Keçid linkləri

Təcili xəbərlər

Qərbin qənaəti: Bakıda “qaz” yoxdur!


Bunlardan birincisi “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində çıxarılacaq bütün qazın (16 milyard m3 ) Rusiya tərəfindən alınması, ikincisi isə artıq 2010-cu ildə “Qazprom”un Azərbaycandan alınacaq qaz həcmlərinin 2 milyard m3-dək artırılması ilə bağlı idi.

Rəsmi Bakı son 2 ildə Sankt-Peterburqa faktiki olaraq Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı üçtərəfli görüşlərdə iştirak edilmək üçün qatılır. Bu baxımdan da Dünya “Qazprom”un etdiyi təkliflərə Azərbaycan tərəfinin operativ reaksiyasını görmədi...
Sankt-Peterburq beynəlxalq iqtisadi forumuna Azərbaycan hər il qatılsa da, orada indiyədək rəsmi Bakının hansısa iqtisadi layıhələrə qoşulmasını müşahidə etməmişik. Baxmayaraq ki, bu ilki sözügedən Forumda dünyanın 98 ölkəsindən 4000-ə qədər işguzar dairələrin nümayəndələri və hökumət üzvləri (əsasən iqtisadi bloka cavabdeh olan nazirlər və rəsmi şəxslər).

Rəsmi Bakı son 2 ildə Sankt-Peterburqa faktiki olaraq Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) görüşlərdə iştirak edilmək üçün qatılır. Bu baxımdan da Dünya “Qazprom”un etdiyi təkliflərə Azərbaycan tərəfinin operativ reaksiyasını görmədi. Elə yeni iş həftəsi başlayan zaman da Azərbaycan tərəfdən səs-səmir çıxmadı.

Əvəzində Azərbaycan mətbuatında gümana gələn müxtəlif versiyaların ortaya qoyulduğuna dair yazılar gördük: rəsmi Bakı “Şah-dəniz” qazının Rusiyaya tam həcmdə verilməsi ilə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları müharibəsiz azad etmək təklifini Kremlə çatdırıb və bunun ilkin reaksiyası müsbət olduğundan Azərbaycan

Ordusu iyunun 18-də Tərtər istiqamətində ermənilərə “xox” gəlib, Azərbaycan hakimiyyəti ABŞ-ın təzyiqlərini minimuma endirmək üçün Rusiyaya “ürəyin istəyən qədər qaz” söz verib, rəsmi Bakı Kremllə məsləhətləşdikdən sonra öz qazından ümummilli məsələlərin həllimdə bir siyasi silah kimi istifadəyə başlayır və sair. Bəs əslində nə baş verir? Döğrudanmı SOCAR adlı Dövlət Neft Şirkətimiz “Qazprom” metodlarını mənimsəməyə başlayır, yoxsa bu bir imitasiyadan başqa bir şey deyil...

Başlayaq Millerin ikinci bəyanatından

SOCAR və “Qazprom” arasında qaz alqı-satqısına dair kommersiya sazişi 14 oktyabr 2009-cu ildə imzalanmışdı. Həmin sənədə görə, 2010-cu ildə Azərbaycan “Qazprom”a 2010-cu il ərzində minimum 500 mln m3 təbii qaz satmaq haqda öhdəlik götürmüşdü.

İlk dəfə olaraq Azərbaycan qazının qiyməti formula üzrə tənzimlənməliydi: yəni dünya bazarında neftin, mazutun və dizel yanacağının qiymətlərinin dəyişməsindən asılı olaraq mavi yanacağın rüblük orta qiyməti müəyyənləşdirilir. Ancaq keçən ilin dekabrın sonunda Moskvaya səfər edən SOCAR rəhbəri
Doğrudanmı Azərbaycan “Mərhələ-2” layihəsi çərçivəsində çıxarılacaq bütün qazı Rusiyaya satmaq niyyətindədir?..
Rövnəq Abdullayev “Qazprom” sədri ilə görüş zamanı 2010-cu ildə 1 mlrd m3 qazın ixracına dair razılıq əldə etdi.

Bunun üstündən heç 1 ay keçməmiş – yanvarın 21-də Abdullayevin təkrarən Moskva səfəri zamanı əldə edilən razılığa əsasən, “Qazprom” Azərbaycanın artıq qalan istənilən həcmdəki qazını bazar qiymətləri ilə almağa hazır olduğunu bəyan edib. Həmçinin əlavə edilib ki, 2011-ci ildə SOCAR-ın Rusiyaya satacağı qazın həcminin 2 mlrd m3-dək artırılmasına müsbət cavab verilib. Bununla bağlı rəsmi məlumat Abdullayev-Medvedev görüşündən sonra “Qazprom”un rəsmi saytında yerləşdirilmişdi.

Bəs indi nə hadisə baş verib ki, Rusiya qarşısında 2011-ci il öhdəliyini SOCAR cari ildə yerinə yetirməyə boyun olub?

Əvvəla, hazırda Azərbaycanda həqiqətən də planlaşdırıldığından artıq qaz ehtiyatı yaranıb. Yəni, Azərbaycanın əsas qaz idxalçısı - Türkiyə daxili bazarında mavi yanacağın istehlakının azalması səbəbindən (təkcə 2009-da Türkiyədə qaz istehlakı 5 mlrd m3-dan çox olub) bu il 6,3 mlrd m3 əvəzinə, ötən ilki həcmdə - 5 mlrd m3 qaz almasını bildirib. Bundan başqa Azərbaycanın daxili bazarında qaz idxalı durmadan azalmaqda davam edir. Əgər 2008-də ölkənin daxili bazarında 10,7 mlrd m3 qaz satılmışdısa, 2009-da bu rəqəm 8,89 mırd m3-a, 5 ayın nəticələrinin analizinə görə isə 8 mlrd m3-a qədər azalacaq.

Bunun obyektiv səbəbləri ondan ibarətdir ki, “Azəriqaz” 1 iyul 2009-cu ildən SOCAR-ın tabeçiliyinə verildikdən sonra qaz təsərrüfatının yenidən qurulması (demək olar ki, bütün qaz paylayıcı şəbəkələr hazırda yeniləşdirilir və qazın uçotu məsələsi beynəlxalq auditor şirkətləri tərəfindən də SOCAR qarşısında təxirəsalınmaz tədbirlər kimi qoyulub) nəticəsinə itkilər xeyli azalıb.

Əvvəllər “Azəriqaz” bircə nəql zamanı 500 mln m3-dək qazın itkiyə getdiyini iddia edir, bundan demək olar ki, 2 dəfə çox qazın istehlakını isə əhali qrupundan olan sayğacsız abonentlərin boynuna yazırdı. Ancaq son 1 ildə SOCAR-ın hesabatları onu göstərir ki, Azərbaycanın daxili bazarında qaza olan tələbat heç də əvvəllər iddia edildiyi kimi 12 mlrd m3 deyil (bunu vətəndaş cəmiyyəti uzun illər idi ki,
Artur Rasizadə hökumətinə anlatmağa çalışırdı).

Demək, Azərbaycan yaranmış vəziyyətdə Rusiyaya əlavə qaz ixracı hesabına yaxşı gəlir əldə edə bilər. Moskvada dərc edilən “Kommersant” qəzetinin yazığına görə, I rübün yekunlarına əsasən, “Qazprom” Azərbaycandan aldığı hər 100 m3 qaza görə $244,5 ödəyib (bu Rusiyanın idxal etdiyi ən baha mavi yanacaq olub). Əgər neftin qiymətinin hazırda da $80 ətrafında olduğunu nəzərə alsaq, bu minvalla Azərbaycan cari ildə “Qazprom” dan $500 mln-a qədər vəsait əldə edə bilər. Bu məsələnin kommersiya tərəfi idi.

