İDEOLOGİYASIZLIQ
İdeoloji yanaşma yanlışdır, amma elm baxımından! İdeologiya yalnız elmin tənqidlərinə dözmür. İdeolojiləşmiş intellektuallıq dini ehkamçılıq kimi qorxuludur, fəqət ideologiya gərəklidir! Təşkilatlanmış qüvvəyə qarşı yalnız nəzəriyyə ilə çıxmaq olar. Çünki ideologiyasız adi fərdin sosial gerçəyi görə biləcək gözləri olmur, o, kor və çaş-baş qalır. İdeologiya sosial gerçəyi görmək üçün baxış və yozum bucağıdır.
L. Althusser yazır ki, fərdi ictimai subyektə çevirən ona ünvanlanmış «Ey!» səsidir, ideoloji çağırışdır. İdeoloji çağırış (interpelliyasiya) olmadan fərd subyektə çevrilmir. Yalnız hansısa çağırışın səsinə toplaşmış adamlar hərəkat yaradırlar, əks halda söhbət kütlədən gedir. Etiraz edən narazı şəxslər hələ ictimai subyektlər deyil. Necə ki bizim ölkəmizdə əhalinin yarısından çoxu narazıdır, amma onlar heç bir hərəkat meydana gətirə bilmirlər.
Gəlin, soruşaq, indi hansı səs var çağıran? Yoxdur! Varsa, o, nə deyir? Heç nə! Çağırırsa, hara çağırır? Heç hara! Sadəcə olaraq, ədalətsizliklərin, biabırçılıqların, cinayətlərin mətbu-mediatik ifşası var. Halbuki bu, əslində dördüncü hakimiyyətin – medianın funksiyasıdır. Hakimiyyətə gəlmək istəyən müxalifət bununla yetərlənə bilməz. Üstəlik, bu tənqidlər N. Gəncəvisayaq, klassik, ədalətli hökmdar tələbindən o yana adlamır. Yəni tənqidçi mətbuatın dediyi qısaca budur ki, siz ədalətsiz hökmdarsınız, xalqa zülm edirsiniz və s. və i. Hə, nə olsun?! Bunları bilməyənmi var? Bu hakimiyyət yaxın 50 ildə ölkəni necə idarə edəcəyini özü sübut edib. Siz daha nəyi (və Kimlərə?) sübut etməyə çalışırsınız? Bu mərhələ bitib artıq.
ŞÜAR BÖHRANI
Son 15-20 ildə Azərbaycanda heç bir yeni şüar səslənməyib («Azadlıq!» və «İstefa!» şüarlarından başqa). Şüar ideoloji çağırışdır. «Dalğa»çı gənclərin satirik şüarları Azərbaycanda şüar böhranının, yəni ideoloji boşluğun göstəriciləri deyildimi? Qarşıdan seçkilər gəlir. Hanı şüar? «Rüşvətə son!», «Seçki saxtakarlığına son!» kimi psevdoşüarlar şüar deyil, şəxsdən subyekt quran əmrlər deyil, sadəcə olaraq mövcud siyasi hakimiyyətin Qərb dövlətləri qarşısında ifşasına hesablanmış bəyanatlardır. Lider – çağırışçı mənasında aparıcıdır. Siz isə hələ də blok-mlok yaradırsınız. Toplaşmaq üçün yer axtarırsınız, amma getmək üçün yer tapmaq lazımdır. Toplaşıb hara gedəcəksiniz ki? Camaatı nəyə səsləyəcəksiniz?
Siz çağırış etmirsiniz, ideyanız yoxdur, sadəcə tənqid edirsiniz. Amma ideoloji çağırış etmirsinizsə, onda siz başıpozuq kütlə yaradırsınız. Çünki yalnız ideoloji çağırış strukturlaşdırıcıdır, ancaq o, qurucudur. İndiki halda siz sosial partlayış intizarındasınız və belə bir partlayışın minalarını basdırmaqla məşğul olduğunuza inanırsınız. Üstəlik, sosial partlayış selinin hakimiyyətə kimləri gətirəcəyini də heç kim bilmir. Onda hakimiyyətin sizi destruktiv müxalifət adlandırması doğrudur. Siz isə özünüz öz aranızda güclü partiyalar kimi təşkilatlanmağınızı konstruktiv müxalifət olduğunuza dəlil və təsəlli kimi görürsünüz.
«SİVİL MÜBARİZƏ» TƏLƏSİ
Siyasi hakimiyyətdə təmsil olunanlar siyasi mədəniyyətin nə olduğunu bilmirlər, siyasi rəqiblərlə necə rəftar etməyi, ümumiyyətlə siyasi mübarizəni anlamırlar, istefa mədəniyyətləri yoxdur, şəffaf seçki keçirməyə istehza ilə yanaşırlar, ictimai ədalət haqqında təsəvvürləri dumanlıdır, dövlət malını şəxsi malları sayırlar və s. Bunlar aydındır və doğrudur.
