Keçid linkləri

Ermənistan Naxçıvanın təhlükəsizliyinə təminat verəcəkmi?


Naxçıvandan Ağrıdağın (Ararat) mənzərəsi
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ MÜXALİFƏT PARTİYALARINDAN NƏ İSTƏYİRDİ?

Azərbaycanı və Türkiyəni 13 oktyabrdan ayıran zaman kəsiyi getdikcə azalır. Ona görə 13 oktyabr deyilir ki, görüşdə iştirak edən müxalifət partiyalarının bildirdiyinə görə, bu tarixdə Türkiyə və Ermənistan arasında mühüm sazişlər imzalana bilər. Elə bu səbəbdən xarici işlər naziri müxalifət partiyalarının liderləri ilə görüşərək onların razılığını almaq istəyirdi. Hər bir partiya lideri ilə ayrılıqda görüşməyə çalışmaq ilk baxışda hökumətin siyasi partiyalara verdiyi önəm kimi qiymətləndirə bilərdi. Amma əslində belə deyil.

Hakim partiya öz mövqeyini dəyişməkdən çox uzaqdır. Nazirin görüşdüyü bütün partiya liderləri Azərbaycanın maraqlarının gözlənilməsinin zəruri olduğunu bildirirdi. Amma onların ümidlərini imzalanacaq sazişlərin parlamentdə ratifikasiyasına bağlaması onu göstərirdi ki, bu partiyalar digər təzyiq üsullarından məhrumdurlar. Xarici işlər nazirin isə missiyası bu idi ki, görüşlərlə hökumətin apardığı prosesə ümummilli görüntü versin.

BƏS ERMƏNİSTAN ƏSLİNDƏ NƏ ETMƏLİDİR?

Ermənistan indi əsasən Türkiyənin mövqelərini sarsıtmaq istəyir. Bu dəfə də əsas diqqət Türkiyənin sərhədləri açmamasına yönəldilir. Guya ki, iki dövlət arasındakı soyuqluğun səbəbi Türkiyənin sərhədləri açmamasıdır.

Halbuki Ermənistan vaxtilə Türkiyəyə qarşı müxtəlif iddialar irəli sürmüşdü.

İndi hamı iki dövlət arasında normal münasibətlərin yaradılmasının vacib olduğunu bəyan edir. Amma bu necə baş verməlidir? Təəssüf ki, bu heç kimi narahat etmir. Eyni addımlar Azərbaycana qarşı da atılmışdı.

1988-ci ildə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması haqqında akt qəbul etmişdi. Hətta Ermənistanın Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağ onun ərazisi kimi göstərilir. Bir qədər sonra isə Ermənistan Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilmədiyi bütün sazişlərdə iştirak etməyəcəyi haqda qərar qəbul etmişdi. Əslində normal ikitərəfli münasibət arzusunda olan Ermənistan əvvəlcə öz mövqeyinə nəzər salmalıdır və bu sənədlərin hamısını ləğv etməlidir. Amma Ermənistan bu haqda heç danışmır.

BƏS NAXÇIVANIN TƏHLÜKƏSİZLİYİ NECƏ OLACAQ?

İndi daha çox açılmayan sərhədlərdən və Dağlıq Qarabağ məsələsindən danışılır. Bir detal isə unudulur. Əgər oktyabr ayında iki dövlət arasında saziş imzalanarsa bu Türkiyə ilə Ermənistan arasında ikinci saziş olacaq.

Birinci saziş Qars müqaviləsi olub və bu sənəd 1921-ci ildə qəbul edilib. Keçmişdə imazalanan sazişdə Naxçıvan təhlükəsizliyi məsələsi var idi. İndi isə bu haqda çox az danışılır. Türkiyə bu problemdən də yan keçəcəkmi?

Belə olsa onda artıq Azərbaycan ilə Türkiyə arasında soyuqluq yaranacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG