Bir qədər öncə Qorxmaz Əsgərovun dövlətlərin yaranması haqda çox dəyərli bir yazısı getmişdi. Yazıda qısaca tarixi icmal ilə Misirdən indiki zamanadək dövlət tərəfindən nümayiş etdirilən güc-qüdrətin rəmzlərindən - istər ehram olsun, istər uzun bayraq dirəyi, fərqi yoxdur - bəhs edilirdi.
Bu tarixi zəncirdə vacib bir məsələ xüsusi vurğulanmalıdır – bu rəmzlər vasitəsilə hakimiyyətin sakral (müqəddəs) mahiyyətinin mesajı verilir. Totalitar rejimlərdə monumental tikililər və (analoqu olmayan) zırpı (uzun, böyük, uca və s.) layihələr bu sakral qüvvənin rəmzləri kimi çıxış edir. Bu zaman tikililərin və layihələrin quruluşunda, ümumiyyətlə sakral hakimiyyət ideyasının cəmiyyətə ötürücüsü kimi çıxış edən incəsənətdə klassisizm estetikası çox vacib bir rol oynayır.
XX əsrdə mövcud olmuş iki ən möhtəşəm totalitar rejimlərdəki - kommunist və nasional-sosialist modellərindəki (qalanları bunların təsiri ilə yaranmışdı) incəsənət nümunələrinə fikir versək - istər memarlıq, film, ədəbiyyat, təsviri incəsənət, heykəltəraşlıq və ya musiqi olsun – eyni tendensiyanı görərik.
TƏBLİĞAT ÖZÜ DƏ İNCƏSƏNƏTİN BİR İSTİQAMƏTİNƏ ÇEVRİLMİŞDİ
Hər iki rejimdəki incəsənətdə klassik və monumental üslub təşviq edilirdi. Bu əsərlər mütləq irimiqyaslı, möhtəşəm və pafoslu olmalı, əsərlərdəki obrazlar isə mütləq birmənalı, utopistcəsinə cəmiyyətə yayılan idealları özlərində qabartmalı, yəni ideal insanın və ideal quruluşun obrazını verməli idi. Bu çox vacib funksiyanı məhz klassik – yəni birmənalı dəyərləri özündə daşıyan incəsənət yerinə yetirməli idi. Heykəltəraşlıq və memarlıqda bu mütləq antik Roma-yunan üslubuna söykənməli, ədəbiyyat və təsviri incəsənətdə realizm, musiqidə tonal-harmonik səslənmə, filmdə isə bütün bunların kvintessensiyası - möhtəşəm və pafoslu bir tablo yaradılmalı idi. Bütün incəsənət növlərində pafosla yanaşı, kütlələrin anlayacağı sadə dilə, yəni «xalqçılığa» – folklora və milli elementlərə apelyasiya zəruri idi. Təbliğat bu zaman artıq özü də incəsənətin bir istiqamətinə çevrilmişdi.
Bu zaman qısaca olaraq avanqard və modernin hər iki rejimin öldürücü düşməni olduğunu qeyd etməliyik.
XIX əsrin sonu, XX əsrin əvvəli, xüsusən 1-ci Dünya müharibəsinin dəhşətlərindən sonra incəsənətdə təşəkkül tapmış avanqard özlüyündə ideal doktrinaların əleyhinə idi və onların yaratdığı ideal cəmiyyət modelini poza bilərdi. Sürrealizmin və dadaizmin, ekspressionizm və dodekafoniyanın dissonansı bu ideal quruluşların harmonik tablosunu darmadağın edirdi.
Beləliklə hakimiyyətin ideal, qüdrətli və eyni zamanda sakral (müqəddəs) mahiyyətli bir obrazı yaranırdı. Hakimiyyətin mütləq bir legitimliyini təmin edən sakral (müqəddəs) komponent bu modelin çox vacib bir hissəsidir. XX əsrin ikinci yarısında bir çox totalitar dövlətlər yarandısa da, onların hamısının mahiyyətində məhz bu model dururdu. Bu modellərdə hər hansı bir fikir ayrılığına, incəsənətdəki cərəyanlara və xüsusən qeyri-təbliğat mətbuatına əsla yer yox idi. Bunlar hakimiyyətin desakralizasiyasına gətirib çıxara bilərdi.
İDEAL ÜZƏRİNDƏ QURULMUŞ CƏMİYYƏT MÜMKÜN DEYİL
Bəs nədən totalitar və idealistik doktrina əsasında qurulmuş dövlətlərin varlığı əslində hökmən ikimənalı idi? Yəni nədən gözə görünən tərəfdə möhtəşəm və ideal bir cəmiyyət obrazı yayılmalı, arxa tərəfdə isə vətəndaş terroru, repressiyalar, məhbəs, işgəncə, ölüm düşərgələri, «ГУЛаг» olmalı idi? Bu ideal model axtarışları zamanı kütlələrin olmazın bir şövq, ruh yüksəkliyi və hətta vəcd nümayiş etdirməsinə baxmayaraq, bütün XX əsr boyu totalitar rejimlər öz idealistik doktrinalarını «dəmir əllər» ilə qorudular.
