oturub, rayon dedi qoduları ilə yaşayanlardan deyil. O, rayonun tanınmış İT meneceridir. Kimin kompyuterində problem olursa Elnura müraciət edir. Elnur həm də rayonda nadir bir peşə ilə, “web – master”liklə məşgul olur.
“ADSL – ancaq üç internet klubda, İsmayıllının altı ailəsində və dövlət müəssələrində var. Qalan bütün istifadəçilər dial – upla internətə qoşulur. ADSL- həm bahalıdır (qoşulması, modemi və ilk aylıq haqqı 100 manat, sonrakı aylar da 50 manat və daha yuxarı), həm də o qədər də keyfiyyətli deyil. Bir də görürsən poçtdan bağladılar yaxud məlum olmayan səbəbdən xərab oldu. Qalırsan internetsiz. Dial–up isə... Sürət azdır, amma hər zaman var”. Elnur İsmayllıda təsadüf etdiyim yeganə kişi idi ki, qadın hüquqlarına hörmətlə yanaşırdı.
Aynur isə boş vaxtlarında ətraf mühitin mühafizəsi uğrunda mübarizə aparır. Aynurun dediyinə görə, məktəbdə oxuyanda o eko- layihələr həyata keçirdirdi. Hər iksinin ən böyük arzusu, pafossuz filansız, İsmayıllının inkişafı üçün çalışmaqdır. Aynuru bu rayon üçün ekssentrik fikirlərinə görə çox zaman ciddi qəbul etmirlər, müxtəlif dedi – qoduların qəhrəmanıdır. Buna baxmayaraq Aynur ruhdan düşmür. “Biz hələ bunlara göstərərik”, - deyib ovcunu yumruğa çevirib, naməlum düşmənə hədə - qorxu gəlir.
KƏND MÜƏLLİMƏSİ
Aynur, kursumun iştirakçısı Lalə, Elnur, bir sözlə İsmayıllıda görüşdüyüm hər insan Ülviyyə Tahirova, 1 saylı məktəbin biologiya müəlliməsi ilə tanış olmağa məsləhət görürdü. Lalə Kəbirlinin sözlərinə görə, Ülviyyə müəlliməni çoxları, kolleqaları, İsmayıllı camaatı anlamır. Amma əsl maarifçi məhz bu zərif xanımdır. O, şagirdlərinə təkcə biologiya fənnini tədris etmir. Onlara insan olmağı, məsuliyyətli vətəndaş olmağı anladır. Dərsdə sonra məktəbdə qalıb, həvəsi olanlara kompüterdə adi ofis proqramlarından istifadə etməyi öyrədir.
Ülviyyə müəllimə məktəbin ətrafında ağaclar əkir, onlara şagirdləri ilə bərabər qulluq edir. Bundan əlavə, rayonda gender ayrı-seçkiliyini aradan qaldırmaq üçün, məktəbli qızlarla hər gün parka gəlir. Bəli, bəli, o parka ki, ora gələn qadınlara pis baxırlar. Ülviyyə müəllimə isə şagirdləri ilə bu parka gəlir, dərsdən sonra parkda oturub kitab oxuyurlar.
HİPPİ VƏ DİNDAR
İlk baxışdan bu müəllimə ilə məni ayıran çox şey var. Mənim “hippi” görünüşümlə onun hicabı yanaşı çox qəribə görünür.
Etiraf etməliyəm ki, təsadüfdəndi, ya əhatəmin deist, ateist insanlar olmasındanmı, dindar insanlara skeptik münasibətim var. Amma Ülviyyə müəllimə ilə tanışlıq mənim önyarğı ilə yanaşmamın, stereotiplər yaratmağın nə qədər yanlış olduğunu sübut etdi.
O ilk dindar idi ki, cəhənnəm odunda hansı əzablarla yanacağımı ən xıra detaları ilə mənə anlatmırdı. Biz bir – birimizin fikirlərinə hörmətlə ynaşırdıq. Və hətta dini mövzularda söhbət düşəndə, Ülviyyə bunları humanistcəsinə, “şəkk gətirsən ağzın – burnun əyilər, filankəsin cəddi səni tutar” kimi mövhumatçı təhdidlərə varmadan anladırdı.
Dəyişməyin ilk şərti bu dəyişikliyi özündən başlamaqdır. İsmayıllıdakı bir ayın məni necə dəyişdiyini dostlarım sezməyə bilmir. Mən də İsmayıllıda dəyişən gəncliyi görürəm. Bir il əvvəl Mican forumunda iştirak etmiş gənclər Emin Milliyə hələ də məktublar yazırlar. Facebook-da dəstək kampaniyalarında onlar da aktiv iştirak edirlər.
Peşə kurslarını keçmiş qızlar isə həyatlarında ilk dəfə aldıqları sertifikatı güzgülü servantlarının içində saxlayır. Bəziləri isə əmindir ki, onu bir gün həqiqi universitet diplomu ilə əvəz edəcəklər.
HƏMÇİNİN BAX
İqtisadi inkişaf sədaları [İsmayıllı gündəliyi -1]
İsmayıllıda sağlam olmanın sirləri [İsmayıllı gündəliyi – 2]
Qadınlar üçün giriş qadağandır (İsmayıllı gündəliyi - 3)
Son məqsəd qadınların şirniyyat bişirməyi öyrənməsi deyildi – demokratiya haqqında öyrənməsi, öz gücünə inanması idi.
İKİ ÇİNLİNİN AQİBƏTİ Əməli işim hələ avtobusda başladı. Avtobus sürücüsü ilə. İsmayıllıya gedən bərbad yolun ağrı-acısını unutdurmaq üçün bu rayonun qonaqpərvərliyindən danışırdı.