Keçid linkləri

Təcili xəbərlər

Yanvarın 25-dən nə gözləyək?


Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
Prezidentlər Sankt-Peterburqda, 5 iyun 2009
Bu yaxınlarda bir unikal kitab gördüm - birinci səhifəsində yazılmışdı ki, bu kitabda deyilənlər müəllifin öz fikirləridir.

Yəni bizə dəxli yoxdur. Yəni xata-bala bizdən uzaq olsun.

Tapın, görüm, o kitab nə haqdadır?
Korrupsiya haqda? Yox.
Hakim ailə haqda? Yenə yox.

Qarabağ haqda!

Bəlkə yeni qayda çıxıb, hər kitabın əvvəlinə yazılır ki, burda deyilənlər yalnız və yalnız müəllifin öz fikridir. Bilmirəm. Ancaq belə qaydanın Qarabağa nə dəxli?

Niyə Qarabağ haqda yazılanın məsuliyyətini bölüşmək istəmirlər?
Ya bəlkə müəllif kitabda azərbaycanlı oxucunun gözünü oxşamayan fikirlər yazıb?

Yenə yox. Arif Yunus azərbaycanlının uşaqlıqdan bildiyini tarixi faktlarla, çar dövrünün statistikası ilə qoyub ortaya.

Onda kitabı buraxanlar hər ehtimala qarşı nədən və kimdən və ya kimlərdən çəkinirlər?

Dağlıq Qarabağ üzərində suverenlik haqqını qoyaq bir yana. Azərbaycanda heç olmasa, öz problemimizin həllinə suverenlik varmı?
Bir az da dərinə gedəndə, heç olmasa, problemdən danışmağa suverenlik varmı?

Fikir versəniz, Qarabağdan bir sıravi azərbaycanlı istədiyi kimi danışır, bir də prezident.
Ancaq sıravi azərbaycanlı fikirləşdiyini çayxanada, evdə deyir, yəni dediyinin siyasi çəkisi yoxdur.

Prezidentin dediyinin isə çəkisi çoxdur, ancaq əminlik yoxdur ki, bu deyilənlər elə həmin sıravi azərbaycanlının qulağına ünvanlanmayıb.

Arif Yunus kimi tədqiqatçı isə kitab yazanda elə birinci səhifəsində yaxalar dərhal qırağa çəkilir ki, burda yazılanın bizə dəxli yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG