Keçid linkləri

Təcili xəbərlər

İqtisadi böhran: Azərbaycan və dünya


Fikir verirsinizmi, dövlətin vəsaiti (neft gəlirləri) artdıqca, dövlət məmurları ilə Azərbaycan vətəndaşları arasında konfliktlər də artır. Özü də proseslərin bu cür inkişafı 2009-cu ilin ikinci rübündən intensivləşib. O zaman neftin dünya bazarında 1 barelinin qiyməti 50 dolları təzəcə adlamışdı. İndi isə «qara qızıl» özünün tarixdə ikinci yüksəliş mərhələsindədir: artıq necə gündür ki, neftin bareli 80 dollardan yuxarı qiymətə satılır.

İndi baxaq görək, Azərbaycan hökuməti dünya iqtisadi böhranı zamanı öz vətəndaşlarına necə xidmət göstərib və əvəzində hansı mənzərəni yaradıb.

İQTİSADİ BÖHRANIN İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏKİ FƏSADLARI

Inkişaf etmiş ölkələrdə böhran onunla gündəmə gəldi ki, artıq vətəndaş gözü ilə gördüyü şeyi almaqda çətinkilkərlə üzləşdi. Az'rbaycan əhalisinin böyük əksəriyyəti bilmir ki, Qərbdə işi olan adamın kreditə ən bahalı mallar alması çox sadə bir şey idi.

Kommersiya banklarının kredit şöbələrinin işçiləri ixtisara düşdülər, onlarla bank filialları bağlanmağa məcbur oldu. Böhranın əsas zərbəsi isə tikinti sektoruna dəydi.
Məsələn, 25 il müddətinə ipoteka ilə yüksək səviyyəli təmiri olan mənzil alınması və ya 40-50 min avroluq avtomobilini 3-5 ildən bir dəyişmək imkanının olması. Bundan əlavə həmin olkələrdə insanlar ərzağa öz əməkhaqlarının 15-20%-ni xərclədiklərindən, yerdə qalan vəsaitlərinin çox hissəsini istirahətə, mədəni tədbirlərə (kino və teatrlara, muzeylərə), əyləncəyə və turizmə yönəldirdilər.

Ona görə də iqtisadi cəhətdən oturuşmuş ölkələrin vətəndaşları böhran deyəndə əsasən sadaladığımız şeylərə çəkdikləri xərclərin nisbətən azaldılmasını dilə gətirirlər.

İQTİSADİ BÖHRAN AZƏRBAYCANDA

Bəs Azərbaycanda böhran özünü necə göstərdi və gostərməkdədir?

Əvvəla, onu qeyd edim ki, Azərbaycan hökuməti uzun müddət böhranın ümumiyyətlə olkəyə ayaq basmadığını iddia edirdi (elə bil ki, Gömrük Komitəsinə tapşırıq vermişdilər ki, onu içəri buraxmasın).

Ancaq sonradan göründü ki, əhaliyə qiyməti 150-300 manata olan mobil telefonların belə kreditlə satışı dayandırıldı. Daha sonra kreditlə məişət texnikası satan iri mağazalar fəaliyyətini dayandırdi və ya məhdudlaşdırdı (məsələn, Xaqani küçəsindəki Maqnit mağazası). Təbii ki, avtomobillərin satışının kəskin azalması da bank sektoruna öz təsirini göstərdi.

Nəticədə, kommersiya banklarının kredit şöbələrinin işçiləri ixtisara düşdülər və onlarla bank filialları bağlanmağa məcbur oldu. Böhranın əsas zərbəsi isə tikinti sektoruna dəydi.

Əmlak bazarı ekspertlərinin sözlərinə görə, son 5 ildə Bakıda tikinti bumunun əsas «qızdırıcısı» 3 tip alıcılar idi

60%-ə yaxını Azərbaycandan kənarda bizneslə məşğul olanlar (özlərinə və qohum-qardaşlarına mənzil almaq imkanı),

10%-i mənzilə investisiya vasitəsi kimi baxan imkanlı adamlar (onlar heç bir ehtiyac olmadan tikilməkdə olan mənzillərə investisiya edib sonradan baha qiymətə satır və ya icarəyə verirdilər),

10% neft layihələrində çalışanlar (o vaxt Azəri-Çıraq-Günəşlinin Faza-3 layihəsi, Şah-dəniz-1, Bakı-Tiflis-Ceyhan (Ərzurum) boru kəmərləri layihələrinə 10 minə yaxın yerli işçi cəlb olunmuşdu və təqribən 6 minə yaxın şəxs də Azərbaycandakı xarici enerji şirkətlərində yüksək əməkhaqqı ilə çalışırdı)

yerdə qalanı isə kohnə evlərini satanlar və ya onların uçurulması nəticəsində yaxşı kompensasiya alan insanlar idi. Bunun sonrası necə oldu artıq heç kəsə sirr deyil.

