Bu «N» saylı hərbi hissə haradısa, yaxşı yer deyil. Hər gün oradan bir pis xəbər eşidirik. Gah əsgər düşmən tərəfə keçir, gah zəhərlənir, gah özünü, gah da komandirini öldürür.
Bir Allah bəndəsi də tapılmır soruşasan ki, niyə bu «N» in komandirlərinin konturu olmur. Niyə orada əsgəri zorlayırlar, valideynini soyub talayırlar. Əgər məsələ «N»dədirsə, təcili onu başqa hərflə əvəzləmək lazımdır. Yoxsa vəziyyət getdikcə pisləşək. Necə ki, pisləşir.
Bu günlərdə tanışım mənə bir şəkil göstərdi. Şəkildə «N» saylı hərbi hissənin əsgəri komandirinin qoyunlarını otarırdı. Duruşlarından hiss olunurdu ki, qoyunlar üçün onları çobanın ya əsgərin otarmasının heç bir fərqi yoxdur. Elə onların yanında dayanmış əsgəri də deyəsən çobandan çox qoyuna oxşaması türklər demişkən heç ilgiləndirmirdi.
Şəklə baxdım və düşündüm ki, deyəsən sovet ordusu da bu «N» saylı hərbi hissədən yaxşı olub. O vaxt əsgərlər evlərinə qızlarla şəkil çəkdirib göndərirdilər. Özü də qızların hamısı ceyrana oxşamasa da onların arasında gərilib dayanmış azərbaycanlı əsgər pələngə mütləq oxşayırdı…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.