Keçid linkləri

ZİYALILAR, İDMANÇILAR GEDƏ BİLƏR, AMMA JURNALİSTLƏR YOX...

Dağlıq Qarabağ mövzusu həmişə gündəlikdə olub. Amma son vaxtlar bu problem daha böyük amlituda ilə müzakirə edilir. Hər şey biri-birinə qarışıb. Rəsmi Bakı özünü çox qəribə aparır. Bəzən belə təəssürat yaranır ki, bütün bu proseslər ya Bakının razılığı ilə edilir, ya da əksinə o, artıq öz aqibəti ilə barışıb və prosesləri sükutla seyr edir və da yaxud vəziyyətdən çıxmaq üçün ancaq öz gücünə arxalanmağa çalışır.

Son günlərdə Bakı daha bir cəhddə budundu ki, özünün Ermənistandan güclü olduğunu sübut etsin. Bu cəhd baş tutdu – azərbaycanlı idmançılar Yerevandan bir qızıl, bir gümüş və üç bürünc medalla qayıtdılar. Hamı bu sevinci bölüşdü. Amma suallar yaranır. Bir vaxtlar adi bir jurnalistin Yerevana səfəri böyük narazılıq və mübahisələrlə qarşılanırdı. Amma bunu indi heç kim xatırlamır. Eləcə də səfirlərin təşkil etdiyi görüşlər çərçivəsində ziyalıların Dağlıq Qarabağa səfərlərini də heç kim xatırlamır. İndi ancaq Qarabağ Azadlıq Hərəkatının münasibəti öyrənilir. Böyük əksəriyyət bələ hesab edir ki, hakimiyyət nə edirsə düz edir. Özü də bu, təkcə Qarabağ problemi ilə bağlı deyil. Digər problemlərlə bağlı da eyni münasibət yaşanır.

Bu ölkədə iki cinah arasında maraqlı tendensiyalar özünü büruzə verir. Cəmiyyət etiraz nə olduğunu bilmir, özünü tamamilə dövlətlə eyniləşdirən hakimiyyət isə belə mövqedədir ki, onun qərarlarını heç kim müzakirə edə bilməz.

SONUNCU MÜTTƏFİQ GÜRCÜSTANDIR?

Bu qədər mürəkkəb və anlaşılmaz vəziyyətdə hakimiyyət Gürcüstanla rəsmi məsləhətləşmələr aparır. Səbəb də bu yaxınlarda BMT-də dondurulmuş münaqişələrlə bağlı keçiriləcək dinləmələrdə səyləri birləşdirməkdir. Çox qəribədir ki, indiki anda Gürcüstan Azərbaycanın bölgədə yeganə müttəfiqi kimi qalır. Amma kaş bu, qazla bağlı müttəfiqlik olmayaydı, heç olmasa Cənubi Qafqazda iki dövlət arasında səmimi münasibətlər bərqərar olaydı. Təəssüf ki, bu, belə deyil.

Azərbaycan-Gürcüstan münasibətlərində neft və qaz qoxusu daha çox hiss edilməkdədir. Üstəlik, Türkiyədən sonra Azərbaycanın çox yaxın müttəfiq tapacağına ümid azdır. Amma hələlik münasibətlərdə soyuqluq müşahidə olunmur. İndi Gürcüstanın xarici işləri Bakıya iki günlük səfərə gəlib. Bu səfəri təqdir və təbliğ etmək olar. Bəlkə bunun Türkiyəyə də təsiri oldu.

BAKI NİYƏ TƏKLƏNİB?

Siyasət nə qədər qəliz olsa da, bu sualın cavabı var. Hər bir dövlətin əbədi dostları yox, əbədi maraqları olur. Türkiyə öz hərəkəti ilə bu tezisi gücləndirdi. Hər hansı başqa ölkənin siyasətçiləri problemə yanaşmada öz hakimiyyətindən və cəmiyyətindən yaxın ola bilməz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG