Keçid linkləri

Təcili xəbərlər

36 yaşlı fizik Nobel aldı


36 yaşlı Konstantin Novoselov
36 yaşlı Konstantin Novoselov

Nobel mükafatı qrafenin kəşfinə verildi. Qrafen nədir?

Rusiyada anadan olan iki alim fizika üzrə Nobel mükafatını aldı.
52 yaşlı Andre Qeym və 36 yaşlı Konstantin Novoselov bu mükafata qrafen adlı materialı kəşf etdiklərinə görə layiq görülüblər.

52 yaşlı Andre Qeim

Qrafen – bir atom qalınlığında ifrat nazik və ifrat möhkəm keçiricidir.

Elektronika sahəsində qrafenin böyük gələcəyinin olduğunu deyirlər.

Soçidə anadan olan Qeym hazırda Hollandiya vətəndaşıdır. O , Mançester universitetində professordur.

Nijni Taqildə doğulmuş Novoselov isə hazırda Rusiya-Britaniya vətəndaşıdır. O, Hollandiyada və Britaniyada Qeymin tələbəsi olub.
Novoselov hazırda Mançester Universitetində tədqiqatçıdır.

Qeym və Novoselovun bölüşdürdüyü Nobel mükafatı 1 milyon 500 min dollardır.

Ən son yazılan

XS
SM
MD
LG