Keçid linkləri

Təcili xəbərlər

«Azərbaycan ordusunda dəyişiklik yoxdur»


Oxumadığım yazıçılar arasında, deyilənə görə, ən yaxşısı Dostoyevskidir.

Oxuduqlarım arasında ən xoşuma gələni isə Erix Maria Remarkın «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanıdır.

Ancaq deyəsən, onu da oxumağa dəyməzdi - gündəlik mətbuatdan Azərbaycan ordusunda baş verənləri oxumaq kifayət idi.

2010-cu ilin Azərbaycan ordusunda əsgərlərin başına gələnlər elə bil eynilə 1915-ci ilin alman ordusundan götürülüb.

Bir-iki cüzi fərq var: 100 il əvvəl alman zabiti mobil telefona konturu əsgərə aldırmırdı.

Bu iki ordu arasında belə oxşarlıqda qorxudan nədir?

Öz əsgərini ələ salan alman ordusu yüz il əvvəl neylədi? - Müharibəni uduzdu.

Almaniya hakimiyyəti hansı nəticə çıxartdı? – «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanı Hitlerin ən nifrət etdiyi kitab idi. 30-cu illərin sonunda Almaniya hakimiyyəti Remarkı tuta bilmədi, hirsindən Remarkın bacısını asdı...

Sonra nə oldu? Almaniya yenə müharibəni uduzdu...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG