Keçid linkləri

Təcili xəbərlər

560 bal topladı, tələbə ola bilmədi


Bu il ali məktəblərə qəbul imtahanlarında 560-dan çox bal toplayan abituriyentlərdən biri heç bir ali məktəbə qəbul olunmayıb. Bu, ali məktəbə qəbul ola bilməyənlər arasında ən yüksək bal toplamış abituriyentdir.

Lent.az “Abituriyent” jurnalının 7-ci sayındakı məlumatlara istinadən bildirir ki, həmin abituriyent I ixtisas qrupunda imtahan verib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı məlumatlardan görünür ki, bu il 500-700 bal intervalında nəticə göstərən abituriyentlərin sayı əvvəlki illə müqayisədə daha çoxdur. Ancaq 500 baldan yuxarı nəticə göstərən 65 abituriyent heç bir ali məktəbə qəbul ola bilməyib. 500-509 bal intervalında nəticə göstərmiş bu abituriyentlərin təkcə 53-ü IV ixtisas qrupunda imtahan verib. Yerdə qalanların isə 3-ü I, 9-u III ixtisas qrupunu seçibmiş.
XS
SM
MD
LG