Türkiyənin böyük təhsil sərgiləri təşkilatçısı olan «Akare International Education Fairs» Azərbaycanda Türkiyə, Avstraliya və Avropanın bir sıra ölkələrində təhsil almaq imkanı yaradan sərgi təşkil edəcək.
Sərgidə dünyanın bir sıra ölkələrinin nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri iştirak edəcəklər. Xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları ilə maraqlanan gənclər aprelin 22-də «Hyatt Regency» otelində keçiriləcək sərgiyə gələ bilərlər.
Təhsil müəssisələrinin nümayəndələri sərgiyə gələn hər kəsə, onların təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər, ölkələrinin təhsil sistemləri və sair barədə ətraflı məlumat verəcəklər.