Keçid linkləri

Təcili xəbərlər

Çingizxanın nəvələri


Astanada Nazarbayev muzeyində prezidentin nəslini-kökünü göstərən ailə ağacı
Astanada Nazarbayev muzeyində prezidentin nəslini-kökünü göstərən ailə ağacı
Son üç ildə 300-dən çox qazaxıstanlı ABŞ laboratoriyasında testdən keçmək üçün gen nümunəsi göndərib və ötən ilki “Çingizid” (Çingizxan nəsli) kitabına daxil olmaq isəyənlər isə minlərlədir.

Belə həvəs sahiblərindən biri, Alma-atadan olan, at ticarətçisi 39 yaşlı Arman Ahmuhanov bu yaxınlarda öz genetik nümunəsini Hüustonda olan “FamilytreeDNA” şirkətinə göndərib. O deyir:
“Əgər sənə hörmət göstərilməsini və həqiqətən də Çingizxan törəməsinə mənsubluğunu öyrənmk istəyirsənsə, bunun üçün real sübutun olmalıdır”.

Qazaxıstan 1991-ci ildə müstəqillik qazandıqdan bəri prezident Nursultan Nazarbayev hökuməti qazax tarixinə və irsinə aktiv himayədarlıq edib, o cümlədən, cənab Tabuldinin 10 illik axtarışının nəticəsi olan “Çingizid” kitabı hökümət mediasında geniş təbliğ olunub.

Hüstonda “FamilytreeDNA” şirkətinin rəsmisi Maks Blankfeldin qeydlərinə görə, yəqin bunun nətisəcində Qazaxıstandan xeyli müraciət alıblar:
“ 2007-ci ildən biz Qazaxıstandan təxminən 300 adamdan test üçün nümunə almışıq”.

Ancaq çoxları məyus olub, görünür, cənab Ahmuhanov da istisna deyil.

“Onun DNK analizindəki atalıq xətti Çingizxanın geniylə uyğun gəlmir”.

Cənab Tabuldin də öz kitabına yüzlərlə namizədin adını salmayıb: “Adının bu kitaba salınmasını istəyən çoxlu adam vardı, amma mən onlarda “Çingizlik” tapmadım, ona görə də kitaba salmadım”.

Cənab Blankfeldin testi Oxford Universiteti ilə Çindəki Harbin Tibb Universitetinin Sakit okeandan Xəzər dənizinə qədər uzanan keçmiş Türk-Monqol imperiyasında 350 milyona yaxın adamın ümumi genetik kodlarını eyniləşdirən birgə araşdırmasına əsaslanır.

BƏLKƏ, MƏYUS OLMAĞA DƏYMƏZ?

Alma-atıda “Qazaxstan DNK” layihəsinin rəsmisi, genetik Yerlan Turesbekov deyir ki, burda hələ ki, Çingizxanın DNK-sını müəyyənləşdirən test yoxdur.

“Çingizxanın DNK pasportu hələ bizdə yoxdur və hələ bizim aydın “şəklimiz” yoxdur. Özünü Çingizxan törəməsi saymaq istəyənlər müxtəlif DNK gen tiplərinə sahibdir və onların real Çingizxan törəməsi olduğunu söyləmək çətindir.”

Öz nəslinin köklərini 13-cü əsrdə köçəriləri idarə edən elitada axtaranlar Stalin dövründə susmağa məcbur idilər.

72 yaşlı tarixçi və yazıçı S. Bokeixanov öz nəslinin kökləri barədə heç vaxt danışmayıb, onun valideynləri 1917-20-ci illərdə müstəqil Qazaxıstana rəhbərlik etmiş böyük dayısı Alixan Bokeixanovun taleyini yaxşı xatırlayırdılar.

“ Bu mənim və valideyinlərim üçün çox təhlükəli idi. Ona görə də, mən uşaq olanda atam mənə bu barədə danışmadı, bunları tələbə olanda öyrəndim, amma nəslimizdəki belə məlumatar qapalı saxlanırdı. Çünki dayım Stalin repressyasında güllələnmişdi. “

(Daily Telegraph)

Ən son yazılan

XS
SM
MD
LG