Ancaq problemin görünməyən tərəfində bir sual durur: Rusiya nədən Azərbaycan qazına belə bir baha qiyməti ödəyir! Nəyə görə və nəyin naminə? Bunun cavabı heç də qəzetlərdə yazıldığı kimi sadə deyil, ona görə də onun təhlilini dar çərçivədə aparmaq fikrində deyiləm.

“Mərhələ-2” qazı bütövlükdə Rusiyaya?

Elə bu zaman “Qazprom” rəhbəri Medvedyevin birinci bəyanatının üzərinə qayıtmaq istərdim. Doğrudanmı Azərbaycan “Mərhələ-2” layihəsi çərçivəsində çıxarılacaq bütün qazı Rusiyaya satmaq niyyətindədir? Bunun cavabına keçməzdən öncə sualın qoyuluşunu bir qədər dəyişək: doğrudanmı, Rusiya Azərbaycandan uzun müddərli müqavilə çərçivəsində ildə 16 mlrd m3 qaz almaq istəyir?

Bunlara cavab vermək üçün “Qazprom” saytında onun rəhbərinin açıqlamasına bir daha diqqət yetirmək gərəkdir. Medvedyev diplomatikcəsinə “Azərbaycanın artıq qalan bütün qazının alınmasından” danışır.

Yəni, demək istəyir ki, kimə nə istəyirsinizsə satın, yerdə qalanını biz ala bilərik. Bu artıq olur başqa məsələ. Bundan öncə Azərbaycanla Türkiyə arasındakı qaz anlaşmasına toxunarkən mən oxucuların diqqətini bir məsələyə çəkmişim ki, artıq həm Kreml, həm də “Qazprom” anlayır ki, orta perspektivdə məhdud həcmdə (10-15 mlrd m3) Azərbaycan qazının Avropa bazarına çıxarılmasının ona elə bir ziyanı yoxdur və burada rəsmi Bakı ilə əməkdaşlığın gücləndirilməsi daha faydalıdır, nəinki 40-50 mlrd m3-lik Türkmənistan qazının Qərbə “ayaq açması”.

Elə bu baxımdan da mən Azərbaycan qazının çoxşahəli eksportunun perspektivlərinə birmənalı olaraq inanıram, çünki rəsmi Bakı həqiqətən də öz qazının əsas bazarının Qərbdə olduğunu artıq müəyyənləşdirib.

Qərbdə isə anlayıblar ki, rəsmi Bakı qaz amilindən yararlanmağın çəmini tapıb – boru qazı sonadək həll edilməmiş sıxılmış qazı gündəmə gətirib. İranla qısamüddətli qaz sazişi imzalasa da, onu ötürməyə tələsmir və ehmalca böyük qazdan “dəm” vurur. Yəni uzun sözün qısası – daha Qərbdə bilirlər ki, Bakıda “qaz” (sözəbaxan, əlimyandı hər şeyə “hə” deyən ) axtarmağın mənası yoxdur və buradan ucuz qaz almaq məsələsi nəinki müşküldür, artıq heç mümkün də deyil.

Ancaq Azərbaycan qazının hansı istiqamətdə və hansı həcmlərdə hansı müddətə nəql olunması perspektivlərini saf-çürük edərkən Azərbaycan hökuməti papağını qarşısına qoyub bir qədər də “Qazlı ölkənin qazsız yaşamağa məhkum edilmiş vətəndaşlarının” qeydinə qalmalıdır. Elə özlərinin nəzarətində olan yerli özəl telekanalları seyr etsələr bəsdir: 2 aya yaxındır ki, paytaxtın Binəqədi və Sabunçu rayonlarının bir sıra məhəllələri qazsızdırlar. Su basmış bölgələrin suyu çəkilsə də, onların qazı hələ də yoldadır. Baxmayaraq ki, bu ilki sözügedən Forumda dünyanın 98 ölkəsindən 4000-ə qədər işgüzar dairələrin nümayəndələri və hökumət üzvləri (əsasən iqtisadi bloka cavabdeh olan nazirlər və rəsmi şəxslər) iştirak edirdilər.
XS
SM
MD
LG