«Çalışacağıq ki, Azərbaycanın 7 min təhsil müəssisəsinin hər birinin təhlükəsizliyini təmin edək. Hökm deyil ki, bu müəssisələrin hər birində əlisilahlı adam dayansın»
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazir xatırladıb ki, heç bir təhsil müəssisəsinin mühafizə adı ilə şagird və valideynlərdən pul yığmağa ixtiyarı yoxdur:
«Dəfələrlə demişəm ki, heç kəs məktəbin şagirdindən bu və digər məsələ ilə bağlı pul toplaya bilməz. Bunların hamısı qeyri-qanuni addımlardır. Belə insanlar zaman-zaman atdıqları addımlara görə cavab verirlər və verəcəklər. Azərbaycan dövlətinin kifayət qədər gücü var ki, təhsil müəssisəsini saxlasın».
M. Mərdanov deyib ki, hazırda Bakıda 10-dan çox məktəb birbaşa Təhsil Nazirliyi ilə bağlıdır. Bu məktəblərin hamısının müvafiq mühafizəsi təmin edilib. Digər məktəblərə isə lazımi vəsait ayrılmadığından mühafizəni hər yerdə istənilən şəkildə təmin etmək mümkün olmayıb:
«Bir təhsil müəssisəni bir ay ərzində qorumaq üçün ən azı 3 min manat lazımdır. Bu az vəsait deyil. Həmin məbləği 7 minə vursaq, çox böyük rəqəm alınar».