Keçid linkləri

Təcili xəbərlər

«Biz dozülməzliyə dözürük?!»


International Student Week in Belgrad
International Student Week in Belgrad
Bu ilin iyul ayının 11-dən 18-nə kimi Serbiyanın paytaxtı Belqrad şəhərində Belqrad Beynəlxalq Tələbə Həftəsi (ISWiB) keçiriləcək.

«Biz dozülməzliyə dözürük?!» konfransın devizidir.

ISWiB 2010-da iştirak etmək üçün Avropadan olan bütün tələbələr ( tələbələr, magistrlar, aspirantlar və elan müddətində Avropada təhsil alan qeyri-avropa ölkələrindən olan bütün tələbələr ) müraciət edə bilərlər. İstənilən sahədə təhsil alan tələbələr dəvətlidirlər. Konfransa qatılmaq üçün tələbələrin həm şifahi, həm də yazılı ingilis dili səviyyəsi kifayət qədər yüksək olmalıdır. İştirakçıların konfrans başlanan ana kimi 18 yaşı tamam olması vacibdir.

Xaricdən olan tələbələr üçün iştirak haqqı 80 avro, Serbiyalı tələbələr üçün isə 40 avro təşkil edir. Yemək, yerləşdirilmə və konfransla bağlı digər xərclər də bu qiymətə daxildir. Serbiyaya və əksinə yol xərcləri, viza xərcləri, şəxsi və müvafiq cib xərcləri iştirakçılar tərəfindən ödənilməlidir. ISWiB-2010 və onun təşkilatçıları heç bir səyahət və maliyyə dəstəyi təmin etmir.

Tələbələrin beynəlxalq konfransı müxtəlif sahələrdə təşkil olunacaq 10 seminardan ibarətdir. Bu il üçün nəzərdə tutulan seminarlar:

• İnsan Hüquqları
• Kino istehsalı
• Fotoqrafiya
• Marketinq
• İncəsənət və Sənət sahələri
• Gənclər Fəallığı
• Media
• İncəsənətin İfaçılıq (musiqi) növləri
• Davamlı İnkişaf
• Ətraf Mühitin Mühafizəsi

Ərizələrin son qəbul tarixi 2010-cu il 15 apreldir.

Ərizə formasını və konfrans haqqında daha ətraflı məlumatı www.iswib.org ünvanından əldə edə bilərsiniz.
XS
SM
MD
LG