Ancaq cəmiyyətin siyasi hakimiyyətdə iştirak etməyən hissəsi də dövlətin nə olduğunu bilmir, siyasi mübarizənin nə olduğunu başa düşmür, dövlət deyilən «yer üzünə enmiş sonuncu allahın» (Hegel) da itaətlə var olduğunu, allaha inamsızlığın allahı öldürə bildiyi kimi, vətəndaş itaətsizliyinin də siyasi hakimiyyəti aradan qaldıracağından xəbərsizdir, hamılıqla seçkiyə gəlməyin və yaxud hamılıqla seçkini boykot etməyin gücünü başa düşmür, öz hüquqlarını bilmir və s.
Elə isə hansısa korrupsioner hakimiyyət nümayəndəsinə, desək ki, məsələn, Neft Fondunun vəsaiti təkcə sənin və sənin balalarının, qohumlarının deyil, hamımızındır, onda o, bizə kinayə və istehza ilə gülümsünər. Çünki o, doğrudan da, başa düşmür ki, dövlət nədir. Eyni zamanda, tutaq ki, Azərbaycanın hansısa bir ucqar Qaloşcıran kəndinin sakini Məmiş kişiyə də, məsələn, desək ki, budəfəki seçkiyə mütləq gəl, səs ver, onda o da bizə kəndli hırıltısı ilə gülər. Nəticə eyni deyilmi?! Harınlamış məmura dövlətin nə üçün var olduğunu başa salmaq, Məmiş kişiyə vətəndaşlığın nə olduğunu başa salmaqla eyni işdir və eyni dərəcədə mənasızdır. Elə isə sivil mübarizənin qələbəsinə ancaq sadəlövhlər ümid edə bilər.
ADINIZI DƏYİIŞDİRİN!
«Müxalifət» ideyası bizim ölkəmiz üçün uğurlu olmadı. Müxalifətçilik ölkədən qıraqda belə mənzərə yaradır ki, guya burda əməlli-başlı siyasi mübarizə gedir. «Müxalifət» siyasi iqtidar olan yerdə olur, siyasi hakimiyyət olan yerdə yox. Bizdə isə iqtidar görünüşü altında hakimiyyət var, hökmranlıq var. Çünki «iqtidar» seçki ilə formalaşan hakimiyyətə deyilir. Müxalifət siyasi mübarizə olan yerdə olur. Siyasətlə məşğul olmaq üçün qanunların işlədiyi, hüquqların qorunduğu cəmiyyət olmalıdır. Bizdə isə belə cəmiyyət hələ ki, yoxdur. Ona görə də indiki halda nəinki seçkilərə qatılmaq, hətta partiyalar halında bölünmək də mövcud siyasi hakimiyyətə fayda verir. Adınızı dəyişdirməklə siz sosial statusunuzu və diskursunuzu dəyişmiş olarsınız. Ya da hələlik tanımadığımız tamam yeni qüvvələr ortaya çıxmalıdır.
İdeoloji yanaşma yanlışdır, amma elm baxımından! İdeologiya yalnız elmin tənqidlərinə dözmür. İdeolojiləşmiş intellektuallıq dini ehkamçılıq kimi qorxuludur, fəqət ideologiya gərəklidir! Təşkilatlanmış qüvvəyə qarşı yalnız nəzəriyyə ilə çıxmaq olar. Çünki ideologiyasız adi fərdin sosial gerçəyi görə biləcək gözləri olmur, o, kor və çaş-baş qalır. İdeologiya sosial gerçəyi görmək üçün baxış və yozum bucağıdır.
L. Althusser yazır ki, fərdi ictimai subyektə çevirən ona ünvanlanmış «Ey!» səsidir, ideoloji çağırışdır. İdeoloji çağırış (interpelliyasiya) olmadan fərd subyektə çevrilmir. Yalnız hansısa çağırışın səsinə toplaşmış adamlar hərəkat yaradırlar, əks halda söhbət kütlədən gedir. Etiraz edən narazı şəxslər hələ ictimai subyektlər deyil. Necə ki bizim ölkəmizdə əhalinin yarısından çoxu narazıdır, amma onlar heç bir hərəkat meydana gətirə bilmirlər.
Toplaşmaq üçün yer axtarırsınız, amma getmək üçün yer tapmaq lazımdır. Toplaşıb hara gedəcəksiniz ki? Camaatı nəyə səsləyəcəksiniz?