Çünki insan xislətinin mahiyyəti birmənalı ola bilməzdi və istənilən halda ideal üzərində qurulmuş cəmiyyət prinsipcə mümkün deyil. Hətta bir nəslin qurduğu optimal model mütləq sonrakı nəsil tərəfindən qəbul edilməyəcəkdir, çünki bu zaman tarixin ümumiyyətlə inkişafı dayanardı. Bu zaman hakimiyyət zor maşınından istifadə etməzsə, yaradılmış süni ideal cəmiyyət mütləq yeniləcəkdi. Kapitalizmin tənqidi üzərində qurulmuş və öz cazibəsini indiyədək bəziləri üçün saxlamış bu ideallar XX əsrin dəhşətinə çevrildi.
1991-də Sovetlər Birliyi yıxılan zaman çox böyük bir ideal tənəzzülü vardı və təbii ki, hakimiyyətin nəinki sakrallığı, ümumiyyətlə varlığı yenildi. Bu zaman 60-lardan başlayaraq incəsənətdəki sonda dekadansla nəticələnən nisbi boşalma, xüsusən gizli ədəbiyyat, sonra Qorbaçov dönəminin aşkarlıq ideyası böyük rol oynadı. O zaman cəmiyyətimizdə bunların geridə qaldığı xülyası vardı, Ermənistan tərəfindən olan təcavüz isə yaranacaq ideya boşluğunun yerini müvəffəqiyyətlə dolduracaq başqa ideala – millətçiliyə əla zəmin hazırlamışdı. Bizim yeni idealistik cəmiyyətimiz qurulmalı idi – bu dəfə milli dövlətimizin bərpası şəklində...
AZƏRBAYCANDA TOTALİTAR REJİM OLDUĞUNU İDDİA ETMƏK OLMAZ
Hazırda keçmiş sovet ölkələrindən yalnız birində - Türkmənistanda totalitar rejimin qurulmasına cəhdi edilmişdi. Bunun üçün çox zəif olsa da, zəmin kimi ideoloji doktrina – «Ruhnamə» çıxış edir, mərkəzi fiqur isə sağlığında qızıl heykəl şəklində bütə çevrilmiş Türkmənbaşı idi. Lakin bu rejim tarixin spiralvarı inkişaf konsepsiyasını bir daha təsdiqləyərək fars (məzhəkə) şəklində təzahür etdi. Bu model (eyni zamanda başqa MDB ölkələrindəki (psevdo)idealistik model cəhdləri) əsası fransız filosofu Jan Bodriyar tərəfindən qoyulmuş «simulacre» nəzəriyyəsinin təsdiqi idi, yəni həqiqi olmayan, həqiqinin sünisi idi.
Yuxarıda sadalanan bir çox elementlərin mövcudluğuna rəğmən Azərbaycanda totalitar rejim olduğunu iddia etmək olmaz. Bizdəki mövcud modeli maksimal olaraq avtoritarizm kimi qəbul etmək olardı. Lakin şübhəsizdir ki, hakimiyyətin sakrallaşdırılmasına addımlar atılır: heykəllər, parklar, «analoqsuz layihələr»dən başqa TV-lərdə mümkün qədər ərəb modeli yeridilməyə çalışılır. İranın keçmiş Şahbanu xanımından müsahibə göstərilir, keçən əsrdə unudulmuş «əlahəzrət» və ya «ülyahəzrət» kəlmələri isə sıx-sıx səsləndirilir.
Burada çox vacib bir çaları da qeyd etməliyik. Sakral hakimiyyət yalnız total mədh, ictimai susqunluq və fərdlərin somnambulizmi fonunda baş verə bilər. Söz azadlığı, vətəndaş cəmiyyəti, şəffaflıq və ictimai nəzarətin mövcudluğu hakimiyyətin sakrallığını pozan başlıca komponentlərdir. Misal kimi bu yaxınlarda alman mətbuatında Angela Merkelin maaşının nədən 334 € qaldırılmasının, yaxud Cənubi Afrikaya alman millisinin oyununa səfərinin hansı paraya başa gəldiyinin qızğın müzakirəsini göstərmək olar. Bizdə bu, məhz ideoloji səbəblərdən mümkün deyil. Hakimi mütləq qüvvə, əlçatmaz və ünyetməz olmalıdır. TV-də, «incəsənətdə» – açıqcasına yaltaqlıqdan ibarət mahnı və ya muğam/aşıq mətnində, filmdə («Seçilən», 2008) onun yalnız ideal obrazı ola bilər. (Doğrusu, indi bunlara deyəsən son qoyulub. Sonuncusu səhv etmirəmsə, Bilal Əliyevin 2004-də oxuduğu və dövlət başçısına xitab edilən «İlham qardaşdır» mahnısı idi). Rəhbərlə birbaşa rabitə əsla mümkün deyil. Dövlət başçısının 7 il hakimiyyəti dövründə heç bir Azərbaycan jurnalistinə müsahibə verməməsi də bəlkə məhz buradan qaynaqlanır.
Hazırda hakim rejim sakral elementləri (heykəl, monumental tikinti, «xalqçılıq») zırpı layihə şəklində gündəmə gətirmək istəsə də, sonda «simulacre» alınır, çünki bu model, və bu zaman yaşanan həyatın özü də həqiqi deyil, tarix tərəfindən keçilmişin «geydirməsidir». Suvenir xarakterli incəsənətin kultivasiyası, habelə «analoqu olmayan» layihələr sünidir deyə, onları qeyri-ixtiyari klassik, faraonik üslubla örtmək istəyi hakimiyyətdəki aqrar elementlərin lümpen, anti-modern dəyərlərinə də tamamilə uyğundur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.