Keçid linkləri

Təcili xəbərlər

Ali məktəblərə imtahansız qəbul olunmaq üçün 50-dən çox idmançı, 3 musiqiçi, 1 rəssam müraciət edib


Ali məktəblərə imtahansız qəbul olunmaq üçün indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 50-dən çox dünya və Avropa çempionu, musiqi müsabiqələri üzrə 3, rəsm üzrə isə 1 nəfər qalib müraciət edib.

Komissiyadan APA-ya verilən məlumata görə, hazırda bu şəxslərin sənədləri yoxlanılır.

Araşdırmalarda idmançıların TQDK-ya təqdim etdiyi diplomların surətlərində göstərilən yarışların beynəlxalq əhəmiyyətli hesab edilib-edilməyəcəyi öyrəniləcək. Bunun üçün həmin idmançıların iştirak etdiyi yarışların siyahısı Gənclər və İdman Nazirliyinə göndəriləcək. Onların sənədlərinə idman sahəsi üzrə mütəxəssislər rəy verəcək.

Sənədləri müsbət qəbul edilənlər ali məktəblərin müsabiqədənkənar dövlət sifarişli plan yerlərinə yerləşdiriləcək.

Komissiyadan bildirilib ki, ali məktəblərə müsabiqədənkənar yerləşdirmə üçün iyunun 1-dən başlayan sənəd qəbulu sabah axşam yekunlaşacaq. Musiqi və rəsm sahəsi üzrə müraciət edənlərə III ixtisas qrupu üzrə imtahan başlayana - iyunun 4-ə, idmançılara isə IV qrup üzrə imtahanlar başlayana - iyunun 17-dək cavab veriləcək.

Qeyd edək ki, ali məktəblərə imtahansız qəbul olmaq üçün indiyədək heç bir dünya fənn olimpiadası qalibi müraciət etməyib.
XS
SM
MD
LG