Nəticədə, regionlardan Bakıya gəlib tikinti sektorunda çalışanlar iş yerlərini itirdilər (bəzi hallarda onların yerlərini Çindən, Pakistandan və hətta Əfqanıstandan gələn ucuz işçi qüvvəsi tutdu), mənzillər üçün aksessuar təklif edən ticarət obyektlərinin dövriyyəsi kəskin azaldı, mebel salonları boşaldı və s.

PARADOKS

Azərbaycan hökuməti 3 aydan bir dövlət başçısının yanında iclas keçirir və ancaq dünyada analoqu olmayan inkişaf tempindən söz açılır. Maraqlıdır ki, son 2 ildə bunu dilinə gətirməyən ancaq neft sektorunun rəhbərləridir, baxmayaraq ki, olkənin iqtisadi göstəricilərinin artımı məhz onların əməyinin (daha doğrusu, BP-nin) nəticəsidir.

2004-cü ildən bu yana mən bir dəfə seyr etməmişəm ki, dövlət başçısı bir nazirə və ya komitə sədrinə fəaliyyətinə görə öz iradını bildirsin (Ensiklopediyanın rəhbəri İsmayıl Vəliyev isitsna olmaqla). Nəticədə... «Azərbaycan dünyanın yeganə ölkəsidir ki, böhran vaxtı yüksək inkişaf tempi göstərir» deyimi yerli hökumətin artıq devizinə çevrilib. Ancaq hökumətin bir üzvü cınqırını da çıxarıb demir ki, bu necə inkişafdır ki...

- artıq Azərbaycanda nə pulsuz təhsil qalıb, nə də tibb xidməti;
- pulsuz dövlət arayışı isə ümumiyyətlə yoxdur;
- dövlət məmurlarının açıqladıqları rəqəmlərə görə, olkədə 400 minə yaxın qeyri-qanuni tikinti var;
- yeni tikilən evlərin əksəriyyətinin nə mərkəzləşdirilmiş qızdırma sitemi var, nə də qazı;
- regionların inkişafı layihəsi çərçivəsində son 5 ildə 7,9 milyard manat vəsait xərclənib, ancaq regionların dövlət büdcəsinin gəlir hissəsindəki payı 4%-dən o yana keçməyib;
- qeyri-neft sektorunun inkişafına dövlət qayğısı artığı halda, kənd təsərrüfatının ixracatda payı faktiki yox olmağa başlayıb;
- real iqtisadiyyatın inkişafının bir göstəricisi də reklam bazarıdır, ancaq Azərbaycan tamaşaçısı nəinki TV-lərdə, hətta metoda belə «Jalə»dən başqa bir şey görmür;
- ticarət şəbəkələrində isə məişət krediti almaq üçün «dövlət işində» işləməklə bağlı arayış istəyirlər;
- yağış yağanda, külək əsəndə isə Bakıda palçıqsız küçə tapmaq müşkül olursa, regionlarda bu fəlakət səviyyəsinə qədər yüksəlir;
- uzunmüddətli bayramlar vaxtı isə öz qiymətinə şəhərlərarası nəqliyyata bilet tapmaq sadə Azərbaycan vətəndaşının ən yaralı yerinə çevrilir.

REAL VƏZİYYƏTİ NECƏ ÖLÇMƏLİ

Elə isə, bəlkə, hökumət özünü dünya ilə yox, dünyadakı minimal yaşayış standartları ilə müqayisə edə?
Axı 2007-ci ildən bu günə özünün əsas enerjisini ÜDM-in artımına və bir bayrağı qaldırmağa (lap onun uzunluğu 162 metr olsa belə) sərf etməklə Məmmədin güzaranını yaxşılaşdırmaq mümkün deyil. Odur ki, camaat, özünüzü indidən hazırlayın; vay o gündən ki, neftin qiyməti yenə 100-ü keçə!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG