Keçid linkləri

Təcili xəbərlər

Dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanı


Aprelin 6-da saat 11:00-dan 17:00-dək «Beynəlxalq Təhsil Sərgisi- 2010» keçiriləcək. Sərginin məqsədi tələbələrin bir sıra nüfuzlu xarici universitetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, səfərlərin təşkili və məlumatverici təqdimatların həyata keçirilməsidir.

Təhsil sərgisi Nəsimi rayonu, Nizami küçəsi 90A ünvanında, Landmark otelinin Rotunda Zalında baş tutacaq. Sərgidə Böyük Britaniya, ABŞ, İsveçrə və Türkiyənin nüfuzlu universitetləri və bir sıra beynəlxalq təşkilatlar iştirak edəcək.

Sərgi iştirakçıları iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar.

Növbəti gün Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları təşkil olunacaq.
XS
SM
MD
LG